Məhkəmə qərarları › İş №e-2(022)-1503/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-1503/2023

26.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-1503/2023 26.12.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X1 oğlunun katibliyi ilə, Ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin sığortalanması Fondunun Cavabdeh1 və Cavabdeh2 qarşı ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 09 yanvar 2020-ci il tarixli, LM012000093 saylı restrukturizasiya müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 2.788 manat 73 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 125 manat 54 qəpik, cəmi 2.914 manat 27 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 49 manat 55 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: 23 noyabr 2023-cü il tarixdə ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin sığortalanması Fondu Cavabdeh1 və Cavabdeh2 qarşı ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 09 yanvar 2020-ci il tarixli, LM012000093 saylı restrukturizasiya müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 2.788 manat 73 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 125 manat 54 qəpik, cəmi 2.914 manat 27 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 49 manat 55 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraati qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərin ünvanına göndərilmiş 23 noyabr 2023-cü il tarixli bildirişlə, iddiaçının tələbinə dair əsaslandırılmış etirazları olduğu halda 10 iş gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etmək hüquqlarının mövcudluğu cavabdehə izah edilmiş, lakin iddia tələbinə cavabdeh tərəfindən verilmiş etiraz məhkəməyə daxil olmamış və ərizənin əsaslandığı tələbetmə hüququ mübahisələndirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 285-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 09 yanvar 2020-ci il tarixli, LM012000093 saylı restrukturizasiya müqaviləsinin surətindən və ona əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 ilə ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyəti arasında bağlanmış həmin müqaviləyə əsasən Cavabdeh1 14 oktyabr 2015-ci il tarixli, 718 saylı kredit müqaviləsi üzrə 2.788 manat məbləğində əsas borcu güzəşt olunmaqla, cavabdehin həmin borcu ödəməsi üçün 60 ay müddət müəyyən edilmiş və həmin müqaviləyə görə Cavabdeh1 2.788 manat məbləğində kredit borcunu, illik 1 faiz dərəcəsi ilə faiz borcları ödəməsi şərti ilə, 60 ay müddətinə ödəməlidir. Cavabdeh1 həmin ödəniş cədvəlinə əsasən 60 ay müddətinə hər ay 47 manat 67 qəpik, cəmi 2.860 manat 20 qəpik məbləğində pul vəsaitini ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinə ödəməlidir. İşdə olan 09 yanvar 2020-ci il tarixli, LM012000093 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 09 yanvar 2020-ci il tarixli, LM012000093 saylı restrukturizasiya müqaviləsi və həmin müqavilə əsasında bağlanacaq kredit razılaşması üzrə Cavabdeh1 öhdəliklərinin tam icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh1 ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinə ödənilməmiş əsas borc qismində 2.788 manat 73 qəpik, 18 avqust 2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 125 manat 54 qəpik, cəmi 2.914 manat 27 qəpik təşkil edir. Mülki işdə olan Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 iyul 2016-cı il tarixli, 2-1(81)-3619/2016 saylı qərarının surətindən görünür ki, İddiaçı açıq səhmdar cəmiyyəti ləğv edilmiş və Əmanətlərin Sığortalanması Fondu İddiaçı açıq səhmdar cəmiyyətinə ləğvedici təyin edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə, işdə olan sübutlarla Cavabdeh1 və Cavabdeh2 ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinə 09 yanvar 2020-ci il tarixli, LM012000093 saylı restrukturizasiya müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 2.788 manat 73 qəpik, 18 avqust 2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 125 manat 54 qəpik, cəmi 2.914 manat 27 qəpik məbləğində borcunun yarandığı təsdiq olunur. Buna görə də məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 09 yanvar 2020-ci il tarixli, LM012000093 saylı restrukturizasiya müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 2.788 manat 73 qəpik, 18 avqust 2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 125 manat 54 qəpik məbləğində pul vəsaiti iddiaçının xeyrinə müştərək qaydada tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia tam təmin edildiyinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 49 manat 55 qəpik məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284-5, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iddiası təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə 09 yanvar 2020-ci il tarixli, LM012000093 saylı restrukturizasiya müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 2.788 (iki min yeddi yüz səksən səkkiz) manat 73 (yetmiş üç) qəpik, 18 avqust 2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 125 (bir yüz iyirmi beş) manat 54 (əlli dörd) qəpik, habelə ödənilmiş dövlət rüsmunun əvəzi qismində 49 (qırx doqquz) manat 55 (əlli beş) qəpik, cəmi 2.963 (iki min doqquz yüz altmış üç) manat 82 (səksən iki) qəpik məbləğində pul vəsaiti müştərək qaydada tutulsun. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar