Məhkəmə qərarları › İş №e-2(022)-1314/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-1314/2023

06.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-1314/2023 06.11.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcu tələbi barədə kiçik iddiasına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 865 (səkkiz yüz altmış beş) manat 98 (doxsan səkkiz) qəpik əsas, 213 (iki yüz on üç) manat 34 (otuz dörd) qəpik faiz, 26 (iyirmi altı) manat 44 (qırx dörd) qəpik cərimə, cəmi 1105 (min yüz beş) manat 76 (yetmiş altı) qəpik borcun və dövlət rüsumu olaraq ödənilmiş 31 (otuz bir) manat 46 (qırx altı) qəpik məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, Cavabdeh xx.xx.2022-ci il tarixində 3130sNFTb/22 saylı müqaviləni imzalamaqla "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində (www.unibank.az) yerləşdirilmiş 01U/21 saylı xx.xx.2021-ci il tarixli “Bank xidmətlərinə dair ümumi oferta” ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq (aksept) etmişdir. Ümumi Ofertanın 16.1-ci bəndinə uyğun olaraq iddiaçı tərəfindən cavabdeh üçün xx.xx.2022-ci il tarixində xx.xx.2025-ci il tarixədək illik 26% olmaqla istehlak məqsədləri üçün 2000 AZN kredit xətti açılmış, məbləğ cavabdehin ödəniş kartına köçürülmüşdür. Ümumi Ofertanın 17.10-cu bəndinə əsasən Müştəri“ kreditin və ya ona hesablanmış faizlərin ödənilməsini gecikdirdikdə “Bank” borcun gecikdirildiyi hər təqvim günü üçün əsas borc məbləğinin illik 40 (qırx) %-i miqdarında cərimə (dəbbə pulu) tətbiq edə bilər. Cavabdeh müqavilə şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir.Nəticədə cavabdehin Banka xx.xx.2023-cü il tarixinə 865,98 AZN əsas, 213,34 AZN faiz, 26,44 AZN cərimə, cəmi 1105,76 AZN borcu yaranmışdır.Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPM-in 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli 3130sNFTb/22 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" X1 səhmdar cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 3130sNFTb/22 saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə illik 26 % ödəniş şərti ilə 2000 manat cavabdehin mülkiyyətinə vermişdir. İş materiallarında olan "xxxx" X1 səhmdar cəmiyyətinin xx.xx.2022-ci il tarixli 3130sNFTb/22 saylı müqaviləsi üzrə xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə "xxxx" X1 səhmdar cəmiyyəti arasında bağlanmış xx.xx.2022-ci il tarixli 3130sNFTb/22 saylı müqaviləyə əsasən Cavabdeh iddiaçı banka borcu xx.xx.2023-cü il tarixə ödənilməmiş 865 (səkkiz yüz altmış beş) manat 98 (doxsan səkkiz) qəpik əsas, 213 (iki yüz on üç) manat 34 (otuz dörd) qəpik faiz, 26 (iyirmi altı) manat 44 (qırx dörd) qəpik cərimə, cəmi 1105 (min yüz beş) manat 76 (yetmiş altı) qəpik təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2022-ci il tarixli 3130sNFTb/22 saylı kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə ödənilməmiş 865 (səkkiz yüz altmış beş) manat 98 (doxsan səkkiz) qəpik əsas, 213 (iki yüz on üç) manat 34 (otuz dörd) qəpik faiz, 26 (iyirmi altı) manat 44 (qırx dörd) qəpik cərimə, cəmi 1105 (min yüz beş) manat 76 (yetmiş altı) qəpik məbləğdə pul vəsaiti Cavabdeh Elman oğlundan iddiaçı "xxxx" X1 səhmdar cəmiyyətinin xeyrinə tutulmalıdır. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" X1 səhmdar cəmiyyəti məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 31 (otuz bir) manat 46 (qırx altı) qəpik məbləğdə pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" X1 səhmdar cəmiyyətinin xeyrinə 865 (səkkiz yüz altmış beş) manat 98 (doxsan səkkiz) qəpik əsas, 213 (iki yüz on üç) manat 34 (otuz dörd) qəpik faiz, 26 (iyirmi altı) manat 44 (qırx dörd) qəpik cərimə, cəmi 1105 (min yüz beş) manat 76 (yetmiş altı) qəpik borc və dövlət rüsumu olaraq ödənilmiş 31 (otuz bir) manat 46 (qırx altı) qəpik məbləğdə pul vəsaiti tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar