Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № e-2(022)-1448/2024 17.10.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi ilə, məsləhətçi (iclas katibi) X1 oğlunun katibliyi ilə, Bank Olmayan Kredit Təşkilatı İddiaçı məhdud məsuliyyətli cəmiyyətinin Cavabdeh qarşı 28 noyabr 2023-cü il tarixli, **********003 saylı mikrokredit müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 400 manat, faiz borcu qismində 20 manat, komissiya xərci qismində 58 manat, cərimə qismində 242 manat, cəmi 720 manat, habelə ödənilmiş dövlət rüsunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: 14 oktyabr 2024-cü il tarixdə Bank Olmayan Kredit Təşkilatı İddiaçı məhdud məsuliyyətli cəmiyyətinin Cavabdeh qarşı 28 noyabr 2023-cü il tarixli, **********003 saylı mikrokredit müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 400 manat, faiz borcu qismində 20 manat, komissiya xərci qismində 58 manat, cərimə qismində 242 manat, cəmi 720 manat, habelə ödənilmiş dövlət rüsunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsi məhkəməyə daxil olmuşdur. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən işə baxılmasının sadələşdirilmiş qaydasının yolverilməzliyinə görə iddia ərizəsinin qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 284-3.2.4-cü maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə iddia ərizəsinə tələbin əsaslandığını təsdiq edən sənəd əlavə edilməlidir. Lakin məhkəmə daxil olmuş iddia ərizəsinə əlavə edilmiş 28 noyabr 2023-cü il tarixli, **********003 saylı mikrokredit müqaviləsinin cavabdeh Nümayəndə tərəfindən imzalanıb-imzalanmamasını və həmin kredit müqaviləsi üzrə cavabdeh tərəfindən halhazıradək hər hansı ödənişlərin aparılıb-aparılmamasının araşdırılmasını müəyyən etmək qeyri-mümkümdür. Azərbaycan Respublikası MPM-nin 284-4.1.3-cü maddəsinə görə verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, məhkəmə kiçik iddialara dair dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Buna görə də məhkəmə hesab edir ki, 28 noyabr 2023-cü il tarixli, **********003 saylı mikrokredit müqaviləsinin Cavabdeh tərəfindən imzalanıb-imzalanmamasını və həmin kredit müqaviləsi üzrə cavabdeh tərəfindən hal-hazıradək hər hansı ödənişlərin aparılıb-aparılmamasının araşdırılması zərurəti olduğu üçün iddia ərizəsinin qəbul olunmasından imtina edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263, 264, 267, 268 və 284-4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Bank Olmayan Kredit Təşkilatı İddiaçı məhdud məsuliyyətli cəmiyyətinin Cavabdeh qarşı 28 noyabr 2023-cü il tarixli, **********003 saylı mikrokredit müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 400 manat, faiz borcu qismində 20 manat, komissiya xərci qismində 58 manat, cərimə qismində 242 manat, cəmi 720 manat, habelə ödənilmiş dövlət rüsunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddiaçının nümayəndəsinə izah edilsin ki, kiçik iddialara dair işlər üzrə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməsi iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Qərardaddan şikayət verilə bilməz. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №e-2(022)-1448/2024
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №e-2(022)-1448/2024
17.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver