Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № e-2(022)-1240/2023 25.10.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi ilə, məsləhətçi (iclas katibi) X1 oğlunun katibliyi ilə, «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı 16 may 2022-ci il tarixli, 492nkSTB2/22 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 1.173 manat 97 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 174 manat 16 qəpik, cərimə qismində 25 manat 73 qəpik, cəmi 1.373 manat 86 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 34 manat 14 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair mülki işə, işin məhkəmədə baxılmağa hazırlanmasına dair açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: 22 sentyabr 2023-cü il tarixdə «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı 16 may 2022-ci il tarixli, 492nkSTB2/22 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 1.173 manat 97 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 174 manat 16 qəpik, cərimə qismində 25 manat 73 qəpik, cəmi 1.373 manat 86 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 34 manat 14 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərin ünvanına göndərilmiş 21 sentyabr 2023-cü il tarixli bildirişlə, iddiaçının tələbinə dair əsaslandırılmış etirazları olduğu halda 10 iş gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etmək hüquqlarının mövcudluğu cavabdehə izah edilmiş, lakin iddia tələbinə cavabdeh tərəfindən verilmiş etiraz məhkəməyə daxil olmamış və ərizənin əsaslandığı tələbetmə hüququ mübahisələndirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 285-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 16 oktyabr 2023-cü il tarixdə iddiaçı «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyətinin nümayəndəsi “Elektron Məhkəmə” informasiya sistemi vasitəsilə Biləsuvar Rayon Məhkəməsinə ünvanladığı ərizəsi ilə Cavabdeh ilə iddaçı arasında olan mübahisənin məhkəmə qaydasında həllinə dair zərurətin aradan qalxdığını və həmin iş üzrə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 170.1-ci maddəsinə görə işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək mübahisənin məhkəmə qaydasında həllinə dair zərurətin aradan qalxdığını bildirməklə, kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında verdiyi iddia ərizəsinin geri qaytarılmasını tələb etdiyinə görə iddia ərizəsinin geri qaytarılması üçün mülki işin iddia icraatına keçirilməsi qənaətçilik prinsipi baxımından məqsədəuyğun sayılmamalı, iddiaçının tələbi ilə iddia ərizəsinin geri qaytarılması haqqında qərardad qəbul etməli və iddia ərizəsini, ona əlavə edilmiş sənədlərin əsllərini, o cümlədən məhkəməyə təqdim edilmiş dövlət rüsumunun ödənilməsi barədə sənəd iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı 16 may 2022-ci il tarixli, 492nkSTB2/22 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 1.173 manat 97 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 174 manat 16 qəpik, cərimə qismində 25 manat 73 qəpik, cəmi 1.373 manat 86 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 34 manat 14 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraatı qaydasında iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №e-2(022)-1240/2023
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №e-2(022)-1240/2023
25.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver