Məhkəmə qərarları › İş №e-2(022)-1238/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-1238/2023

26.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-1238/2023 26.12.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X1 oğlunun katibliyi ilə, İddiaçı qapalı səhmdar cəmiyyətinin Cavabdeh qarşı 25 noyabr 2019-cu il tarixli “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri” çərçivəsində bağlanmış 27 iyul 2022-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 4.278 manat 19 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 415 manat 80 qəpik, cərimə qismində 117 manat 41 qəpik, cəmi 4.811 manat 40 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 68 manat 11 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı qapalı səhmdar cəmiyyəti Cavabdeh qarşı 25 noyabr 2019-cu il tarixli “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri” çərçivəsində bağlanmış 27 iyul 2022-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 4.278 manat 19 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 415 manat 80 qəpik, cərimə qismində 117 manat 41 qəpik, cəmi 4.811 manat 40 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 68 manat 11 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı qapalı səhmdar cəmiyyətinin nümayəndəsi iddia ərizəsində göstərmişdir ki, Cavabdeh İddiaçı qapalı səhmdar cəmiyyətinə ünvanladığı 27 iyul 2022-ci il tarixli ərizə ilə bankın internet səhifəsində yerləşdirilmiş “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri” ilə, o cümlədən tariflər və valyuta məznnəsi ilə tanış olmuş və ərisə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin ərizəyə əsasən cavabdehə İddiaçı qapalı səhmdar cəmiyyəti tərəfindən 36 ay müddətinə, illik 1,83 % dərəcəsi ilə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə, 5.000 manat mabləğində kredit verilmişdir. Cavabdeh kredit borcundan 721 manat 81 qəpik ödəniş etmiş və həmin şəxs 04 aprel 2023-cü il traixdən ödəniş qrafiki üzrə ödənilməsi planlaşdırılmış kredit borcunu və ona hesablanmış faiz borcunu qaytarmamışdır. Buna görə də cavabdehin hazırda iddiaçıya 4.278 manat 19 qəpik məbləğind kredit borcu yaranmışdır. Həmin müqavilənin 7.11-ci bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır və bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1\30 hissəsi kimi hesablanır. Buna görə də cavabdehin banka olan faiz borcu 14 sentyabr 2023-cü il tarixə 163 gün üzrə 415 manat 80 qəpik təşkil edir. Həmçinin həmin müqavilənin 7.20-ci bəndinə görə borclu kredit və faiz borcunu vaxtında banka qaytarmadıqda, hər gecikdirilmiş gün üçün kredit qalığının 0,1 faizi məbləğində cərimə ödəməlidir. Bununla əlaqədar, cavabdeh iddiaçı banka olan borcunu vaxtında ödəməsi nəticəsində Cavabdeh 163 gün üzrə 117 manat 41 qəpik məbləğində cərimə hesablanmışdır. Sonda, iddiaçının nümayəndəsi 25 noyabr 2019-cu il tarixli “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri” çərçivəsində bağlanmış 27 iyul 2022-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 4.278 manat 19 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 415 manat 80 qəpik, cərimə qismində 117 manat 41 qəpik, cəmi 4.811 manat 40 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 68 manat 11 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi N.Ə.Ələkbərov 25 dekabr 2023-cü il tarixdə «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuş ərizəsində mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın tam təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”nin “Kredit” adlı 7-ci madəsinə əsasən müştəri nağd kredit barədə müqavilə üzrə ərizəni banka təqdim etməklə ilk kredit sifarişini verir. Müştəri nağd kredit barədə müqavilə üzrə növbəti kredit sifarişlərini tələb olunan kredit məbləğini, kreditin faiz dərəcəsini və kredit müddətini bankın müvafiq ərizə ilə müəyyənləşdirilmiş mobil telefon nömrəsi üzrə SMS vasitəsi ilə göndərməklə, elektron sifariş və ya digər telkommunikasiya vasitələri ilə müraciət etməklə, habelə kağız daşıyıcıda bilavasitə təqdim etməklə verə bilər. Bank hər kredit sifarişini aldıqdan ən geci 10 iş günü ərzində həmin kredit sifarişini aksept edə, yeni oferta və ya kredit sifarişindən imtina edə bilər. Bank müştərinin kredit sifarişini aksept etdiyi təqdirdə, özünün təklif etdiyi kredit məbləğini, faizini və müddətini, həmin şərtlərin 7.9-cu bəndinə əsasən hesablanmış aylıq ödəniş məbləğini və ödəniş gününü telefona SMS göndərməklə bə ya “myaccess” vasitəsilə müştəriyə təqdim etməklə, bu barədə müştəriyə xəbər verir. Kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü vaxt nağd kredit barədə müqavilə üzrə kreditin verildiyi tarix hesab edilir və həmin gündən başlayaraq, razılaşmış qaydada kredit faizlərinin hesablanması başlayır. Həmin şərtlərin 7.11-ci bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır və bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1\30 hissəsi kimi hesablanır,o cümlədən həmin şərtlərin 7.20-ci bəndinə görə borclu kredit və faiz borcunu vaxtında banka qaytarmadıqda, hər gecikdirilmiş gün üçün kredit qalığının 0,1 faizi məbləğində cərimə ödəməlidir. Mülki işdə olan kredit sifarişi barədə 27 iyul 2022-ci il tarixli ərizənin surətindən görünür ki, Cavabdeh İddiaçı qapalı səhmdar cəmiyyətinin internet səhifəsində yerləşdirilmiş “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri” razılaşmış və bankdan onun adına istehlak məqsədi ilə 48 ay müddətinə, illik 28 faiz dərəcəsi, 600 AZN komissiya ilə 30.000 manat məbləğində kredit limiti açmasını və həmin limit çərçivəsində ona 36 ay müddətinə, illik 22 faiz dərəcəsi ilə, **********146261 nömrəli cari hesaba köçürmək yolu ilə, 5.000 manat məbləğində kredit verilməsini xahiş etmişdir. İddiaçı qapalı səhmdar cəmiyyəti Cavabdeh ərizə vasitəsi ilə banka ünvanladığı ofertasını aksept edərək, həmin ərizədə qeyd edilən şərtlərlə Cavabdeh 36 ay müddətinə, illik 1,83 faiz dərəcəsi ilə, 50 manat məbləğində komissiyon haqq ödəməklə, 5.000 manat məbləğində kredit vermişdir. İş materiallarına əlavə edilmiş hesabdan çıxarışın surətindən görünür ki, İddiaçı qapalı səhmdar cəmiyyəti tərəfindən 27 iyul 2022-ci il tarixdə Cavabdeh məxsus **********146261 nömrəli cari hesaba köçürmək yolu ilə, 5.000 manat məbləğində kredit verilmiş, həmin məbləğdən 50 manat komissiyon haqq qismində tutulduqdan sonra, həmin tarixdə Cavabdeh hesabdan məxaric yolu ilə kredit vəsaitini əldə etmişdir. İşdə olan İddiaçı qapalı səhmdar cəmiyyətinin 27 iyul 2022-ci il tarixli, 015A********** saylı kredit razılaşması üzrə maliyyə arayışından görünür ki, Cavabdeh ilə İddiaçı qapalı səhmdar cəmiyyəti arasında “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri” çərçivəsində bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh iddiaçı banka borcu 14 sentyabr 2023-cü il tarixə ödənilməmiş əsas borc qismində 4.278 manat 19 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 415 manat 80 qəpik, cərimə qismində 117 manat 41 qəpik, cəmi 4.811 manat 40 qəpik təşkil etmişdir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh İddiaçı qapalı səhmdar cəmiyyəti ilə bağladığı “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri” çərçivəsində bağlanmış 27 iyul 2022-ci il tarixli kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmədiyivə nəticədə kredit müqaviləsinin şərtlərinə uyğun olaraq cavabdehin iddiaçıya ödənilməmiş əsas borc qismində 4.278 manat 19 qəpik, 14 sentyabr 2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 415 manat 80 qəpik, cərimə qismində 117 manat 41 qəpik, cəmi 4.811 manat 40 qəpik məbləğində borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.2-ci maddəsinə görə müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Həmin Məcəllənin 407.1-ci maddəsinə əsasən müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 409.1-ci maddəsinə görə ofertanın ünvanlandığı şəxsin ofertanı qəbul etməsi haqqında cavabı aksept sayılır. Aksept tam və qeyd-şərtsiz olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Beləliklə, məhkəmə mülki işin yuxarıda sadalanan hallarını, nəzərə alaraq, hesab edir ki, Cavabdeh Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri” çərçivəsində bağlanmış 27 iyul 2022-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə və kreditor müqavilə ilə nəzərdə tutulmuş hüququndan istifadə edərək, kredit vəsaitinin vaxtından əvvəl qaytarılmasını tələb etdiyinə görə həmin kredit müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 4.278 manat 19 qəpik, 14 sentyabr 2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 415 manat 80 qəpik, cərimə qismində 117 manat 41 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tam təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 68 manat 11 qəpik məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı qapalı səhmdar cəmiyyətinin iddiası təmin edilsin. Cavabdeh İddiaçı qapalı səhmdar cəmiyyətinin xeyrinə “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri” çərçivəsində bağlanmış 27 iyul 2022-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 4.278 (dörd min iki yüz yetmiş səkkiz) manat 19 (on doqquz) qəpik, 14 sentyabr 2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 415 (dörd yüz on beş) manat 80 (səksən) qəpik, cərimə qismində 117 (bir yüz on yeddi) manat 41 (qırx bir) qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 68 (altmış səkkiz) manat 11 (on bir) qəpik, cəmi 4.879 (dörd min səkkiz yüz yetmiş doqquz) manat 51 (əlli bir) qəpik məbləğində pul vəsaiti tutulsun. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar