Məhkəmə qərarları › İş №e-2(022)-1357/2025

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-1357/2025

27.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-1357/2025 27.08.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcu tələbi barədə kiçik iddiasına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı «Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə müştərək qaydada əsas borc üzrə 2480.46 (iki min dörd yüz səksən manat qırx altı qəpik) manat, 861.47 (səkkiz yüz altmış bir manat qırx yeddi qəpik) manat faiz borcu və 52.37 (əlli iki manat otuz yeddi qəpik) manat müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faiz dərəcəsi ilə hesablanmış faiz borcu olmaqla, cəmi 3394.30 (üç min üç yüz doxsan dörd manat otuz qəpik) manat kredit borcunun və ödənilmiş 53.95 (əlli üç manat doxsan beş qəpik) manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış BPM**********62 nömrəli xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən borc alana 48 ay müddətinə illik 20 faiz olmaqla 5000 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliyinin icrasının təmin edilməsi məqsədilə Azərbaycan Beynəlxalq Bankı” ASC ilə Cavabdeh1 arasında bağlanmış BPM**********62 nömrəli xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin lazımınca icra edilməsi üçün "xxxx" ASC ilə Cavabdeh2 arasında BPM**********62 nömrəli xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır Zaminlik müqaviləsinin 2.3.1-ci bəndinə əsasən borc alanın Kredit müqaviləsi üzrə Bank qarşısında öhdəliklərini tam şəkildə yerinə yetirməsinə görə Borc alanla birlikdə məsuliyyət daşıyır. Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləği və ona hesablanan faizlər ödənilməmişdir. Yuxarıda adı çəkilən BPM**********62 nömrəli xx.xx.2021-ci tarixli kredit müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixinə 2480.46 (iki min dörd yüz səksən manat qırx altı qəpik) manat əsas borc, 861.47 (səkkiz yüz altmış bir manat qırx yeddi qəpik) manat faiz borcu və 52.37 (əlli iki manat otuz yeddi qəpik) manat müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faiz dərəcəsi ilə hesablanmış faiz borcu olmaqla, cəmi 3394.30 (üç min üç yüz doxsan dörd manat otuz qəpik) manat kredit borcu mövcuddur. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə cavabdehlərə xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdehlər tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPMin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan «Azərbaycan Beynəlxalq Bankı” açıq səhmdar cəmiyyəti və Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli BPM**********62 saylı kredit müqaviləsinə əsasən onun kartına 48 ay müddətinə illik 20 faiz dərəcəsi tətbiq edilməklə 5000 manat məbləğdə pul mədaxil edilmişdir. İşdə olan «Azərbaycan Beynəlxalq Bankı” açıq səhmdar cəmiyyətinin xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, «Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli BPM**********62 saylı kredit müqaviləsinə əsasən 2480.46 (iki min dörd yüz səksən manat qırx altı qəpik) manat əsas borc, 861.47 (səkkiz yüz altmış bir manat qırx yeddi qəpik) manat faiz borcu və 52.37 (əlli iki manat otuz yeddi qəpik) manat müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faiz dərəcəsi ilə hesablanmış faiz borcu olmaqla, cəmi borc 3394.30 (üç min üç yüz doxsan dörd manat otuz qəpik) manat təşkil etmişdir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh1 oğlu ilə «Azərbaycan Beynəlxalq Bankı” açıq səhmdar cəmiyyəti arasında bağlanmış xx.xx.2021-ci il tarixli BPM**********62 saylı kredit müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixə 2480.46 (iki min dörd yüz səksən manat qırx altı qəpik) manat əsas, 861.47 (səkkiz yüz altmış bir manat qırx yeddi qəpik) manat faiz borcu və 52.37 (əlli iki manat otuz yeddi qəpik) manat müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faiz dərəcəsi ilə hesablanmış faiz borcu olmaqla, cəmi 3394.30 (üç min üç yüz doxsan dörd manat otuz qəpik) manat məbləğdə borcun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli BPM**********62 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 ilə xx.xx.2021-ci il tarixli BPM**********62 saylı zaminlik müqaviləsi bağlanmışdır. MM-in 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. MM-in 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Buna görə də məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2021-ci il tarixli BPM**********62 saylı kredit müqaviləsinə əsasən 2480.46 (iki min dörd yüz səksən manat qırx altı qəpik) manat əsas borc, 861.47 (səkkiz yüz altmış bir manat qırx yeddi qəpik) manat faiz borcu və 52.37 (əlli iki manat otuz yeddi qəpik) manat müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faiz dərəcəsi ilə hesablanmış faiz borcu olmaqla, cəmi 3394.30 (üç min üç yüz doxsan dörd manat otuz qəpik) manat məbləğdə pul vəsaiti «Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştİrak edən şəxslərə aid edilir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçı «Azərbaycan Beynəlxalq Bankı” açıq səhmdar cəmiyyəti məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 53 (əlli üç) manat 95 (doxsan beş) qəpik məbləğdə pul vəsaiti cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı «Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 2480 (iki min dörd yüz səksən) manat 46 (qırx altı) qəpik əsas borc, 861 (səkkiz yüz altmış bir) manat 47 (qırx yeddi) qəpik faiz borcu və 52 (əlli iki) manat 37 (otuz yeddi) qəpik müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faiz dərəcəsi ilə hesablanmış faiz borcu olmaqla, cəmi 3394 (üç min üç yüz doxsan dörd) manat 30 (otuz) qəpik kredit borcu, ödənilmiş 53 (əlli üç) manat 95 (doxsan beş) qəpik dövlət rüsumu və 0,40 (qırx) qəpik bank xidmət haqqı tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar