Məhkəmə qərarları › İş №e-2(022)-158/2024

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-158/2024

29.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-158/2024 29.03.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehna qarşı kredit müqaviləsi üzrə pul tələbi barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdehna qarşı iddia ərizəsi ilə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 28 aprel 2023-cü il tarixli 336489- CNS-44857 saylı “Kredit borcunun restrukturizasiyasına dair müqaviləsi”nə əsasən xx.xx.2023-cü il tarixə Banka borclu olduğu 10.259 (on min iki yüz əlli doqquz) manat 70 (yetmiş) qəpik məbləğində əsas borc, 78 (yetmiş səkkiz) manat 85 (səksən beş) qəpik məbləğində faiz borcu, 14 (on dörd) manat 90 (doxsan) qəpik məbləğində cərimə, ümumilikdə isə 10.353 (on min üç yüz əlli üç) manat 45 (qırx beş) qəpik məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 121 (bir yüz iyirmi bir) manat 06 (sıfır altı) qəpik məbləğində pul vəsaitinin Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə Bank) ilə Cavabdeh (bundan sonra mətndə Cavabdeh) arasında bağlanmış 28 aprel 2023-cü il tarixli 336489-CNS-44857 saylı “Kredit borcunun restrukturizasiyasına dair müqaviləsi”nə əsasən Cavabdeh xx.xx.2021-ci il tarixli 336489-1-29639 saylı kredit müqaviləsi üzrə Banka xx.xx.2023-cü il tarixə mövcud olan borcu kapitallaşdırılmış və o, 10.259,70 (on min iki yüz əlli doqquz, 70) manat məbləğində borcu illik 3 (üç) faiz hesablanması şərti ilə 59 (əlli doqquz) ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Lakin borclu şəxs Cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2023-cü il tarixdən icra etməmiş və nəticədə cavabdehin Banka 10.259,70 (on min iki yüz əlli doqquz, 70) manat məbləğində əsas borc, 78,85 (yetmiş səkkiz, 85) manat məbləğində faiz borcu, 14,90 (on dörd, 90) manat məbləğində cərimə, ümumilikdə isə 10.353,45 (on min üç yüz əlli üç, 45) manat məbləğində borcu qalmışdır. İddiaçının nümayəndəsi X2 məhkəməyə iddia tələbini həcminin azaldılması barədə ərizə ünvanlayaraq, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 28 aprel 2023-cü il tarixli 336489- CNS-44857 saylı “Kredit borcunun restrukturizasiyasına dair müqaviləsi”nə əsasən xx.xx.2024-cü il tarixə banka borclu olduğu 10.259 (on min iki yüz əlli doqquz) manat 70 (yetmiş) qəpik məbləğində əsas borc, 10 (on) manat 85 (səksən beş) qəpik məbləğində cərimə, ümumilikdə isə 10.270 (on min iki yüz yetmiş) manat 55 (əlli beş) qəpik məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 121 (bir yüz iyirmi bir) manat 06 (sıfır altı) qəpik məbləğində pul vəsaitinin Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasıda iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarında olan Biləsuvar RİHB-nin Xırmandalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 18 mart 2024-cü il tarixli № 5-39-3/2-463 saylı məktubundan görünür ki, Abasov X1 rayonu Xırmandalı kəndində qeydiyyatda olmasına baxmayaraq, valideynləri ilə birlikdə Bakı şəhərində naməlum ünvanda yaşayır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 28 aprel 2023-cü il tarixli 336489-CNS-44857 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC Cavabdeh kreditdən istifadəyə görə 3% illik borc faizləri ödəməsi şərtilə 59 ay müddətinə 10.259,70 manat məbləğdə kredit vermişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə 28 aprel 2023-cü il tarixli 336489-CNS-44857 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 10.259 (on min iki yüz əlli doqquz) manat 70 (yetmiş) qəpik məbləğində əsas borc, 10 (on) manat 85 (səksən beş) qəpik məbləğində cərimə, ümumilikdə isə 10.270 (on min iki yüz yetmiş) manat 55 (əlli beş) qəpik məbləğində borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MPM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göründüyü kimi qeyd olunan maddi hüquq normaları tələbin qanuni əsası kimi çıxış etməklə mübahisə olunan hüquq münasibətinə tətbiqi belə nəticəyə gəlməyə əsas verir ki, bir tərəfdən Cavabdeh, digər tərəfdən isə İddiaçı ASC olmaqla kredit müqaviləsi bağlanmaqla kredit verilmiş və bununla da tərəflər arasında onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən öhdəlik münasibətləri yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmə mülki işin yuxarıda sadalanan hallarını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 28 aprel 2023-cü il tarixli 336489-CNS-44857 saylı kredit müqaviləsi üzrə 10.259 (on min iki yüz əlli doqquz) manat 70 (yetmiş) qəpik məbləğində əsas borc, 10 (on) manat 85 (səksən beş) qəpik məbləğində cərimə, ümumilikdə isə 10.270 (on min iki yüz yetmiş) manat 55 (əlli beş) qəpik məbləğində borc İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 121 (bir yüz iyirmi bir) manat 06 (sıfır altı) qəpik pul vəsaiti Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı ASC-nin iddiası təmin edilsin. Cavabdeh 10.259 (on min iki yüz əlli doqquz) manat 70 (yetmiş) qəpik məbləğində əsas borc, 10 (on) manat 85 (səksən beş) qəpik məbləğində cərimə, ümumilikdə isə 10.270 (on min iki yüz yetmiş) manat 55 (əlli beş) qəpik məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 121 (bir yüz iyirmi bir) manat 06 (sıfır altı) qəpik məbləğində pul vəsaiti İddiaçı ASC-nin xeyrinə tutulsun. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakimi Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar