Məhkəmə qərarları › İş №e-2(022)-1488/2024

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №e-2(022)-1488/2024

21.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № e-2(022)-1488/2024 21.11.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Hakim Rəsulova Mədinə Camal qızı, Abdullayev Vüsal Ramiz oğlunun katibliyi ilə, İddiaçı “X1” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X1” Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə 23 oktyabr 2024-cü il tarixdə Biləsuvar Rayon Məhkəməsinə müraciət etmişdir. Daha sonra iddiaçı “X1” Qapalı Səhmdar Cəmiyyəti 07 noyabr 2024-ci il tarixdə “AZEMİS” vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə razılaşma əldə olunduğunu və Cavabdeh Bank qarşısında hazırki tələb üzrə öhdəliyini yerinə yetirdiyini bildirmiş və işin baxılmamış saxlanılmasını, iddia ərizəsinin ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçı “X1” Qapalı Səhmdar Cəmiyyətinin ərizəsini nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6— 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər; 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 31 mart 2011-ci il tarixli Qərarının: 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə ərizəni və mülki işin sənədlərini nəzərdən keçirib hesab edir ki, iddiaçının nümayəndəsinin 07 noyabr 2024-cü il tarixli ərizəsi təmin edilməli, dövlət rüsumunun qaytarılması məsələləri həll edilməli, dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul iddiaçı “X1” Qapalı Səhmdar Cəmiyyətinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDI: Ərizə təmin edilsin. İddiaçı “X1” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı “X1” Qapalı Səhmdar Cəmiyyətinin tərəfindən 21 dekab 2023-cü il tarixli, ********** nömrəli qəbzə əsasən Biləsuvar Rayon Məhkəməsinə dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti Bakı şəhəri Baş Maliyyə İdarəsi tərəfindən iddiaçı “X1” Qapalı Səhmdar Cəmiyyətinə qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM: Mədinə Rəsulova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar