Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-1456/2024 07.11.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X2 oğlunun katibliyi ilə, «X1» açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı 31 mart 2021-ci il tarixli, 01U/21 saylı “Kütləvi oferta” çərçivəsində bağlanmış 05 iyun 2023-cü il tarixli, 125nkFİL8/23 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 2.762 manat 50 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 161 manat 32 qəpik, cərimə qismində 37 manat 50 qəpik, cəmi 2.961 manat 32 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 50 manat 02 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: 16 oktyabr 2024-cü il tarixdə «X1» açıq səhmdar cəmiyyəti Cavabdeh qarşı 31 mart 2021-ci il tarixli, 01U/21 saylı “Kütləvi oferta” çərçivəsində bağlanmış 05 iyun 2023cü il tarixli, 125nkFİL8/23 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 2.762 manat 50 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 161 manat 32 qəpik, cərimə qismində 37 manat 50 qəpik, cəmi 2.961 manat 32 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 50 manat 02 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərin ünvanına göndərilmiş 16 oktyabr 2024-cü il tarixli bildirişlə, iddiaçının tələbinə dair əsaslandırılmış etirazları olduğu halda 10 iş gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etmək hüquqlarının mövcudluğu cavabdehə izah edilmiş, lakin iddia tələbinə cavabdeh tərəfindən verilmiş etiraz məhkəməyə daxil olmamış və ərizənin əsaslandığı tələbetmə hüququ mübahisələndirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 285-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 31 mart 2021-ci il tarixli, 01U/21 saylı “Kütləvi oferta” çərçivəsində bağlanmış 05 iyun 2023-cü il tarixli, 125nkFİL8/23 saylı kredit müqaviləsinin və həmin müaviləyə 1 saylı Əlavənin surətindən görünür ki, «X1» açıq səhmdar cəmiyyəti tərəfindən (borcverən) Cavabdeh (borcalan) 03 noyabr 2021-ci il tarixli, 17040sADJ/21 saylı kredit müqaviləsi üzrə 215 manat 93 qəpik və 03 noyabr 2021-ci il tarixli, 11852sADJ/21 saylı kredit müqaviləsi üzrə 2.864 manat 87 qəpik məbləğində qalıq borcun qaytarılması məqsədi ilə 04 iyun 2024-cü il tarixədək, kreditdən istifadəyə görə illik faiz dərəcəsi 22% ödəmək şərtilə, 3.086 manat krediti borcalanın cari hesabına köçürmə yolu ilə verilmişdir. Mülki iş materiallarında olan «X1» açıq səhmdar cəmiyyəti tərəfindən verilmiş 05 iyun 2023-cü il tarixli, 125nkFİL8/23 saylı kredit müqaviləsi üzrə borca dair maliyyə arayışının surətindən görünür ki, Cavabdeh «X1» açıq səhmdar cəmiyyətinə borcu əsas borc qismində 2.762 manat 50 qəpik, 15 oktyabr 2024-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 161 manat 32 qəpik və cərimə qismində 37 manat 50 qəpik, cəmi 2.961 manat 32 qəpik məbləğində təşkil edir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh «X1» açıq səhmdar cəmiyyətinə 31 mart 2021-ci il tarixli, 01U/21 saylı “Kütləvi oferta” çərçivəsində bağlanmış 05 iyun 2023-cü il tarixli, 125nkFİL8/23 saylı kredit müqaviləsi üzrə əsas borc qismində 2.762 manat 50 qəpik, 15 oktyabr 2024-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 161 manat 32 qəpik və cərimə qismində 37 manat 50 qəpik, cəmi 2.961 manat 32 qəpik məbləğində borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.2-ci maddəsinə görə müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Həmin Məcəllənin 407.1-ci maddəsinə əsasən müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 409.1-ci maddəsinə görə ofertanın ünvanlandığı şəxsin ofertanı qəbul etməsi haqqında cavabı aksept sayılır. Aksept tam və qeyd-şərtsiz olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743.1-ci maddəsinə görə kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 745.5-ci maddəsinə əsasən kredit müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa (daha yuxarı məbləğin müəyyənləşdirilməsi istisna olmaqla), kredit üzrə ödənişlərin gecikdirilməsinə görə faizlər (gecikdirilmə faizləri) kredit müqaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edilmə günü üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi əlavə edilməklə hesablanır. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Beləliklə, məhkəmə mülki işin yuxarıda sadalanan hallarını, nəzərə alaraq, hesab edir ki, Cavabdeh 31 mart 2021-ci il tarixli, 01U/21 saylı “Kütləvi oferta” çərçivəsində bağlanmış 05 iyun 2023-cü il tarixli, 125nkFİL8/23 saylı kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə həmin müqavilə üzrə ödənilməmiş əsas borc qismində 2.762 manat 50 qəpik, 15 oktyabr 2024-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 161 manat 32 qəpik və cərimə qismində 37 manat 50 qəpik məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia tam təmin edildiyinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 50 manat 02 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 10-1, 216- 220, 227, 284-5, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: «X1» açıq səhmdar cəmiyyətinin iddiası təmin edilsin. Cavabdeh «X1» açıq səhmdar cəmiyyətinin xeyrinə 31 mart 2021-ci il tarixli, 01U/21 saylı “Kütləvi oferta” çərçivəsində bağlanmış 05 iyun 2023-cü il tarixli, 125nkFİL8/23 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 2.762 (iki min yeddi yüz altmış iki) manat 50 (əlli) qəpik, 15 oktyabr 2024-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 161 (bir yüz altmış bir) manat 32 (otuz iki) qəpik, cərimə qismində 37 (otuz yeddi) manat 50 (əlli) qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 50 (əlli) manat 02 (iki) qəpik, cəmi 3.011 (üç min on bir) manat 34 (otuz dörd) qəpik məbləğində pul vəsaiti tutulsun. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Biləsuvar rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №e-2(022)-1456/2024
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-1456/2024
07.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver