Məhkəmə qərarları › İş №e-2(022)-154/2024

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-154/2024

05.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-154/2024 05.03.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X1 oğlunun katibliyi ilə, İddiaçı açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı 04 fevral 2022-ci il tarixli, GTKR4763157A299 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 4.633 manat 39 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 491 manat 72 qəpik, cəmi 5.125 manat 11 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 71 manat 25 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı açıq səhmdar cəmiyyəti Cavabdeh qarşı 04 fevral 2022-ci il tarixli, GTKR4763157A299 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 4.633 manat 39 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 491 manat 72 qəpik, cəmi 5.125 manat 11 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 71 manat 25 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı açıq səhmdar cəmiyyətinin nümayəndəsi iddia ərizəsində göstərmişdir ki, İddiaçı açıq səhmdar cəmiyyəti ilə Cavabdeh arasında elektron qaydada bağlanmış 04 fevral 2022-ci il tarixli, GTKR4763157A299 saylı kredit müqaviləsinə əsasən cavabdehə 48 ay müddətinə, illik 15% kreditdən istifadəyə görə faiz ödəmək şərtilə, 6.187 manat məbləğində kredit verilmişdir. Həmin kredit vəsaiti Cavabdeh nağd qaydada deyil, sonuncunun elektron imzası əsasında ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə təqdim edilmişdir. İddiaçı bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəliklərini yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Nəticədə cavabdehin 23 noyabr 2023-cü il tarixə İddiaçı açıq səhmdar cəmiyyətinə 4.633 manat 39 qəpik əsas və 491 manat 72 qəpik faiz, cəmi 5.125 manat 11 qəpik məbləğində borcu yaranmışdır. İddiaçı açıq səhmdar cəmiyyəti tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma), cavabdeh tərəfindən borcun qaytarılması təmin olunmamışdır. Sonda, iddiaçının nümayəndəsi 04 fevral 2022-ci il tarixli, GTKR4763157A299 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 4.633 manat 39 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 491 manat 72 qəpik, cəmi 5.125 manat 11 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 71 manat 25 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə 10 fevral 2024-cü il tarixdə «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuş ərizəsində mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın tam təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 04 fevral 2022-ci il tarixli kredit sifarişi və akseptsiz silinməyə dair razılıq ərizəsinin surətindən görünür ki, Cavabdeh elektron qaydada İddiaçı açıq səhmdar cəmiyyətinə ona 48 ay müddətinə, 6.187 manat məbləğində kredit ayrılmasını xahiş etmişdir. Həmin ərizəyə əsasən Cavabdeh kredit müqaviləsinin şərtlərinə əsasən qrafik üzrə aylıq məbləğinin (ödənilməli olan əsas borc, hesablanmış faiz və cərimə məbləği) onun kart hesabına köçürülən əmək haqqı və digər vəsaitlərdən akseptsiz qaydada silinməsinə etiraz etməmişdir. İşdə olan 04 fevral 2022-ci il tarixli, GTKR4763157A299 saylı kredit müqaviləsinin və həmin müqaviləyə Əlavənin surətindən görünür ki, İddiaçı açıq səhmdar cəmiyyəti Cavabdeh gündəlik tələbat məqsədilə, kreditdən istifadəyə görə illik 15% borc faizləri ödəməsi şərtilə, 48 ay müddətinə 6.187 manat məbləğində kredit vermişdir. Həmin kredit müqaviləsinə əsasən İddiaçı açıq səhmdar cəmiyyəti kreditdən istifadə edilməsi və ödənilməsi üçün müştərinin adına 410100D**********299 saylı cari hesab və kredit uçotunun aparılması üçün kredit hesabı açır. Müllki işdə olan 410100D**********299 saylı cari hesab üzrə çıxarışın surətindən görünür ki, 6.187 manat məbləğində pul vəsaiti İddiaçı açıq səhmdar cəmiyyəti tərəfindən 04 fevral 2022-ci il tarixdə Cavabdeh adın açılmış 410100D**********299 saylı cari hesaba mədaxil edilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı açıq səhmdar cəmiyyətinin 04 fevral 2022-ci il tarixli, GTKR4763157A299 saylı kredit müqaviləsi üzrə maliyyə arayışından görünür ki, Cavabdeh ilə İddiaçı açıq səhmdar cəmiyyəti arasında bağlanmış 04 fevral 2022-ci il tarixli, GTKR4763157A299 saylı kredit müqaviləsinə əsasən Cavabdeh iddiaçı banka borcu 23 noyabr 2023-cü il tarixə ödənilməmiş əsas borc qismində 4.633 manat 39 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 491 manat 72 qəpik, cəmi 5.125 manat 11 qəpik təşkil etmişdir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh İddiaçı açıq səhmdar cəmiyyəti ilə bağladığı 04 fevral 2022-ci il tarixli, GTKR4763157A299 saylı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə kredit müqaviləsinin şərtlərinə uyğun olaraq cavabdehin iddiaçıya ödənilməmiş əsas borc qismində 4.633 manat 39 qəpik və 23 noyabr 2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 491 manat 72 qəpik, cəmi 5.125 manat 11 qəpik məbləğində borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə mülki işin yuxarıda sadalanan hallarını, nəzərə alaraq, hesab edir ki, Cavabdeh 04 fevral 2022-ci il tarixli, GTKR4763157A299 saylı kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə və kreditor müqavilə ilə nəzərdə tutulmuş hüququndan istifadə edərək, kredit vəsaitinin vaxtından əvvəl qaytarılmasını tələb etdiyinə görə 04 fevral 2022-ci il tarixli, GTKR4763157A299 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 4.633 manat 39 qəpik, 23 noyabr 2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 491 manat 72 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tam təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 71 manat 25 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı açıq səhmdar cəmiyyətinin iddiası təmin edilsin. Cavabdeh İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə 04 fevral 2022-ci il tarixli, GTKR4763157A299 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 4.633 (dörd min altı yüz otuz üç) manat 39 (otuz doqquz) qəpik, 23 noyabr 2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 491 (dörd yüz doxsan bir) manat 72 (yetmiş iki) qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 71 (yetmiş bir) manat 25 (iyirmi beş) qəpik, cəmi 5.196 (beş min bir yüz doxsan altı) manat 36 (otuz altı) qəpik məbləğində pul vəsaiti tutulsun. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən 1 (bir) ay müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar