Məhkəmə qərarları › İş №e-2(022)-1538/2024

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-1538/2024

29.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-1538/2024 29.11.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) X1katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcu tələbi barədə kiçik iddiasına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli GTGK7007211A299 saylı kredit müqaviləsinə əsasən 2707 (iki min yeddi yüz yeddi) manat 27 (iyirmi yeddi) qəpik əsas, 365 (üç yüz altmış beş) manat 94 (doxsan dörd) qəpik faiz, cəmi 3073 (üç min yetmiş üç) manat 21 (iyirmi bir) qəpik məbləğində borcun, xx.xx.2022-ci il tarixli BRCB7144347A299 saylı kartına dair müqaviləyə əsasən 499 (dörd yüz doxsan doqquz) manat 02 (sıfır iki) qəpik əsas, 116 (yüz on altı) manat 12 (on iki) qəpik faiz, cəmi 615 (altı yüz on beş) manat 14 (on dörd) qəpik borcun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 56 (əlli altı) manat 88 (səksən səkkiz) qəpik məbləğdə pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, İddiaçı açıq səhmdar cəmiyyəti ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2022-ci il tarixli GTGK7007211A299 saylı kredit müqaviləsinə əsasən ona 35 ay müddətinə illik 19 faiz dərəcəsi ilə 5150 AZN məbləğində kredit verilmişdir. Daha dəqiq kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus kart hesabına pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2022-ci il tarixli BRCB7144347A299 saylı kredit müqaviləsinə əsasən ona illik 25 faiz dərəcəsi ilə 500 AZN məbləğində kredit verilmişdir. Daha dəqiq kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus kart hesabına pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, bu müqavilə üzrə əsas və faiz borcunu özündə əks etdirən maliyyə arayışı, kassa sənədi, cavabdehlə mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair ona ünvanladığımız bildiriş məktubu və məktubun göndərilməsini sübut edən poçt reyestridir. Nəticədə cavabdehin xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixli GTGK7007211A299 saylı kredit müqaviləsinə əsasən 2707,27 AZN əsas, 365,94 AZN faiz, cəmi 3073,21 AZN borcu, xx.xx.2022-ci il tarixli BRCB7144347A299 saylı kredit kartına dair müqaviləyə əsasən 499,02 AZN əsas, 116,12 AZN faiz, cəmi 615,14 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPM-in 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı açıq səhmdar cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli GTGK7007211A299 saylı kredit müqaviləsinə əsasən ona 35 ay müddətinə illik 19 faiz dərəcəsi ilə 5150 manat kredit verilmişdir.Həmçinin xx.xx.2022-ci il tarixli BRCB7144347A299 saylı kredit müqaviləsinə əsasən ona illik 25 faiz dərəcəsi ilə 500 manat məbləğində kredit verilmişdir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh ilə İddiaçı açıq səhmdar cəmiyyəti arasında bağlanmış xx.xx.2022-ci il tarixli GTGK7007211A299 saylı kredit müqaviləsinə əsasən 2707 (iki min yeddi yüz yeddi) manat 27 (iyirmi yeddi) qəpik əsas, 365 (üç yüz altmış beş) manat 94 (doxsan dörd) qəpik faiz, cəmi 3073 (üç min yetmiş üç) manat 21 (iyirmi bir) qəpik məbləğində borcun, xx.xx.2022-ci il tarixli BRCB7144347A299 saylı kredit kartına dair müqaviləyə əsasən 499 (dörd yüz doxsan doqquz) manat 02 (sıfır iki) qəpik əsas, 116 (yüz on altı) manat 12 (on iki) qəpik faiz, cəmi 615 (altı yüz on beş) manat 14 (on dörd) qəpik məbləğdə borcunun yarandığı təsdiq olunur. İşdə olan İddiaçı açıq səhmdar cəmiyyətinin xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə İddiaçı açıq səhmdar cəmiyyəti arasında bağlanmış xx.xx.2022-ci il tarixli GTGK7007211A299 saylı kredit müqaviləsinə əsasən 2707 (iki min yeddi yüz yeddi) manat 27 (iyirmi yeddi) qəpik əsas, 365 (üç yüz altmış beş) manat 94 (doxsan dörd) qəpik faiz, cəmi 3073 (üç min yetmiş üç) manat 21 (iyirmi bir) qəpik məbləğində borcun, xx.xx.2022-ci il tarixli BRCB7144347A299 saylı kredit kartına dair müqaviləyə əsasən 499 (dörd yüz doxsan doqquz) manat 02 (sıfır iki) qəpik əsas, 116 (yüz on altı) manat 12 (on iki) qəpik faiz, cəmi 615 (altı yüz on beş) manat 14 (on dörd) qəpik təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. İşin halları ilə müəyyən olunur ki, borclu Cavabdeh qanunun yuxarıda göstərilən tələblərini kobud şəkildə pozaraq müqavilə şərtlərinə əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2022-ci il tarixli GTGK7007211A299 saylı kredit müqaviləsinə əsasən 2707 (iki min yeddi yüz yeddi) manat 27 (iyirmi yeddi) qəpik əsas, 365 (üç yüz altmış beş) manat 94 (doxsan dörd) qəpik faiz, cəmi 3073 (üç min yetmiş üç) manat 21 (iyirmi bir) qəpik məbləğində borc, xx.xx.2022-ci il tarixli BRCB7144347A299 saylı kredit kartına dair müqaviləyə əsasən 499 (dörd yüz doxsan doqquz) manat 02 (sıfır iki) qəpik əsas, 116 (yüz on altı) manat 12 (on iki) qəpik faiz, cəmi 615 (altı yüz on beş) manat 14 (on dörd) qəpik məbləğdə pul vəsaiti İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə tutulmalıdır. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştİrak edən şəxslərə aid edilir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, İddiaçı açıq səhmdar cəmiyyəti məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 56 (əlli altı) manat 88 (səksən səkkiz) qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2022-ci il tarixli GTGK7007211A299 saylı kredit müqaviləsinə əsasən 2707 (iki min yeddi yüz yeddi) manat 27 (iyirmi yeddi) qəpik əsas, 365 (üç yüz altmış beş) manat 94 (doxsan dörd) qəpik faiz, cəmi 3073 (üç min yetmiş üç) manat 21 (iyirmi bir) qəpik borc, xx.xx.2022-ci il tarixli BRCB7144347A299 saylı kredit kartına dair müqaviləyə əsasən 499 (dörd yüz doxsan doqquz) manat 02 (sıfır iki) qəpik əsas, 116 (yüz on altı) manat 12 (on iki) qəpik faiz, cəmi 615 (altı yüz on beş) manat 14 (on dörd) qəpik borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 56 (əlli altı) manat 88 (səksən səkkiz) qəpik pul vəsaiti tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar