Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-1553/2025 21.10.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X1 oğlunun katibliyi ilə, Ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı 23 avqust 2019-cu il tarixli, 381/19 saylı restrukturizasiya müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.210 manat 88 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 45 manat 28 qəpik, müqavilənin bitdiyi tarixdən – 23 avqust 2024-cü il tarixdən 27 avqust 2025-ci il tarixədək əsas borca illik 5 faiz dərəcəsi ilə faiz borcu qismində hesablanmış 56 manat 95 qəpik, cəmi 1.313 manat 11 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 33 manat 14 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: 27 avqust 2025-ci il tarixdə ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyəti Cavabdeh2, Cavabdeh1 qarşı 23 avqust 2019-cu il tarixli, 381/19 saylı restrukturizasiya müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.210 manat 88 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 45 manat 28 qəpik, müqavilənin bitdiyi tarixdən – 23 avqust 2024-cü il tarixdən 27 avqust 2025-ci il tarixədək əsas borca illik 5 faiz dərəcəsi ilə faiz borcu qismində hesablanmış 56 manat 95 qəpik, cəmi 1.313 manat 11 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 33 manat 14 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraati qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehlərin ünvanına göndərilmiş 27 avqust 2025-ci il tarixli bildirişlə, iddiaçının tələbinə dair əsaslandırılmış etirazları olduğu halda 10 iş gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etmək hüquqlarının mövcudluğu cavabdehlərə izah edilmiş, lakin iddia tələbinə cavabdehlər tərəfindən verilmiş etiraz məhkəməyə daxil olmamış və ərizənin əsaslandığı tələbetmə hüququ mübahisələndirilməmişdir. 01 oktyabr 2025-ci il tarixdə iddiaçı ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin nümayəndəsi Nümayəndə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə iddia tələbinin artırılması barədə ərizə ilə müraciət edərək, iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxt “Elektron məhkəmə” informasiya sistemində Cavabdeh3 barədə məlumatları texniki səhv nəticəsində yerləşdirmədiyini bildirmiş, buna görə də 23 avqust 2019-cu il tarixli, 381/19 saylı restrukturizasiya müqaviləsi üzrə zamin qismində çıxış edən Cavabdeh3 iş üzrə cavabdeh qismində cəlb edilməsini və 23 avqust 2019-cu il tarixli, 381/19 saylı restrukturizasiya müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.210 manat 88 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 45 manat 28 qəpik, müqavilənin bitdiyi tarixdən – 23 avqust 2024-cü il tarixdən 27 avqust 2025-ci il tarixədək əsas borca illik 5 faiz dərəcəsi ilə faiz borcu qismində hesablanmış 56 manat 95 qəpik, cəmi 1.313 manat 11 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 33 manat 14 qəpik məbləğində pul vəsaitinin Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlərin ünvanına göndərilmiş bildirişlərlə, iddiaçının artırılmış tələbinə dair əsaslandırılmış etirazları olduğu halda 10 iş gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etmək hüquqlarının mövcudluğu cavabdehlərə izah edilmiş, lakin iddia tələbinə cavabdehlər tərəfindən verilmiş etiraz məhkəməyə daxil olmamış və ərizənin əsaslandığı tələbetmə hüququ mübahisələndirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 285-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 23 avqust 2019-cu il tarixli, 381/19 saylı restrukturizasiya müqaviləsindən və həmin müqaviləyə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyəti 29 oktyabr 2013-cü il tarixli, 391 saylı kredit müqaviləsi üzrə 1.210 manat 88 qəpik məbləğində qalıq əsas borcu 1 il güzəşt müddəti müəyyən edilməklə, illik 1% borc faizləri ödəməsi şərtilə, 60 ay müddətinə - 23 avqust 2024-cü il tarixədək restrukturizasiya edilmişdir. İşdə olan 23 avqust 2019-cu il tarixli, 381/19 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 və Cavabdeh3 23 avqust 2019-cu il tarixli, 381/19 saylı restrukturizasiya müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin tam icrası üçün məsuliyyəti öz üzərlərinə götürmüşdür. Mülki iş materiallarına əlavə edilmiş ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən cavabdehlərə göndərilmiş müqavilənin ləğv edilməsi və imtina bildirişinin (pretenziyanın) surətindən görünür ki, 04 aprel 2025-ci il tarixdə Əmanətlərin Sığortalanması Fondu cavabdehlərin 23 avqust 2019-cu il tarixli, 381/19 saylı restrukturizasiya müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmədiyi üçün və nəticədə 02 aprel 2025-ci il tarixə əsas borc qismində 1.210 manat 88 qəpik, faiz borcu qismində 61 manat 06 qəpik və cərimə qismində 4 manat 22 qəpik, cəmi 1.276 manat 16 qəpik məbləğində borcları yarandığına görə həmin müqavilənin ləğv edilməsini və bütün borc məbləğinin 5 iş günü ərzində tam olaraq iddiaçı banka ödənilməsini təklif etmişdir. İş materiallarında olan Əmanətlərin Sığortalanması Fondunun 23 avqust 2019-cu il tarixli, 381/19 saylı restrukturizasiya müqaviləsi üzrə 01 avqust 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinə həmin müqavilə üzrə 28 iyul 2025-ci il tarixə borcu əsas borc qismində 1.210 manat 88 qəpik, müqavilə müddəti üçün hesablanmış və ödənilməmiş faiz borcu qismində 45 manat 28 qəpik, müqavilənin bitdiyi tarixdən – 23 avqust 2024-cü il tarixdən 27 avqust 2025-ci il tarixədək əsas borca illik 5 faiz dərəcəsi ilə faiz borcu qismində hesablanmış 56 manat 95 qəpik, cəmi 1.313 manat 11 qəpik təşkil edir. Mülki işdə olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 fevral 2016-cı il traixli, 2-1(81)-1541/2016 saylı qərarının surətindən görünür ki, İddiaçı açıq səhmdar cəmiyyəti müflis elan edilmiş və «M.M.M. Perfekt Konsaltinq» məhdud məsuliyyətli cəmiyyətinin ləğvedici təyin edilmişdir. İşdə olan 13 aprel 2016-cı il traixli, 2-1(81)-1541/2016 saylı qərardadının surətindən görünür ki, İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi qismində təyin edilmiş «M.M.M. Perfekt Konsaltinq» məhdud məsuliyyətli cəmiyyəti Əmanətlərin Sığortalanması Fondu ilə əvəz edilmişdir. Beləliklə, işdə olan sübutlarla cavabdehlərin 23 avqust 2019-cu il tarixli, 381/19 saylı restrukturizasiya müqaviləsi üzrə ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinə olan borcu “müqavilənin ləğv edilməsi və imtina bildirişinin” (pretenziyanın) göndərildiyi tarixə - 04 aprel 2025-ci il tarixə əsas borc qismində 1.210 manat 88 qəpik, faiz borcu qismində 61 manat 06 qəpik və cərimə qismində 4 manat 22 qəpik, cəmi 1.276 manat 16 qəpik, məhkəmədə iddia qaldırıldığı vaxta isə əsas borc qismində 1.210 manat 88 qəpik, müqavilə müddəti üçün hesablanmış və ödənilməmiş faiz borcu qismində 45 manat 28 qəpik, müqavilənin bitdiyi tarixdən – 23 avqust 2024-cü il tarixdən 27 avqust 2025-ci il tarixədək əsas borca illik 5 faiz dərəcəsi ilə faiz borcu qismində hesablanmış 56 manat 95 qəpik, cəmi 1.313 manat 11 qəpik məbləğində borcunun yarandığı müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 743.1-ci maddəsinə görə kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarının 1-ci bəndinə görə Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq, birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun həmin Qərarda müəyyən etdiyi hüquqi mövqeyə görə öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarında müəyyən etdiyi hüquqi mövqeyə görə iddiaçı bank cavabdehdən müqavilənin ləğv edilməsi və imtina bildirişinin (pretenziyanın) verildiyi tarixədək hesablanmış faiz borcunu, həmin vaxtdan sonrakı dövr üçün isə illik 5 faiz dərəcəsi ilə hesablanan faiz borcunun tutulmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən həmin Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanının 6.2-ci bəndində banklara tövsiyə edilmişdir ki, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər. Həmin Fərmanın 8.10-cu bəndlərinə əsasən məhkəmədə olan işlərin geri çağırılması dedikdə vaxtı keçmiş kredit borcları ilə bağlı məhkəmələrdə olan iddialardan imtina edilməsi və icra sənədi üzrə icraata xitam verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tədbirlər görülməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə mülki işin yuxarıda sadalanan hallarını, nəzərə alaraq, hesab edir ki, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyəti ilə 23 avqust 2019-cu il tarixli, 381/19 saylı restrukturizasiya müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiklərinə görə, həmin müqavilə üzrə ödənilməmiş əsas borc qismində 1.210 manat 88 qəpik, müqavilə müddəti üçün hesablanmış və ödənilməmiş faiz borcu qismində 45 manat 28 qəpik, müqavilənin bitdiyi tarixdən – 23 avqust 2024-cü il tarixdən 27 avqust 2025-ci il tarixədək əsas borca illik 5 faiz dərəcəsi ilə faiz borcu qismində hesablanmış 56 manat 95 qəpik məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 33 manat 14 qəpik məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 10-1, 216- 220, 227, 284-5, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin iddiası təmin edilsin. Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə 23 avqust 2019-cu il tarixli, 381/19 saylı restrukturizasiya müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 1.210 (bir min iki yüz on) manat 88 (səksən səkkiz) qəpik, müqavilə müddəti üçün hesablanmış və ödənilməmiş 45 (qırx beş) manat 28 (iyirmi səkkiz) qəpik, müqavilənin bitdiyi tarixdən – 23 avqust 2024-cü il tarixdən 27 avqust 2025ci il tarixədək əsas borca illik 5 faiz dərəcəsi ilə faiz borcu qismində hesablanmış 56 (əlli altı) manat 95 (doxsan beş) qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 33 (otuz üç) manat 14 (on dörd) qəpik, cəmi 1.346 (bir min üç yüz qırx altı) manat 25 (iyirmi beş) qəpik məbləğində pul vəsaiti müştərək qaydada tutulsun. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Biləsuvar rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №e-2(022)-1553/2025
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-1553/2025
21.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver