Məhkəmə qərarları › İş №e-2(022)-1388/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-1388/2023

24.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-1388/2023 24.11.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdulazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı Аçıq Сəhmdar Ъəmiyyətinin Cavabdeh qarşı kredit borcu tələbi barədə kiçik iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Аçıq Сəhmdar Ъəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 1325 (min üç yüz iyirmi beş) manat 31 (otuz bir) qəpik məbləğində əsas kredit borcunun, 62 (altmış iki) manat 52 (əlli iki) qəpik məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 4 (dörd) manat 49 (qırx doqquz) qəpik cərimə borcu olmaqla, cəmi 1409 (min dörd yüz doqquz) manat 31 (otuz bir) qəpik məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 34 (otuz dörd) manat 10 (on) qəpik məbləğində dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, İddiaçı açıq səhmdar cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-cu il tarixli 12210***-*******01 saylı Kredit müqaviləsinə əsasən Cavabdeh 30 ay müddətinə illik 19 % dərəcəsi ilə, 3000 manat məbləğində kredit verilmişdir. Cavabdeh onunla bağlanmış Kredit müqaviləsinin şərtlərinə əməl etmədiyindən, onun özünə dəfələrlə şifahi və rəsmi (bildirişlə) müraciət edilməsinə baxmayaraq, tərəfindən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh xx.xx.2023 cü il tarixə İddiaçı ASC-yə 1325.31 manat məbləğində əsas kredit borcu, 62.52 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 4.49 manat cərimə borcu olmaqla, cəmi 1409.31 manat məbləğində borcu qalmaqdadır. Məhkəmə hazırkı iddianın qiymətinin iki min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPMin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan xx.xx.2021-cu il tarixli 12210***-*******01 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı açıq səhmdar cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış fərdi mikro kredit müqaviləsinə əsasən cavabdehə 30 ay müddətinə illik 19 % dərəcəsini tətbiq etməklə 3000 manat məbləğdə kredit verilmişdir. İşdə olan İddiaçı açıq səhmdar cəmiyyətinin xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə maliyyə arayışından görünür ki, Cavabdeh ilə İddiaçı açıq səhmdar cəmiyyəti arasında bağlanmış xx.xx.2021-cu il tarixli 12210***-*******01 saylı kredit müqaviləsinə əsasən Cavabdeh iddiaçı banka borcu xx.xx.2023-cü il tarixə ödənilməmiş əsas borc qismində 1325 (min üç yüz iyirmi beş) manat 31 (otuz bir) qəpik məbləğində əsas kredit borcu, 62 (altmış iki) manat 52 (əlli iki) qəpik məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 4 (dörd) manat 49 (qırx doqquz) qəpik cərimə borcu olmaqla, cəmi 1409 (min dörd yüz doqquz) manat 31 (otuz bir) qəpik təşkil etmişdir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh İddiaçı açıq səhmdar cəmiyyəti ilə bağladığı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə xx.xx.2021-cu il tarixli 12210***-*******01 saylı kredit müqaviləsinin şərtlərinə uyğun olaraq cavabdehin iddiaçıya xx.xx.2023-cü il tarixə ödənilməmiş əsas borc qismində 1325 (min üç yüz iyirmi beş) manat 31 (otuz bir) qəpik məbləğində əsas kredit borcunun, 62 (altmış iki) manat 52 (əlli iki) qəpik məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 4 (dörd) manat 49 (qırx doqquz) qəpik cərimə borcu olmaqla, cəmi 1409 (min dörd yüz doqquz) manat 31 (otuz bir) qəpik məbləğdə borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-cü maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2021-cu il tarixli 12210***- *******01 saylı kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə ödənilməmiş əsas borc qismində 1325 (min üç yüz iyirmi beş) manat 31 (otuz bir) qəpik məbləğində əsas kredit borcu, 62 (altmış iki) manat 52 (əlli iki) qəpik məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 4 (dörd) manat 49 (qırx doqquz) qəpik cərimə borcu olmaqla, cəmi 1409 (min dörd yüz doqquz) manat 31 (otuz bir) qəpik məbləğində pul vəsaiti Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, İddiaçı açıq səhmdar cəmiyyəti məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 34 (otuz dörd) manat 10 (on) qəpik məbləğdə pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-cu il tarixli 12210***-*******01 saylı kredit müqaviləsi üzrə İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə əsas borc qismində 1325 (min üç yüz iyirmi beş) manat 31 (otuz bir) qəpik məbləğində əsas kredit borcu, 62 (altmış iki) manat 52 (əlli iki) qəpik məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 4 (dörd) manat 49 (qırx doqquz) qəpik cərimə borcu olmaqla, cəmi 1409 (min dörd yüz doqquz) manat 31 (otuz bir) qəpik, həmçinin iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 34 (otuz dörd) manat 10 (on) qəpik məbləğdə pul vəsaiti tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X1

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar