Məhkəmə qərarları › İş №e-2(022)-129/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-129/2023

02.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-129/2023 02.02.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Ağazadə Qoşqar Kamal oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı 18 noyabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 6.879 manat 01 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 918 manat 79 qəpik, cəmi 7.797 manat 80 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 97 manat 97 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı açıq səhmdar cəmiyyəti Cavabdeh qarşı 18 noyabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 6.879 manat 01 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 918 manat 79 qəpik, cəmi 7.797 manat 80 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 97 manat 97 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı açıq səhmdar cəmiyyəti iddia ərizəsində göstərmişdir ki, İddiaçı açıq səhmdar cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 18 noyabr 2021-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh 72 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 6.981 manat 90 qəpik məbləğində kredit verilmişdir. İddiaçı bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin 22 sentyabr 2022-ci il tarixə İddiaçı açıq səhmdar cəmiyyətinə 6.879 manat 01 qəpik əsas borcu və 918 manat 79 qəpik faiz borcu yaranmışdır. İddiaçı açıq səhmdar cəmiyyəti tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq, borcun qaytarılması təmin olunmamışdır. Sonda iddiaçının nüümayəndəsi 18 noyabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 6.879 manat 01 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 918 manat 79 qəpik, cəmi 7.797 manat 80 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 97 manat 97 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahi etmişdir. İddiçının nümayəndəsi Nümayəndə «Elektron Məhkəmə» informasiya sistemi vasitəsi və poçt vasitəsilə məhkəməyə ərizələrlə müraciət edərək, mülki işə işdə olan sübutlar əsasında və iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında məhkəməyə yazılı ərizə təqdim etməklə iddianı etiraf etdiyini və iddianın tam etiraf edilməsinin hüquqi nəticələrinin ona məlum olduğunu, 18 noyabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 6.879 manat 01 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 918 manat 79 qəpik, cəmi 7.797 manat 80 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 97 manat 97 qəpik məbləğində pul vəsaitinin ondan iddiaçının xeyrinə tutulması barədə tutulmasına razı olduğunu bildirdi. Məhkəmə cavabdehi dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdeh tərəfindən iddianın etiraf edillməsi təsdiq olunmalı və iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 18 noyabr 2021-ci il tarixli, RGTK4413236A208 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı açıq səhmdar cəmiyyəti Cavabdeh, kreditdən istifadəyə görə illik 20% borc faizləri ödəməsi şərtilə, 72 ay müddətinə 6.981 manat 90 qəpik məbləğində kredit vermişdir. Mülki işdə olan 18 noyabr 2021-ci il tarixli kassa-məxaric orderinin surətindən görünür ki, Cavabdeh İddiaçı açıq səhmdar cəmiyyətinin Biləsuvar filialından 6.981 manat 90 qəpik məbləğində pul vəsaitini qəbul etmişdir. İşdə olan İddiaçı açıq səhmdar cəmiyyətinin 18 noyabr 2021-ci il tarixli, RGTK4413236A208 nömrəli kredit müqaviləsi üzrə maliyyə arayışından görünür ki, Cavabdeh ilə İddiaçı açıq səhmdar cəmiyyəti arasında bağlanmış 18 noyabr 2021-ci tarixli kredit müqaviləsinə əsasən Cavabdeh iddiaçı banka borcu 02 noyabr 2022-ci il tarixə ödənilməmiş əsas borc qismində 6.879 manat 01 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 918 manat 79 qəpik, cəmi 7.797 manat 80 qəpik təşkil etmişdir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh İddiaçı açıq səhmdar cəmiyyəti ilə bağladığı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə kredit müqaviləsinin şərtlərinə uyğun olaraq cavabdehin iddiaçıya ödənilməmiş əsas borc qismində 6.879 manat 01 qəpik, 02 noyabr 2022-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 918 manat 79 qəpik məbləğində borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası MPM-nin 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə, qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə mülki işin yuxarıda sadalanan hallarını, nəzərə alaraq, hesab edir ki, Cavabdeh 18 noyabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə və kreditor müqavilə ilə nəzərdə tutulmuş hüququndan istifadə edərək, kredit vəsaitinin vaxtından əvvəl qaytarılmasını tələb etdiyinə görə 18 noyabr 2021-ci il tarixli, RGTK4413236A208 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 6.879 manat 01 qəpik, 02 noyabr 2022-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 918 manat 79 qəpik, cəmi 7.797 manat 80 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 97 manat 97 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Cavabdeh tərəfindən iddianın etiraf edilməsi təsdiq edilsin. İddiaçı açıq səhmdar cəmiyyətinin iddiası təmin edilsin. Cavabdeh İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə 18 noyabr 2021-ci il tarixli, RGTK4413236A208 nömrəli kredit üzrə ödənilməmiş əsas borc qismində 6.879 (altı min səkkiz yüz yetmiş doqquz) manat 01 (bir) qəpik, 02 noyabr 2022-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 918 (doqquz yüz on səkkiz) manat 79 (yetmiş doqquz) qəpik, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 97 (doxsan yeddi) manat 97 ((doxsan yeddi) qəpik, cəmi 7.895 (yeddi min səkkiz yüz doxsan beş) manat 77 (yeddi yeddi) qəpik məbləğində pul vəsaiti pul vəsaiti tutulsun. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar