Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-1547/2025 25.12.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X6 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, “Azərbaycan Dəmir Yolları” qapalı səhmdar cəmiyyətinin Cavabdeh qarşı iddiaçıya vurulmuş zərərin əvəzi qismində 16.429 manat 13 qəpik və ödənilmiş dövlət rüsumun əvəzi qismində 140 manat, cəmi 16.569 manat 13 qəpik məbləğində pul vəsaitinin hadisə baş verdiyi zaman yetkinlik yaşına çatmayan X2 qanuni nümayəndəsi Cavabdeh iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: “Azərbaycan Dəmir Yolları” qapalı səhmdar cəmiyyəti Cavabdeh qarşı iddiaçıya vurulmuş zərərin əvəzi qismində 16.429 manat 13 qəpik və ödənilmiş dövlət rüsumun əvəzi qismində 140 manat, cəmi 16.569 manat 13 qəpik məbləğində pul vəsaitinin hadisə baş verdiyi zaman yetkinlik yaşına çatmayan X2 qanuni nümayəndəsi Cavabdeh iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 24 dekabr 2025-ci il tarixdə iddiaçının nümayəndəsi X5 “Elektron Məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, iddia ərizəsinin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh isə iddia ərizəsinin baxılmamış saxlanmasına dair iddiaçının nümayəndəsinin xahişi ilə razılaşmayaraq, işə mahiyyəti üzrə baxılmasını tələb etdi. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlamalıdır. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh hazırki mülki işə mahiyyəti üzrə baxılmasını tələb etdiyinə görə işə mahiyyəti üzrə baxılması və yekun qərar çıxarılması qərara alınmışdır. İddiaçı “Azərbaycan Dəmir Yolları” qapalı səhmdar cəmiyyətinin nümayəndəsi məhkəməyə ünvanladığı iddia ərizəsində göstərmişdir ki, “Biləcəri-Keşlə” dəmir yolu mənzilində (9-cu kilometrin 7-ci piketində) “Azərbaycan Dəmir Yolları” qapalı səhmdar cəmiyyətinə məxsus “Stadler EŞ2-017 Sumqayıt-Xırdalan-Bakı” sürətli elektrik qatarının vaqonuna kənardan daş atılması nəticəsində qatarın ön şüşəsi sınmışdır. Hadisə nəticəsində “Azərbaycan Dəmir Yolları” qapalı səhmdar cəmiyyətinə 16.429 manat 13 qəpik məbləğində maddi ziyan dəymişdir. Hadisə ilə bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi X4 Polis İdarəsinin Biləcəri Xətt polis şöbəsində araşdırma aparılmışdır. Biləcəri Xətt polis şöbəsindən “Azərbaycan Dəmir Yolları” qapalı səhmdar cəmiyyətinə daxil olmuş 05 oktyabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, aparılmış araşdırma zamanı 10 avqust 2022-ci il tarixdə “Biləcəri-Keşlə” dəmir yolu mənzilində (9-cu kilometrin 7-ci piketində) iddiaçıya məxsus “Stadler EŞ2-017 Sumqayıt-Xırdalan-Bakı” sürətli elektrik qatarının vaqonuna kənardan daş atılması nəticəsində şüşə hissəsinə zərər verən şəxsin X2 olduğu müəyyən edilmişdir. Bununla əlaqədar Ə.R.Əliyev bölməyə dəvət olunmuş və izahatı alınmışdır. Həmçinin qərardan görünür ki, hadisə nəticəsində “Azərbaycan Dəmir Yolları” qapalı səhmdar cəmiyyətinə 16.429 manat 13 qəpik məbləğində maddi ziyan dəyməsi araşdırma zamanı təsdiq olunmuşdur. Həmin qatar İsveçrənin son texnologiyaları əsasında istehsal olunmuş, ikimərtəbəli sərnişin daşınması üçün nəzərdə tutulmuş elektrik qatarı olmaqla, 2015-ci ildə Azərbaycan Respublikasına gətirilərək istismara verilmişdir. Qanunvericiliyin tələbinə əsasən 16.429 manat 13 qəpik məbləğində maddi zərər və 140 manat ödənilmiş dövlət rüsumu, cəmi 16.569 manat 13 qəpik məbləğində pul vəsaiti hadisə baş verdiyi vaxt yetkinlik yaşına çatmayan Ə.R.Əliyevin qanuni nümayəndəsi valideyni Cavabdeh tərəfindən “Azərbaycan Dəmir Yolları” qapalı səhmdar cəmiyyətinə ödənilməlidir. Sonda iddiaçının nümayəndəsi iddiaçıya vurulmuş zərərin əvəzi qismində 16.429 manat 13 qəpik və ödənilmiş dövlət rüsumun əvəzi qismində 140 manat, cəmi 16.569 manat 13 qəpik məbləğində pul vəsaitinin hadisə baş verdiyi vaxt yetkinlik yaşına çatmayan Ə.R.Əliyevin qanuni nümayəndəsi Cavabdeh tutularaq, “Azərbaycan Dəmir Yolları” qapalı səhmdar cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədə xahiş etmişdir. Cavabdeh iddia tələbini qəbul etməyərək məhkəmədə bildirdi ki, Ə.R.Əliyev onun oğludur. 12 avqust 2022-ci il tarixdə “Azərbaycan Dəmir Yolları” qapalı səhmdar cəmiyyətinin balansında olan “Stadler EŞ2-017 Sumqayıt-Xırdalan-Bakı” sürət qatarına “Biləcəri-Keşlə” dəmir yolu mənzilində naməlum şəxs və ya şəxslər tərəfindən daş atılmış və nəticədəd vaqonun şüşəsi zədələnmişdir. Həmin vaxt onun yetkinlik yaşına çatmamış oğlu Ə.R.Əliyev Bakı şəhərində, H.Aslanov adlanan yerdə olmuşdur. Lakin heç bir sübut olmadan polis əməkdaşları qatarın vaqonuna daş atan şəxsin onun oğlu olduğunu bildirmişlər. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi X4 Polis İdarəsinin Biləcəri Xətt polis şöbəsində aparılmış araşdırma nəticəsində Ə.R.Əliyevin “Stadler EŞ2-017 Sumqayıt-Xırdalan-Bakı” sürət qatarına daş tullayan şəxs olduğu, lakin həmin şəxsin əməlində cinayət tərkibi əlamətləri mövcud olmadığına görə, müstəntiq tərəfindən 05 oktyabr 2022-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Ə.R.Əliyev həmin qərarla razılaşmamış və həmin qərardan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə şikayət ünvanlamış və həmin məhkəmənin 14 mart 2025-ci il tarixli qərarı ilə cinayət işinin başlanmasının rədd edilməsi barədə 05 oktyabr 2022-ci il tarixli qərar qanunsuz və əssasız olduğuna görə ləğv edilmişdr. Hazırda baş vermiş hadisənin onun oğlu Ə.R.Əliyev tərəfindən törədildiyini təsdiq edən hər hansı sübutu olmadan iddiaçı ona qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi barədə iddia qaldırmışdır. O hesab edir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir. Sonda, Cavabdeh iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehi dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan “Azərbaycan Dəmir Yolları” qapalı səhmdar cəmiyyətinin sərnişin daşımalar departamentinin 16 avqust 2022-ci il tarixli arayışının surətindən görünür ki, “EŞ2-017” qatarın Q9-cu vaqonunda maşinist kabinasının ön şüşəsinin dəyişdirilməsi xərci 16.429 manat 13 qəpik təşkil edir. Mülki iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi X4 Polis İdarəsinin Biləcəri Xətt polis şöbəsinin istintaq və təhqiqat qrupunun baş müstəntiqi X1 cinayət işinin başlanmasının rədd edilməsi barədə 05 oktyabr 2022-ci il tarixli qərarının surətindən görünür ki, “Bakı- Sumqayıt” sürət qatarının şüşəsinin Keşlə stansiyasından keçdiyi vaxt daşla sındırılması barədə daxil olmuş məlumat əsasında toplanmış araşdırma materialı üzrə cinayət hadisəsi olmadığına görə cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 14 mart 2025-ci il tarixli, 6(001)-32/2025 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi X4 Polis İdarəsinin Biləcəri Xətt polis şöbəsinin istintaq və təhqiqat qrupunun baş müstəntiqi X3 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə 05 oktyabr 2022-ci il tarixli qərar qanunsuz və əsassız olduğuna görə ləğv edilmişdir. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, 12 avqust 2022-ci il tarixdə “Biləcəri- Keşlə” dəmir yolu mənzilində (9-cu kilometrin 7-ci piketində) “Azərbaycan Dəmir Yolları” qapalı səhmdar cəmiyyətinə məxsus “Stadler EŞ2-017 Sumqayıt-Xırdalan-Bakı” sürətli elektrik qatarının vaqonuna kənardan daş atılması nəticəsində qatarın maşinist kabinasının şüşəsi sınmışdır. Hadisə nəticəsində “Azərbaycan Dəmir Yolları” qapalı səhmdar cəmiyyətinə 16.429 manat 13 qəpik məbləğində maddi ziyan dəymişdir. Həmin hadisənin cavabdehin yetkinlik yaşına çatmayan oğlu Ə.R.Əliyev tərəfindən törədildiyi müəyyən edilmiş, sonuncunun əməlində cinayət tərkibinin əlamətləri olmadığına görə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi X4 Polis İdarəsinin Biləcəri Xətt polis şöbəsinin istintaq və təhqiqat qrupunun baş müstəntiqi X1 05 oktyabr 2022-ci il tarixli qərarı ilə həmin şəxs barəsində cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar isə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 14 mart 2025-ci il tarixli, 6(001)-32/2025 saylı qərarı ilə qanunsuz və əsassız olduğuna görə ləğv edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsiri, hüquqa zidd əməldir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1104.1-ci maddəsinə əsasən on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanlar zərər vurulmasına gətirib çıxarmış mülki hüquq pozuntusu üçün ümumi əsaslarla müstəqil surətdə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1104.2-ci maddəsinə görə on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın zərərin əvəzini ödəmək üçün yetərli gəliri və ya başqa əmlakı olmadıqda zərərin hamısını və ya çatışmayan hissəsini onun valideynləri (övladlığa götürənlər) və ya himayəçisi zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, ödəməlidirlər. Qanunvericiliyin qeyd edilən normalarının tələbindən göründüyü kimi, mülki hüquq münasibətlərinin iştirakçıları arasında öhdəliyin əmələ gəlməsi üçün onlar arasında müqavilənin mövcudluğu, eləcə də əsassız varlanma zəruri şərt olsa da, belə öhdəliklərin yaranma əsaslarına deliktlər, yəni hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl də daxildir. Deliktlərin yaranması üçün isə Mülki Məcəllənin 1096-cı maddəsinin tələbinə görə üç zəruri amilin mövcudluğu labüddür. Belə ki, deliktlərdən əmələ gələn öhdəliyin yaranması üçün həmin hərəkət təqsirli olmalı, hüquq və ya qanunula qadağan edilməli və başqa şəxsə zərər vurmalıdır. Lakin Azərbaycan Respublikası Konstitusiyasının, eləcə də Konstitusiyanın 148-ci maddəsi üzrə Azərbaycan Respublikası qanunvericilik sistemini təşkil edən və yuxarıda qeyd edilmiş normativ hüquq aktların tələbinə görə şəxsin təqsiri sübuta yetirilmdiyi halda hər hansı (maddi və ya qeyri-maddi) məsuliyyətə cəlb ediməsi qanuna uyğun deyildir və həmin şəxsin təqsirli olmadığı hərəkətlərə görə delikt öhdəlikləri yaranmır. Belə ki, iddiaçı tərəfindən məhkəməyə iddia tələbinin əsası kimi sübut qismində təqdim etdiyi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi X4 Polis İdarəsinin Biləcəri Xətt polis şöbəsinin istintaq və təhqiqat qrupunun baş müstəntiqi X3 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə 05 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, aparılmış araşdırma nəticəsində 12 avqust 2022-ci il tarixdə “Azərbaycan Dəmir Yolları” qapalı səhmdar cəmiyyətinin balansında olan “Stadler EŞ2-017 Sumqayıt-Xırdalan-Bakı” sürət qatarına “Biləcəri-Keşlə” dəmir yolu mənzilində daş atan və nəticədə qatarın maşinist kabinasının ön şüşəsinin zədələnməsinə səbəb olan şəxsin hadisə baş verdiyi vaxt yetkinlik yaşına çatmayan Ə.R.Əliyev olduğu müəyyən edilmişdir. Lakin həmin şəxsin əməlində törətdiyi əməlinə münasibəti təqsirin qəsd formasında olmadığına görə Azərbaycan Respublikası CM-nin 186-cı maddəsinin, yəni əmlakı qəsdən məhv etmə və ya zədələmə cinayətinin, o cümlədən əməlin predeti daş olduğuna, od və ya başqa yüksək təhlükə mənbəyi olmadığına görə Azərbaycan Respublikası CM-nin 187-ci maddəsinin, yəni əmlakı ehtiyatsızlıqdan məhv etmə və ya zədələmə cinayətinin tərkib əlamətləri olmamış və buna görə də Ə.R.Əliyev barəsində cinayət işinin başlanması rədd edilmişdir. Lakin mülki işin məhkəmədə tədqiqi zamanı Cavabdeh məhkəmə iclasında iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi və deliktin Ə.R.Əliyev tərəfindən törədildiyini təsdiq edən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi X4 Polis İdarəsinin Biləcəri Xətt polis şöbəsinin cinayət işinin başlanmasının rədd edilməsi barədə 05 oktyabr 2022-ci il tarixli qərarın ləğv edildiyii bildirərək, sübut qismində Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 14 mart 2025-ci il tarixli, 6(001)- 32/2025 saylı qərarı məhkməyə təqdim etmişdir. Beləliklə, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 14 mart 2025-ci il tarixli, 6(001)-32/2025 saylı qərarı ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi X4 Polis İdarəsinin Biləcəri Xətt polis şöbəsinin cinayət işinin başlanmasının rədd edilməsi barədə 05 oktyabr 2022-ci il tarixli qərarı iş üzrə hərtərəfli, tam, obyektiv araşdırılması üçün tədbirlər görülmədən, prosessual pozuntulara yol verilməklə qəbul edldiyinə, qanunsuz və əsassız olduğuna görə ləğv edilmişdir. Azərbaycan Respublikası CPM-nin 181.2.3-cü maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə, itirilmiş gəlirin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 65.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə baxılarkən məhkəmə üçün hadisənin və təqsirləndirilən şəxsin ona aidiyyəti olub-olmaması hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə baxılarkən, məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hisssəsində məcburidir. Beləliklə, İşin məhkəmə iclasında müəyyən edilmiş hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş, iddia tələbinin yeganə əsasını təşkil edən və Ə.R.Əliyevin maddi ziyan vurulması ilə nəticələnmiş mülki hüquq pozuntusuna aiddiyətini təsdiq edən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi X4 Polis İdarəsinin Biləcəri Xətt polis şöbəsinin cinayət işinin başlanmasının rədd edilməsi barədə 05 oktyabr 2022-ci il tarixli qərarı, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 14 mart 2025-ci il tarixli, 6(001)-32/2025 saylı qərarı ilə ləğv edildiyinə görə, hazırda məhkəmə üçün işin üzrə hər hansı preyudisial əhəmiyyətə malik deyil və işin obyektiv həlli istiqamətində sübut qismində hesab edilə bilməz. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 76.1 və 89.1-ci maddələrinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər(§68). «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda göstərilmiş hallarını nəzərə alaraq, məhkəmə hesab edir ki, iş materiallarında cavabdehin oğlu Ə.R.Əliyevin baş vermiş hadisəyə aidiyyətini və ya hadisənin məhz həmin şəxs tərəfindən törədildiyini təsdiq edən hər hansı sübut olmadığına görə, “Azərbaycan Dəmir Yolları” qapalı səhmdar cəmiyyətinin Cavabdeh qarşı iddiaçıya vurulmuş zərərin əvəzi qismində 16.429 manat 13 qəpik və ödənilmiş dövlət rüsumun əvəzi qismində 140 manat, cəmi 16.569 manat 13 qəpik məbləğində pul vəsaitinin hadisə baş verdiyi zaman yetkinlik yaşına çatmayan X2 qanuni nümayəndəsi olan cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia rədd edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 10-1, 216- 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: “Azərbaycan Dəmir Yolları” qapalı səhmdar cəmiyyətinin Cavabdeh qarşı iddiaçıya vurulmuş zərərin əvəzi qismində 16.429 manat 13 qəpik və ödənilmiş dövlət rüsumun əvəzi qismində 140 manat, cəmi 16.569 manat 13 qəpik məbləğində pul vəsaitinin hadisə baş verdiyi zaman yetkinlik yaşına çatmayan X2 qanuni nümayəndəsi Cavabdeh iddiaçının xeyrinə tutulması barədə iddiası rədd edilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Biləsuvar rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №e-2(022)-1547/2025
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-1547/2025
25.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver