Məhkəmə qərarları › İş №e-2(022)-1496/2025

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-1496/2025

09.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-1496/2025 09.10.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X2 oğlunun katibliyi, «X1» açıq səhmdar cəmiyyəti Cavabdeh qarşı 31 mart 2021-ci il tarixli, 02/21 saylı «Yalnız istehlak kredit məhsulları üzrə fiziki şəxslərə bank xidmətlərinin təqdim edilməsi barədə “Kütləvi Oferta” çərçivəsində bağlanmış 26 fevral 2025-ci il tarixli, 52nkSLY/25 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 5.247 manat 26 qəpik, hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 404 manat 48 qəpik, cərimə qismində 22 manat 78 qəpik, cəmi 5.674 manat 52 qəpik qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 77 manat 15 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: «X1» açıq səhmdar cəmiyyəti Cavabdeh qarşı 31 mart 2021-ci il tarixli, 02/21 saylı «Yalnız istehlak kredit məhsulları üzrə fiziki şəxslərə bank xidmətlərinin təqdim edilməsi barədə “Kütləvi Oferta” çərçivəsində bağlanmış 26 fevral 2025-ci il tarixli, 52nkSLY/25 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 5.247 manat 26 qəpik, hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 404 manat 48 qəpik, cərimə qismində 22 manat 78 qəpik, cəmi 5.674 manat 52 qəpik qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 77 manat 15 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı «X1» açıq səhmdar cəmiyyətinin nümayəndəsi iddia ərizəsində göstərmişdir ki, «X1» açıq səhmdar cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 26 fevral 2025-ci il tarixli, 52nkSLY/25 saylı kredit müqaviləsi 1.1-ci bəndində əsasən iddiaçı 25 noyabr 2027ci il tarixədək qaytarmaq və illik 25 faiz ödəmək şərti ilə, 5.459 manat məbləğində krediti cavabdehin mülkiyyətinə vermiş, sonuncuya bank hesabları açmışdır. Cavabdeh isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə faizləri ilə birlikdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh 26 fevral 2025-ci il tarixli, 52nkSLY/25 saylı kredit müqaviləsini imzalamaqla 31 mart 2021-ci il tarixli, 02/21 saylı «Yalnız istehlak kredit məhsulları üzrə fiziki şəxslərə bank xidmətlərinin təqdim edilməsi barədə Kütləvi Oferta”nı təsdiq (aksept) etmişdir. Həmin kredit müqaviləsinin 1.3-cü bəndinə görə kreditin məqsədi digət kredit müqaviləsinin bağlanmasıdır. 26 fevral 2025-ci il tarixli, 52nkSLY/25 saylı kredit müqaviləsinin 1.4-cü bəndinə əsasən ayrılmış kredit borcalanın digər kredit müqaviləsi üzrə qalıq borcunun tam ödənilməsi üçün borclunun carı hesabından bank tərəfindən akseptsiz qaydada silinmişdir. Kreditin bank tərəfindən faktiki olaraq verilməsi müqavilə üzrə nəzərdə tutulan vəsaitin borcalanın hesabına köçürülməsi ilə təsdiq edilir və kredit məbləğinin həmin şəxs tərəfindən nağd qaydada hesabdab məxaric edilməsini istisna edir. Həmçinin həmin müqavilənin 2.1-ci bəndinə əsasən borcalan kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsini 1 təqvim günündən çox gecikdirdikdə, həmin gündən başlayaraq bank borcun gecikdirildiyi hər təqvim günü üçün əsas borc məbləğinin illik 40 faizi miqdarında cərimə tətbiq edə bilər. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditlərin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmiş və kreditor «X1» açıq səhmdar cəmiyyəti öz tələbini məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Sonda, iddiaçının nümayəndəsi məhkəmədən əsas borcun əvəzi qismində 5.247 manat 26 qəpik, hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 404 manat 48 qəpik, cərimə qismində 22 manat 78 qəpik, cəmi 5.674 manat 52 qəpik qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 77 manat 15 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə 22 avqust 2025-ci il tarixdə “Elektron Məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə (hazırlıq və baxış iclaslarıının) onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə məhkəməyə məlumat vermədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında 31 mart 2021-ci il tarixli, 02/21 saylı «Yalnız istehlak kredit məhsulları üzrə fiziki şəxslərə bank xidmətlərinin təqdim edilməsi barədə “Kütləvi Oferta”nın 1-ci bəndinə görə kredit məhsulları üzrə müştərilərlə həmin ofertanın aksepti sayılan individual müqavilə imzalanır və həmin müqavilədə kreditin məbləği, müddəti, illik faiz dərəcəsi, faizlərin, cərimələrnin hesablanması və qaytarılması qaydaları, məsuliyyət, bu oferta ilə tənzimlənməyən digər şərtlər göstərilir. Müştərinin bankda qeydiyyatda olan mobil nömrəsinə SMS vasitəsilə bank tərəfindən istənilən məzmunda yeniliklər, dəyişikliklər, yeni məhsullar barədə məlumatlar, kredit barədə təkliflər, kredit borcu üzrə məlumat, öhdəlikləri icrası barədə bildiriş, reklam məlumatları göndərilə bilər. Bank tərəfindən müştərinin mövcud istənilən növ aktiv ödəniş kartına kredit vəsaiti köçürülə bilər. Mülki iş materiallarında olan 26 fevral 2025-ci il tarixli, 52nkSLY/25 saylı kredit müqaviləsinin və həmin müqaviləyə 1 saylı Əlavənin surətlərindən görünür ki, Cavabdeh “X1» açıq səhmdar cəmiyyətinin www.unibank.az adlı rəsmi internet səhifəsində yerləşdirilmiş 31 mart 2021-ci il tarixli, 02/21 saylı «Yalnız istehlak kredit məhsulları üzrə fiziki şəxslərə bank xidmətlərinin təqdim edilməsi barədə “Kütləvi Oferta” ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu (aksept etdiyini) təsdiq etmiş, “X1» açıq səhmdar cəmiyyəti təərfindən Cavabdeh 26 fevral 2025-ci il tarixli, 52nkSLY/25 saylı kredit müqaviləsi üzrə yaranmış 5.453 manat 92 qəpik məbləğində borcununbağlanması məqsədi ilə kreditdən istifadəyə görə illik 25% borc faizləri ödəməsi şərtilə, 25 noyabr 2027-ci il tarixədək 5.459 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş «X1» açıq səhmdar cəmiyyəti tərəfindən Cavabdeh göndərilmiş müqavilənin ləğv edilməsi və imtina bildirişinin (pretenziyanın) surətindən görünür ki, 29 iyul 2024-cü il tarixdə «X1» açıq səhmdar cəmiyyəti cavabdehin 26 fevral 2025-ci il tarixli, 52nkSLY/25 saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmədiyi üçün və nəticədə 28 iyul 2025-ci il tarixə əsas borc qismində 5.247 manat 26 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 338 manat 78 qəpik və cərimə qismində 14 manat 68 qəpik, cəmi 5.600 manat 72 qəpik məbləğində borcu yarandığına görə həmin kredit müqaviləsinin ləğv edilməsini və bütün borc məbləğinin tam olaraq iddiaçı banka ödənilməsini təklif etmişdir. Mülki işdə olan «X1» açıq səhmdar cəmiyyətinin 18 avqust 2025-ci il tarixli, UB- Bank/PİKMD/1303145 saylı arayışının surətindən görünür ki, Cavabdeh «X1» açıq səhmdar cəmiyyətinə 52nkSLY/25 saylı kredit müqaviləsi üzrə 18 avqust 2025-ci il tarixə ödənilməmiş əsas borc qismində 5.247 manat 26 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 404 manat 48 qəpik, cərimə qismində 22 manat 78 qəpik, cəmi 5.674 manat 52 qəpik məbləğində borcu yaranmışdır. Beləliklə, işdə olan sübutlarla Cavabdeh 31 mart 2021-ci il tarixli, 02/21 saylı «Yalnız istehlak kredit məhsulları üzrə fiziki şəxslərə bank xidmətlərinin təqdim edilməsi barədə Kütləvi Oferta” çərçivəsində bağlanmış 26 fevral 2025-ci il tarixli 52nkSLY/25 saylı kredit müqaviləsi üzrə «X1» açıq səhmdar cəmiyyətinə olan borcu “müqavilənin ləğv edilməsi və imtina bildirişinin” (pretenziyanın) göndərildiyi tarixə - 29 iyul 2025-ci il tarixə əsas borc qismində 5.247 manat 26 qəpik, faiz borcu qismində 338 manat 78 qəpik və cərimə qismində 14 manat 68 qəpik, cəmi 5.600 manat 72 qəpik, məhkəmədə iddia qaldırıldığı 18 avqust 2025-ci il tarixə isə əsas borc qismində 5.247 manat 26 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 404 manat 48 qəpik, cərimə qismində 22 manat 78 qəpik, cəmi 5.674 manat 52 qəpik qəpikməbləğində borcunun yarandığı müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.2-ci maddəsinə görə müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Həmin Məcəllənin 407.1-ci maddəsinə əsasən müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 409.1-ci maddəsinə görə ofertanın ünvanlandığı şəxsin ofertanı qəbul etməsi haqqında cavabı aksept sayılır. Aksept tam və qeyd-şərtsiz olmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743.1-ci maddəsinə görə kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarının 1-ci bəndinə görə Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq, birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun həmin Qərarda müəyyən etdiyi hüquqi mövqeyə görə öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. İş materiallarından görünür ki, iddiaçı bank cavabdehdən 31 mart 2021-ci il tarixli, 02/21 saylı «Yalnız istehlak kredit məhsulları üzrə fiziki şəxslərə bank xidmətlərinin təqdim edilməsi barədə Kütləvi Oferta” çərçivəsində bağlanmış 26 fevral 2025-ci il tarixli, 52nkSLY/25 saylı kredit müqaviləsi üzrə maliyyə arayışında göstərilmiş 18 avqust 2025-ci il tarixə əsas borc qismində 5.247 manat 26 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 404 manat 48 qəpik, cərimə qismində 22 manat 78 qəpik, cəmi 5.674 manat 52 qəpik qəpik məbləğində pul vəsaiti tələb etdiyi halda, müqavilə öhdəliklərinin icra edilməsi və ya müqavilənin ləğv edilməsi barədə xəbərdarlıq məktubunun (pretenziyanın) verildiyi tarixdən sonrakı dövr üçün illik 5 faiz dərəcəsi ilə faiz borcunun tutulması barədə hər hansı iddia tələbi irəli sürməmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarında müəyyən etdiyi hüquqi mövqeyə görə iddiaçı bank cavabdehdən müqavilənin ləğv edilməsi və imtina bildirişinin (pretenziyanın) verildiyi tarixədək hesablanmış faiz borcunu, həmin vaxtdan sonrakı dövr üçün isə illik 5 faiz dərəcəsi ilə hesablanan faiz borcunun tutulmasını tələb edə bilər. İşdə olan sübutlarla təsdiq olunur ki, iddiaçı bankın cavabdehdən 18 avqust 2025-ci il tarixə hesabladığı və tələb etdiyi məbləğ, müqavilənin ləğv edilməsi və imtina bildirişinin (pretenziyanın) verildiyi tarixdəki məbləğdən çoxdur. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı bankın tərəflər arasında 31 mart 2021-ci il tarixli, 02/21 saylı «Yalnız istehlak kredit məhsulları üzrə fiziki şəxslərə bank xidmətlərinin təqdim edilməsi barədə Kütləvi Oferta” çərçivəsində bağlanmış 26 fevral 2025-ci il tarixli, 52nkSLY/25 saylı kredit müqaviləsi üzrə cavabdehə müqavilə öhdəliklərinin icra edilməsi və ya müqavilənin ləğv edilməsi barədə xəbərdarlıq məktubunun (pretenziyanın) göndərildiyi 29 iyul 2025-ci il tarixə hesablanmış məbləğlərdən artıq məbləğdə faiz və cərimə borcu hesablaması və tələb etməsi əsassızdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə mülki işin yuxarıda sadalanan hallarını, nəzərə alaraq, hesab edir ki, Cavabdeh 31 mart 2021-ci il tarixli, 02/21 saylı «Yalnız istehlak kredit məhsulları üzrə fiziki şəxslərə bank xidmətlərinin təqdim edilməsi barədə “Kütləvi Oferta” çərçivəsində bağlanmış 26 fevral 2025-ci il tarixli, 52nkSLY/25 saylı kredit müqaviləsi üzrə üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə həmin müqavilə üzrə ödənilməmiş əsas borc qismində 5.247 manat 26 qəpik, müqavilənin ləğv edilməsi və imtina bildirişinin (pretenziyanın) göndərildiyi tarixə - 28 iyul 2025-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 338 manat 78 qəpik və cərimə qismində 14 manat 68 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumunun ödənilməsinə xərclənmiş pul vəsaitinin 1 manat məbləğində hissəsi iddiaçıya aid edilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsinin əvəzi qismində 76 manat 15 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 10-1, 52, 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: «X1» açıq səhmdar cəmiyyətinin iddiası qismən təmin edilsin. Cavabdeh 31 mart 2021-ci il tarixli, 02/21 saylı «Yalnız istehlak kredit məhsulları üzrə fiziki şəxslərə bank xidmətlərinin təqdim edilməsi barədə “Kütləvi Oferta” çərçivəsində bağlanmış 26 fevral 2025-ci il tarixli, 52nkSLY/25 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 5.247 (beş min iki yüz qırx yeddi) manat 26 (iyirmi altı) qəpik, 29 iyul 2025-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 338 (üç yüz otuz səkkiz) manat 78 (yetmiş səkkiz) qəpik, cərimə qismində 14 (on dörd) manat 68 (altmış səkkiz) qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 76 (yetmiş altı) manat 15 (on beş) qəpik, cəmi 5.676 (beş min altı yüz yetmiş altı) manat 87 (səksən yeddi) qəpik məbləğində pul vəsaiti tutulsun. «X1» açıq səhmdar cəmiyyətinin iddiası qalan hissədə rədd edilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Biləsuvar rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar