Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № e-2(022)-1555/2025 01.09.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi ilə, məsləhətçi (iclas katibi) X3 oğlunun katibliyi ilə, “Azərbaycan Beynəlxalq Bankı” açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı 16 iyun 2021-ci il tarixli, BPM**********96 saylı tam kart çərçivə müqaviləsinə əsasən ödənilməmiş əsas borcun əvəzi qismində 101 manat 04 qəpik, faiz borcu qismində 24 manat 18 qəpik və 16 iyun 2021-ci il tarixli, BPM**********96 saylı kredit müqaviləsinə əsasən ödənilməmiş əsas borcun əvəzi qismində 970 manat 70 qəpik, faiz borcu qismində 186 manat 74 qəpik, cəmi 1.282 manat 66 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat 72 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: 28 avqust 2025-ci il tarixdə “Azərbaycan Beynəlxalq Bankı” açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı 16 iyun 2021-ci il tarixli, BPM**********96 saylı tam kart çərçivə müqaviləsinə əsasən ödənilməmiş əsas borcun əvəzi qismində 101 manat 04 qəpik, faiz borcu qismində 24 manat 18 qəpik və 16 iyun 2021-ci il tarixli, BPM**********96 saylı kredit müqaviləsinə əsasən ödənilməmiş əsas borcun əvəzi qismində 970 manat 70 qəpik, faiz borcu qismində 186 manat 74 qəpik, cəmi 1.282 manat 66 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat 72 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsi məhkəməyə daxil olmuşdur. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən işə baxılmasının sadələşdirilmiş qaydasının yolverilməzliyinə görə iddia ərizəsinin qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 284-3.2.4-cü maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə iddia ərizəsinə tələbin əsaslandığını təsdiq edən sənəd əlavə edilməlidir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, 16 iyun 2021-ci il tarixli, BPM**********96 saylı tam kart çərçivə müqaviləsi və kredit müqaviləsi üzrə borclu şəxs X2 Cavabdeh Arif qızının mərhum əridir və “Azərbaycan Beynəlxalq Bankı” açıq səhmdar cəmiyyəti həmin şəxsdən mərhum N.B.Kamranovun qanun üzrə vərəsəsi qismində həmin tam kart çərçivə müqaviləsi və kredit müqaviləsi üzrə öhdəliklərin icrasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə görə vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 04 iyun 2018-ci il tarixli Qərarına görə Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. İddia ərizəsinə əlavə edilmiş Biləsuvar rayon notariat ofisinin 03 aprel 2025-ci il tarixli, 328 saylı arayışından görünür ki, 01 sentyabr 2024-cü il tarixdə vəfat etmiş X1 miras qalmış 140 manat 06 qəpik məbləğində pul vəsaiti onun vərəsəsi Cavabdeh 27 yanvar 2025-ci il tarixli, V-276 nömrəli reyestrli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Lakin iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, 01 sentyabr 2024-cü il tarixdə vəfat etmiş X1 onun qanun üzrə vərəsəsi Cavabdeh 140 manat 06 qəpik məbləğində pul vəsaiti almış, iddiaçı isə cavabdehin qanun üzrə vərəsəsindən ümumilikdə 1.313 manat 38 qəpik məbləğində pul vəsaiti tələb edir. Belə olan halda məhkəmə hesab edir ki, hazırki tələb üzrə ümumi borc məbləği miras qalmış pul vəsaitindən dəfələrlə çox olduğuna görə iş üzrə əlavə araşdırma zərurəti yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 284-4.1.3-cü maddəsinə görə verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə kiçik iddialara dair dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Bununla əlaqədar məhkəmə hesab edir ki, borc məbləği miras qalmış məbləğdən dəfələrlə çox olduğundan iş üzrə araşdırılma zərurəti vardır. Buna görə də iddia ərizəsinin qəbul olunmasından imtina edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263, 264, 267, 268 və 284-4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: “Azərbaycan Beynəlxalq Bankı” açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı 16 iyun 2021-ci il tarixli, BPM**********96 saylı tam kart çərçivə müqaviləsinə əsasən ödənilməmiş əsas borcun əvəzi qismində 101 manat 04 qəpik, faiz borcu qismində 24 manat 18 qəpik və 16 iyun 2021-ci il tarixli, BPM**********96 saylı kredit müqaviləsinə əsasən ödənilməmiş əsas borcun əvəzi qismində 970 manat 70 qəpik, faiz borcu qismində 186 manat 74 qəpik, cəmi 1.282 manat 66 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat 72 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddiaçının nümayəndəsinə izah edilsin ki, kiçik iddialara dair işlər üzrə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməsi iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Qərardaddan şikayət verilə bilməz. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №e-2(022)-1555/2025
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №e-2(022)-1555/2025
01.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver