Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № e-2(022)-1341/2023 19.10.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi ilə, məsləhətçi X1 oğlunun katibliyi ilə, İddiaçı açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı tərəflər arasında bağlanmış 15 oktyabr 2019-cu il tarixli, 00-xx-xx-0997908 saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsinə əsasən ödənilməmiş əsas borc qismindəv 265 manat 30 qəpik, faiz borcu qismində 8 manat 66 qəpik, cəmi 273 manat 96 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: 16 oktyabr 2023-cü il tarixdə İddiaçı açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı tərəflər arasında bağlanmış 15 oktyabr 2019-cu il tarixli, 00-xx-xx-0997908 saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsinə əsasən ödənilməmiş əsas borc qismindəv 265 manat 30 qəpik, faiz borcu qismində 8 manat 66 qəpik, cəmi 273 manat 96 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsi məhkəməyə daxil olmuşdur. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən işə baxılmasının sadələşdirilmiş qaydasının yolverilməzliyinə görə iddia ərizəsinin qəbul olunmasından imtina edilməlidir. Belə ki, kiçik iddialara dair işlər üzrə iddia ərizəsindən görünür ki, iddiaçı cavabdehlə aralarında bağlanmış 15 oktyabr 2019-cu il tarixli, 00-xx-xx-0997908 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsini və həmin müqaviləyə əsasən əsas və faiz borcunu tələb edir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-4.1.2-ci maddəsinə görə isə verilmiş tələb bu Məcəllənin 284-1-ci maddəsinə uyğun deyildirsə, kiçik iddialara dair dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edilməlidir. Buna görə də məhkəmə hesab edir ki, kredit müqaviləsinin ləğv edilməsi tələbi Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə uyğun olmadığına görə, kiçik iddialara dair işlər üzrə iddia ərizəsinin qəbul olunmasından imtina edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263, 264, 267, 268 və 284-4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı tərəflər arasında bağlanmış 15 oktyabr 2019-cu il tarixli, 00-xx-xx-0997908 saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsinə əsasən ödənilməmiş əsas borc qismindəv 265 manat 30 qəpik, faiz borcu qismində 8 manat 66 qəpik, cəmi 273 manat 96 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddiaçının nümayəndəsinə izah edilsin ki, kiçik iddialara dair işlər üzrə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməsi iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Qərardaddan şikayət verilə bilməz. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №e-2(022)-1341/2023
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №e-2(022)-1341/2023
19.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver