Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-1365/2025 25.08.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə müraciət edərək, Cavabdehdan 16 sentyabr 2024-cü il tarixli, AGNPU-06007 saylı kredit müqaviləsi üzrə 323 (üç yüziyirmi üç) manat 46 (qırx altı) qəpik əsas borc, 26 (iyirmi altı) manat 06 (səfər altı) qəpik faiz borcu, 0 (sıfır) manat dəbbə borcu, cəmi 349 (üç yüz qırx doqquz) manat 52 (əlli iki) qəpik pulun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat pul vəsaitinin iddiaçı“ İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ağcabədi filialı ilə Cavabdeh arasında bağlanmış 16 sentyabr 2024-cü il tarixli, AGNPU-06007 saylı kredit müqaviləsinə əsasən illik 19,5 % (iyirmi) faiz dərəcəsi olmaqla 12 (on iki) ay müddətinə 650 (altı yüzəlli) manat məbləğində cavabdehə kredit verilmişdir (kredit müqaviləsinin 2.1.; 2.3.; 2.4 bəndləri). 16 sentyabr 2024-cü il tarixli, AGNPU-06007 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 16 sentyabr 2024-cü il tarixli, AGNPU-06007 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 16-dan gec olmayaraq hər ay 60,06 (altmış manat 06 qəpik) manat ödəniş etməli olduğu halda, öhdəliklərini vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh 16 sentyabr 2024-cü il tarixli, AGNPU-06007 saylı kredit müqaviləsi üzrə 323,46 (üç yüziyirmi üç manat 46 qəpik) manat əsas borcu, 26,06 (iyirmi altı manat 06 qəpik) manat faiz borcu, borcunun cəmi məbləği 349,52 (üç yüz qırx doqquz manat 52 qəpik) manat təşkil edir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPMin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 16 sentyabr 2024-cü il tarixli, AGNPU-06007 saylı müqaviləyə əsasən borclu Cavabdeh 19,5 % faiz dərəcəsi olmaqla 12 ay müddətinə 650 (altı yüzəlli) manat kredit verilmişdir. İşdə olan İddiaçı ASC-nin xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 16 sentyabr 2024-cü il tarixli, AGNPU- 06007 saylı bank hesabı müqaviləsinə əsasən Cavabdeh iddiaçı banka borcu xx.xx.2025ci il tarixə ödənilməmiş 323 (üç yüz iyirmi üç) manat 46 (qırx altı) qəpik, faiz borcu 26 (iyirmi altı) manat 06 (səfər altı) qəpik, cəmi 349 (üç yüz qırx doqquz) manat 52 (əlli iki) qəpik təşkil etmişdir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh İddiaçı ASC ilə bağladığı 16 sentyabr 2024-cü il tarixli, AGNPU-06007 saylı müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə 16 sentyabr 2024-cü il tarixli, AGNPU-06007 saylı müqavilə üzrə 323 (üç yüz iyirmi üç) manat 46 (qırx altı) qəpik, faiz borcuna görə 26 (iyirmi altı) manat 06 (səfər altı) qəpik, cəmi 349 (üç yüz qırx doqquz) manat 52 (əlli iki) qəpik borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh müqavilə üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə 16 sentyabr 2024-cü il tarixli, AGNPU-06007 saylı müqavilə üzrə 323 (üç yüz iyirmi üç) manat 46 (qırx altı) qəpik əsas borc, 26 (iyirmi altı) manat 06 (səfər altı) qəpik faiz borcu, cəmi 349 (üç yüz qırx doqquz) manat 52 (əlli iki) qəpik pul Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, İddiaçı ASC məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 30 (otuz) manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 323 (üç yüz iyirmi üç) manat 46 (qırx altı) qəpik əsas borc, 26 (iyirmi altı) manat 06 (səfər altı) qəpik faiz borcu, cəmi 349 (üç yüz qırx doqquz) manat 52 (əlli iki) qəpik pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat pul vəsaiti İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №e-2(022)-1365/2025
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-1365/2025
25.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver