Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-158/2023 06.04.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı QSC BOKT-un nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC BOKT-un Cavabdeh və Zamin qarşı kredit borcunun tutulması tələbi barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı QSC BOKT cavabdehlər Zamin və Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən əsas borca görə 2562 (iki min beş yüz altmış iki) manat 05 (sıfır beş) qəpik əsas, 42 (qırx iki) manat 20 (iyirmi) qəpik faiz borcunun, cəmi 2604 (iki min altı yüz dörd ) manat 25 (iyirmi beş) qəpik borcun, 46 (qırx altı) manat 04 (sıfır dörd) qəpik ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC BOKT-nin nümayəndəsi X2 məhkəmə iclasında göstərmişdir ki, vaxtı keçmiş kredit borclarının restrukturizasiya edilməsi barədə İddiaçı QSC BOKT-nın idarə heyətinin 06 avqust 2020-ciu il tarixli 86 saylı Qərarının icrası ilə əlaqədar İddiaçı QSC BOKT-nın Salyan filialı ilə Zamin arasında 29 oktyabr 2020-ci il tarixli 52 saylı “Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun Restrukturizasiya Müqaviləsi” bağlanmışdır. Həmin müqaviləyə əsasən Zamin 2562.05 manat vaxtı keçmiş kredit borcunu müqavilə imzalandığı tarixdən illik 1 faiz hesablanmaqla, ödəniş qrafiki əsasında 5 il müddətində İddiaçı QSC-yə ödənilməsi barədə öhdəlik götürmüşdür. 29 oktyabr 2020-ci il tarixli 52 saylı “Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun Restrukturizasiya Müqaviləsi”nin təminatı kimi İddiaçı QSC BOKT-nın Salyan filialı ilə Cavabdeh arasında 29 oktyabr 2020ci il tarixli 52 saylı zaminlik müqaviləsi bağlanmışdır.Cavabdeh Zamin qrafikə uyğun olaraq əsas borcu və ona hesablanmış faiz borcunu ödəməli olduğu halda, o, müqavilənin şərtlərinə əməl etməmişdir. Dəfələrlə borcun ödənilməsi barədə cavabdehə müraciətlər olunsa da, məsələnin məhkəmədəmkənar həll olunması üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, lazımi nəticə əldə olunmamışdır.Sonda iddiaçının nümayəndəsi X2 cavabdehlər Zamin və Cavabdeh əsas borca görə 2562 (iki min beş yüz altmış iki) manat 05 (sıfır beş) qəpik əsas, 42 (qırx iki) manat 20 (iyirmi) qəpik faiz borcunun və 46 (qırx altı) manat 04 (sıfır dörd) qəpik ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Zamin və Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş 29 oktyabr 2020-ci il tarixli müqavilədən görünür ki, İddiaçı QSC BOKT ilə Zamin arasında “Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun Restrukturizasiya Müqaviləsi” bağlanmışdır. İş materiallarına əlavə edilmiş 29 oktyabr 2020-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı QSC BOKT ilə Zamin arasında “Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun Restrukturizasiya Müqaviləsi” üzrə ödəliklərin icrası üçün öz üzərinə məsuliyyət götürmüşdür. Beləliklə, işdə olan sübutlarla Zamin İddiaçı qapalı səhmdar cəmiyyəti ilə bağladığı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə xx.xx.2022-ci il tarixə 2562.05 manat əsas, 42.2 manat faiz, cəmi 2604.25 manat məbləğində borcunun yarandığı təsdiq olunur. MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən MM-in 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək cavabdehlər Zamin və Cavabdeh əsas borca görə 2562 (iki min beş yüz altmış iki) manat 05 (sıfır beş) qəpik əsas, 42 (qırx iki) manat 20 (iyirmi) qəpik faiz borcu, cəmi 2604 (iki min altı yüz dörd) manat 25 (iyirmi beş) qəpik məbləğində pul vəsaiti tutularaq İddiaçı QSC-yə ödənilməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 46 (qırx altı) manat 04 (sıfır dörd) qəpik məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Zamin və Cavabdeh 2562 (iki min beş yüz altmış iki) manat 05 (sıfır beş) qəpik əsas borc, 42 (qırx iki) manat 20 (iyirmi) qəpik faiz borcu, cəmi 2604 (iki min altı yüz dörd) manat 25 (iyirmi beş) qəpik borc və 46 (qırx altı) manat 04 (sıfır dörd) qəpik ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı QSC-yə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X4
Məhkəmə qərarları › İş №e-2(022)-158/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-158/2023
06.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver