Məhkəmə qərarları › İş №e-2(022)-1239/2023

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №e-2(022)-1239/2023

25.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № e-2(022)-1239/2023 25.09.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi ilə, məsləhətçi (iclas katibi) X1 oğlunun katibliyi ilə, Ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı 09 yanvar 2020-ci il tarixli, LM012000093 saylı restrukturizasiya müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 2.788 manat 73 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 125 manat 54 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 49 manat 55 qəpik, cəmi 2.914 manat 27 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: 22 sentyabr 2023-cü il tarixdə ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı 09 yanvar 2020-ci il tarixli, LM012000093 saylı restrukturizasiya müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 2.788 manat 73 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 125 manat 54 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 49 manat 55 qəpik, cəmi 2.914 manat 27 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsi məhkəməyə daxil olmuşdur. Həmin iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 149.1-ci maddəsinin tələblərinə cavab vermir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149.1-ci maddəsinə görə iddia ərizəsi iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanmalıdır. Bundan başqa, “Banklar haqqında” Azərbaycan Respublikası Qanunun 72.1.1-ci maddəsinə əsasən bankın adından yalnız ləğvedici və ya onun vəkil etdiyi şəxs tərəfindən edilən hərəkətlər hüquqi qüvvəyə malik olur. Məhkəməyə daxil olmuş iddia ərizəsinə əlavə edimiş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 iyul 2016-cı il tarixli qərarının surətindən görünür ki, İddiaçı açıq səhmdar cəmiyyəti ləğv edilmiş və Əmanətlərin Sığortalanması Fondu 24 iyul 2016-cı il tarixdə İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi təyin edilmişdir. Lakin məhkəmə daxil olmuş iddia ərizəsi isə Əmanətlərin Sığortalanması Fondu tərəfindən deyil, İddiaçı açıq səhmdar cəmiyyəti tərəfindən verilmiş və həmin cəmiyyətin işçisi tərəfindən imzalanmışdır. İddia ərizəsini imzalamış İddiaçı açıq səhmdar cəmiyyətinin hüquqşünası Nümayəndə isə İddiaçı açıq səhmdar cəmiyyətinin adından verilmiş iddia ərizələrini imzalamaq səlahiyyətinin verildiyi hər hansı etibarnamə iddia ərizəsinə əlavə edilməmişdir. İddia ərizəsinə əlavə edilmiş 17 aprel 2023-cü il tarixli etibarnamənin surətindən görünür ki, həmin etibarnamə Əmanətlərin Sığortalanması Fondu tərəfindən İddiaçı açıq səhmdar cəmiyyətinin hüquqşünası Nümayəndə adına verilmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.2-ci maddəsinə görə ərizə imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda, hakim ərizəni və ona əlavə edilmiş sənədləri geri qaytarmalıdır. Buna görə də məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı 09 yanvar 2020-ci il tarixli, LM012000093 saylı restrukturizasiya müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 2.788 manat 73 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 125 manat 54 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 49 manat 55 qəpik, cəmi 2.914 manat 27 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsi geri qaytarılsın. İddiaçının nümayəndəsinə izah edilsin ki, nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət oluna bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar