Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № e-2(022)-1546/2023 01.12.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq. MÜƏYYƏNETDİ: İddiaçı X1 cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh avtomoilə görə kredit müqaviləsi üzrə olan 9600 manat pulun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, cavabdehlə aralarında xx.xx.2021-ci il tarixli ilkin alqı-satqı müqaviləsinə əsasən Volkswagen Passat markalı, ** MD *** dövlət nömrə nişanlı avtomobilin alqı-satqısına dair müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə görə cavabdeh 05 yanvar 2022-ci ildən başlayaraq 31 dekabr 2023-cü ilədək 400 manat aylıq pul ödənilməsi ilə bağlı öhdəlik götürmüşdür. Cavabdeh tərəfindən müqavilə öhdəlikləri icra edilmir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq müxtəlif bəhanələr gətirərək ödənişi ödəməkdən yayaınır. Tərəfindən müqavilə tələbinə əsasən xx.xx.2023-cü il tarixndə pretenziya göndərilmişdir. Lakin cavabdeh yenə də ödənişi ödəməmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri tədqiq edərək, hesab edir ki, iddia ərizəsi iddiaçıya geri qaytarılmalıdır Belə ki, iddia ərizəsindən görünür ki, iddia ərizəsi iddiaçının vəkili və nümayəndəsi Vəkil tərəfindən imzalanmasına baxmayaraq vəkil orderi iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 68.3-cü maddəsinə əsasən iİşdə iştirak edən şəxslərin tapşırığı ilə vəkalət əsasında vəkil məhkəmə aktlarından şikayət verir və qanunla ona verilmiş sair hüquqlardan istifadə edir. Həmin Məcəllənin 69.1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. Həmin Məcəllənin 69.1-1-ci maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. MPM-in 151.1-ci maddəsinə görə iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Şərh olunanlara əsasən və MPM-in 149-152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq. QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. X3
Məhkəmə qərarları › İş №e-2(022)-1546/2023
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №e-2(022)-1546/2023
01.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver