Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-1490/2025 25.09.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X2 oğlunun katibliyi ilə, Bank Olmayan Kredit Təşkilatı «XX» məhdud məsuliyyətli cəmiyyətinin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı 25 iyun 2023-cü il tarixli, LD********** saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 773 manat 94 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 55 manat 64 qəpik və cərimə qismində 637 manat 32 qəpik, cəmi 1.466 manat 90 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 35 manat məbləğində pul vəsaitinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: 18 avqust 2025-ci il tarixdə Bank Olmayan Kredit Təşkilatı «XX» məhdud məsuliyyətli cəmiyyəti Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı 25 iyun 2023-cü il tarixli, LD********** saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 773 manat 94 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 55 manat 64 qəpik və cərimə qismində 637 manat 32 qəpik, cəmi 1.466 manat 90 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 35 manat məbləğində pul vəsaitinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraati qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehlərin ünvanına göndərilmiş 18 avqust 2025-ci il tarixli bildirişlə, iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda 10 iş gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etmək hüquqlarının mövcudluğu cavabdehlərə izah edilmiş, lakin iddia tələbinə cavabdehlər tərəfindən verilmiş etiraz məhkəməyə daxil olmamış və ərizənin əsaslandığı tələbetmə hüququ mübahisələndirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 285-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 25 iyun 2023-cü il tarixli, LD********** saylı kredit müqaviləsinin və həmin müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinin surətlərindən görünür ki, Bank Olmayan Kredit Təşkilatı «XX» məhdud məsuliyyətli cəmiyyəti tərəfindən Cavabdeh1 gündəlik tələbat məqsədi ilə kreditdən istifadəyə görə illik 29% borc faizləri ödəməsi şərtilə, 24 ay müddətinə, 25 iyun 2025-ci il tarixədək qaytarmaq şərti ilə, 3.000 manat məbləğində istehlak krediti vermişdir. Mülki işdə materiallarında olan 25 iyun 2023-cü il tarixli, LD********** saylı zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 25 iyun 2023-cü il tarixli, LD********** saylı kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin tam icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İşdə olan 25 iyun 2023-cü il tarixli, LD********** saylı zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh3 25 iyun 2023-cü il tarixli, LD********** saylı kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin tam icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 25 iyun 2023-cü il tarixli kreditvermə arayışının surətindən görünür ki, 25 iyun 2023-cü il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən 69 manat komissiya haqqı tutulmaqla, 2.931 manat məbləğində kredit vəsaiti, Bank Olmayan Kredit Təşkilatı «XX» məhdud məsuliyyətli cəmiyyəti tərəfindən Cavabdeh1 razılığı ilə ona məxsus AZ26İBAZ**********52613566334 nömrəli kart hesabına köçürülməklə, həmin şəxsə təqdim edilmişdir. Mülki işdə olan Bank Olmayan Kredit Təşkilatı «XX» Məhdud məsuliyyətli cəmiyyəti tərəfindən verilmiş 25 iyun 2023-cü il tarixli, LD********** saylı kredit müqaviləsi üzrə 27 fevral 2025-ci il tarixli arayışın surətindən görünür ki, H.A.X1 Kredit Təşkilatı «XX» Məhdud məsuliyyətli cəmiyyətinə borcu əsas borc qismində 773 manat 94 qəpik, 25 iyun 2025-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 55 manat 64 qəpik və cərimə qismində 637 manat 32 qəpik, cəmi 1.466 manat 90 qəpik təşkil edir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 25 iyun 2023cü il tarixli, LD********** saylı kredit müqaviləsi üzrə Bank Olmayan Kredit Təşkilatı «XX» Məhdud məsuliyyətli cəmiyyətinə olan borcu əsas borc qismində 773 manat 94 qəpik, 25 iyun 2025-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 55 manat 64 qəpik və cərimə qismində 637 manat 32 qəpik, cəmi 1.466 manat 90 qəpik məbləğində borclarının yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 434.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 434.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743.1-ci maddəsinə görə kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarının nəticə hissəsinin 2-ci bəndinə görə kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarının 1-ci bəndinə görə Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq, birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun həmin Qərarda müəyyən etdiyi hüquqi mövqeyə görə öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. İş materiallarından görünür ki, iddiaçı bank cavabdehə qarşı müqavilə müddətinin bitdiyi tarixdən sonrakı dövr üçün illik 5 faiz dərəcəsi ilə faiz borcunun tutulması barədə hər hansı iddia tələbi irəli sürməmişdir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini, həmçinin cavabdeh tərəfindən icra edilmiş ödəniş məbləğini nəzərə alaraq, hesab edir ki, 637 manat 32 qəpik təşkil edən cərimə məbləği tənasübsüz surətdə yüksək məbləğ təşkil edir və cərimə məbləğinin 70 manata qədər azaldılması məqsədəmüvafiqdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə mülki işin yuxarıda sadalanan hallarını, nəzərə alaraq, hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 25 iyun 2023-cü il tarixli, LD********** saylı kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiklərinə görə həmin müqavilə üzrə ödənilməmiş əsas borc qismində 773 manat 94 qəpik, iddiaçı tərəfindən cavabdehə 25 iyun 2025-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 55 manat 64 qəpik, cərimə qismində 70 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumunun ödənilməsinə xərclənmiş pul vəsaitinin 10 manat məbləğində hissəsi iddiaçıya aid edilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsinin əvəzi qismində 25 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 10-1, 216- 220, 227, 284-5, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Bank Olmayan Kredit Təşkilatı «XX» məhdud məsuliyyətli cəmiyyətinin iddiası qismən təmin edilsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bank Olmayan Kredit Təşkilatı «XX» məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə 25 iyun 2023-cü il tarixli, LD********** saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 773 (yeddi yüz yetmiş üç) manat 94 (doxsan dörd) qəpik, 25 iyun 2025-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 55 (əlli beş) manat 64 (altmış dörd) qəpik, cərimə qismində 70 (yetmiş) manat və ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 25 (iyirmi beş) manat, cəmi 924 (doqquz yüz iyirmi dörd) manat 58 (əlli səkkiz) qəpik məbləğində pul vəsaiti müştərək qaydada tutulsun. Bank Olmayan Kredit Təşkilatı «XX» məhdud məsuliyyətli cəmiyyətinin iddiası qalan hissədə rədd edilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Biləsuvar rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №e-2(022)-1490/2025
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-1490/2025
25.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver