Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-1469/2024 18.11.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) X1katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcu tələbi barədə kiçik iddiasına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli BUMM 3673132B299 saylı kredit müqaviləsinə əsasən 1594 (bir min beş yüz doxsan dörd) manat 58 qəpik əsas borc, 64 (altımış dörd) manat 46 qəpik faiz borcu, cəmi 1659 (bir min altı yüz əlli doqquz) manat 04 qəpik borcun və xx.xx.2023-cü il tarixli, BRCB2730635B240 saylı kartına dair müqaviləyə əsasən 1350 (bir min üç yüz əlli) manat əsas borc, 252 (iki yüz əlli iki) manat 90 qəpik faiz borcu, cəmi 1602 (bir min altı yüz iki) manat 90 qəpik borcun və ödənilmiş 52 (əlli iki) manat 62 qəpik məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, İddiaçı açıq səhmdar cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli BUMM 3673132B299 saylı kredit müqaviləsinə əsasən ona 36 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 1729 AZN məbləğində kredit verilmişdir. Cavabdehin elektron imzası əsasında ona məxsus kart hesabına pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Eyni zamanda İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış xx.xx.2023-cü il tarixli BRCB2730635B240 saylı kredit müqaviləsinə əsasən ona illik 27 faiz dərəcəsi ilə 1350 AZN məbləğində kredit verilmişdir. Kredit online qaydada rəsmiləşdirilməsinə baxmayaraq filialdan nəğd qaydada əldə edilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, bu müqavilə üzrə əsas və faiz borcunu özündə əks etdirən maliyyə arayışı, pul vəsaitinin cavabdehə nəğd qaydada verilməsini təsdiq edən xəzinə məxaric orderi, cavabdehlə mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair ona ünvanlanmış bildiriş məktubu və məktubun göndərilməsini sübut edən poçt reyestridir. Nəticədə cavabdehin xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixli, BUMM3673132B299 saylı kredit müqaviləsinə əsasən 1594,58 AZN əsas borc, 64,46 AZN faiz, cəmi 1659,04 AZN borcu və xx.xx.2023-cü il tarixli BRCB2730635B240 saylı kredit kartına dair müqaviləyə əsasən 1350 AZN əsas borc, 252,90 AZN faiz borcu, cəmi 1602,90 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPM-in 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı açıq səhmdar cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, BUMM3673132B299 saylı kredit müqaviləsinə əsasən ona 36 ay müddətinə, illik faiz dərəcəsi 27% olmaqla 1729 manat kredit və İddiaçı açıq səhmdar cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli BRCB2730635B240 saylı kredit müqaviləsinə əsasən ona 57 ay müddətinə, illik faiz dərəcəsi 27% olmaqla 1350 manat kredit verilmişdir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh ilə İddiaçı açıq səhmdar cəmiyyəti arasında bağlanmış İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixli, BUMM3673132B299 saylı kredit müqaviləsinə əsasən 1594 (bir min beş yüz doxsan dörd) manat 58 qəpik əsas borc, 64 (altımış dörd) manat 46 qəpik faiz borcu, cəmi 1659 (bir min altı yüz əlli doqquz) manat 04 qəpik borcu və xx.xx.2023-cü il tarixli BRCB2730635B240 saylı kredit kartına dair müqaviləyə əsasən 1350 (bir min üç yüz əlli) manat əsas borc, 252 (iki yüz əlli iki) manat 90 qəpik faiz borcu, cəmi 1602 (bir min altı yüz iki) manat 90 qəpik məbləğdə borcunun yarandığı təsdiq olunur. İşdə olan İddiaçı açıq səhmdar cəmiyyətinin xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixli, BUMM3673132B299 saylı kredit müqaviləsinə əsasən 1594 (bir min beş yüz doxsan dörd) manat 58 qəpik əsas borc, 64 (altımış dörd) manat 46 qəpik faiz borcu, cəmi 1659 (bir min altı yüz əlli doqquz) manat 04 qəpik borcu və xx.xx.2023-cü il tarixli BRCB2730635B240 saylı kredit kartına dair müqaviləyə əsasən 1350 (bir min üç yüz əlli) manat əsas borc, 252 (iki yüz əlli iki) manat 90 qəpik faiz borcu, cəmi borcu 1602 (bir min altı yüz iki) manat 90 qəpik təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. İşin halları ilə müəyyən olunur ki, borclu Cavabdeh qanunun yuxarıda göstərilən tələblərini kobud şəkildə pozaraq müqavilə şərtlərinə əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixli, BUMM3673132B299 saylı kredit müqaviləsinə əsasən 1594 (bir min beş yüz doxsan dörd) manat 58 qəpik əsas borc, 64 (altımış dörd) manat 46 qəpik faiz borcu, cəmi 1659 (bir min altı yüz əlli doqquz) manat 04 qəpik borcu və xx.xx.2023-cü il tarixli BRCB2730635B240 saylı kredit kartına dair müqaviləyə əsasən 1350 (bir min üç yüz əlli) manat əsas borc, 252 (iki yüz əlli iki) manat 90 qəpik faiz borcu, cəmi 1602 (bir min altı yüz iki) manat 90 qəpik vəsaiti İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə tutulmalıdır. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştİrak edən şəxslərə aid edilir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, İddiaçı açıq səhmdar cəmiyyəti məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 52 (əlli iki) manat 62 (altımış iki) qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2023-cü il tarixli, BUMM3673132B299 saylı kredit müqaviləsinə əsasən 1594 (bir min beş yüz doxsan dörd) manat 58 qəpik əsas borc, 64 (altımış dörd) manat 46 qəpik faiz borcu, cəmi 1659 (bir min altı yüz əlli doqquz) manat 04 qəpik borc və xx.xx.2023-cü il tarixli BRCB2730635B240 saylı kredit kartına dair müqaviləyə əsasən 1350 (bir min üç yüz əlli) manat əsas borc, 252 (iki yüz əlli iki) manat 90 qəpik faiz borcu, cəmi 1602 (bir min altı yüz iki) manat 90 qəpik və ödənilmiş dövlət rüsumuna görə 52 (əlli iki) manat 62 (altımış iki) qəpik pul vəsaiti tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №e-2(022)-1469/2024
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-1469/2024
18.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver