Məhkəmə qərarları › İş №e-2(022)-1450/2024

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-1450/2024

18.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-1450/2024 18.11.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcu tələbi barədə kiçik iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı 829 (səkkiz yüz iyirmi doqquz) manat 68 (altımış səkkiz) qəpik əsas, faiz borcuna görə 42 (qırx iki) manat 50 (əlli) qəpik, dəbbə borcuna görə 316 (üç yüz on altı) manat 12 (on iki) qəpik, cəmi 1188 (bir min bir yüz səksən səkkiz) manat 30 (otuz) qəpik borcun və ödənilmiş 31 (otuz bir) manat 89 (səksən doqquz) qəpik dövlət rüsumunun İddiaçı ASC-nə ödənilməsi tələbi barədə kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində göstərilmişdir ki, İddiaçı ASC-nin Masallı filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ciil tarixli MSNPU-05757 saylı local kartla kredit limitinin ayrılmasına dair razılaşma əsasında 22 noyabr 2022-ci il tarixdə, MSNPU-05757/1 saylı kredit müqaviləsinə əsasən illik 14 % (on dörd) faiz dərəcəsi olmaqla 24 (iyirmi dörd) ay müddətinə 3000 (üç min) manat məbləğində cavabdehə kredit verilmişdir. 22 noyabr 2022ci il tarixli, MSNPU-05757/1 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 22 noyabr 2022-ci il tarixli, MSNPU-05757/1 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 22-dən gec olmayaraq hər ay 144,04 (bir yüz qırx dörd manat 04 qəpik) manat ödəniş etməli olduğu halda, öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh 22 noyabr 2022-ci il tarixli, MSNPU-05757/1 saylı kredit müqaviləsi üzrə əsas borcu 829 (səkkiz yüz iyirmi doqquz) manat 68 (altımış səkkiz) qəpik, faiz borcu 42 (qırx iki) manat 50 (əlli) qəpik, dəbbə borcu 316 (üç yüz on altı) manat 12 (on iki) qəpik,cəmi borcu 1188 (bir min bir yüz səksən səkkiz) manat 30 (otuz) qəpik təşkil edir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPMin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan kredit müqaviləsindən görünür ki, İddiaçı açıq səhmdar cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ciil tarixli MSNPU-05757 saylı kredit müqaviləsinə görə Cavabdeh 24 ay müddətinə, illik 14% ödəmək şərti ilə 3000 (üç min) manat məbləğində kredit verilmişdir. İşdə olan 03 oktyabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı açıq səhmdar cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ciil tarixli MSNPU-05757 saylı müqaviləyə əsasən Cavabdeh hazırda iddiaçıya əsas borc qismində 829 (səkkiz yüz iyirmi doqquz) manat 68 (altımış səkkiz) qəpik, faiz borcuna görə 42 (qırx iki) manat 50 (əlli) qəpik, dəbbə borcuna görə 316 (üç yüz on altı) manat 12 (on iki) qəpik, cəmi 1188 (bir min biryüzsəksən səkkiz) manat 30 (otuz) qəpik borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. İşin halları ilə müəyyən olunur ki, borclu Cavabdeh qanunun yuxarıda göstərilən tələblərini kobud şəkildə pozaraq müqavilə şərtlərinə əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. İddia ərizəsindən görünür ki, iddiaçı cavabdehdən kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə ytirilməməsinə görə 316,12 manat dəbbə pulunun ödənilməsini tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə qeyd olunan maddi hüquq normasının tələbini nəzərə alaraq belə hesab edir ki, iddiaçının 829 (səkkiz yüz iyirmi doqquz) manat əsas borc tələbinə görə 316.12 manat dəbbə pulu tələbi əsas borc tələbinə tənasübsüz hesab edilməlidir. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ciil tarixli MSNPU-05757 saylı kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə ödənilməmiş 829 (səkkiz yüz iyirmi doqquz) manat 68 (altımış səkkiz) qəpik əsas borc, 42 (qırx iki) manat 50 (əlli) qəpik faiz borcu, 82 (səksən iki) manat dəbbə pulu, cəmi 954 (doqquz yüz əlli dörd) manat 18 (on səkkiz) qəpik məbləğində pul vəsaiti Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçı məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 31 (otuz bir) manat 89 (səksən doqquz) qəpik məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 829 (səkkiz yüz iyirmi doqquz) manat 68 (altımış səkkiz) qəpik əsas borc, 42 (qırx iki) manat 50 (əlli) qəpik faiz borcu, 82 (səksən iki) manat dəbbə pulu, cəmi 954 (doqquz yüz əlli dörd) manat 18 (on səkkiz) qəpik borc və ödənilmiş dövlət rüsumuna görə 31 (otuz bir) manat 89 (səksən doqquz) qəpik pul vəsaiti tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar