Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-159/2024 23.01.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi X1, cavabdeh X3 oğlunun iştirakları ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X3 oğluna qarşı kreditin və ona hesablanmış faiz borcunun tutulması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh X3 oğluna qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 11328 (on bir min üç yüz iyirmi səkkiz) manat 21 (iyirmi bir) qəpik məbləğində əsas borcun, 1579 (min beş yüz yetmiş doqquz) manat 79 (yetmiş doqquz) qəpik məbləğində faiz borcunun, 409 (dörd yüz doqquz) manat 01 (sıfır bir) qəpik məbləğində cərimə borcunun, cəmi 13317 (on üç min üç yüz on yeddi) manat 01 (sıfır bir) qəpik borcun və 131 (yüz otuz bir) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında göstərmişdir ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən bank borcluya 36 ay müddətinə, illik 21% olmaqla 15000 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Odur ki, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 11328 (on bir min üç yüz iyirmi səkkiz) manat 21 (iyirmi bir) qəpik məbləğində əsas borcun, 1579 (min beş yüz yetmiş doqquz) manat 79 (yetmiş doqquz) qəpik məbləğində faiz borcunun, 409 (dörd yüz doqquz) manat 01 (sıfır bir) qəpik məbləğində cərimə borcunun, cəmi 13317 (on üç min üç yüz on yeddi) manat 01 (sıfır bir) qəpik borcun və 131 (yüz otuz bir) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh X3 oğlu məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək, borcunu tam şəkildə ödəyə bilməyəcəyini, lakin hissə hissə ödəyəcəyini bildirərək, cərimə məbləğinin azaldılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı açıq səhmdar cəmiyyəti X3 oğluna kreditdən istifadəyə görə illik 21% dərəcəsi ilə, 36 ay müddətinə 15000 manat məbləğində kredit vermişdir. İşdə olan İddiaçı açıq səhmdar cəmiyyətinin xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, X3 oğlu ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən X3 oğlunın iddiaçıya 11328 (on bir min üç yüz iyirmi səkkiz) manat 21 (iyirmi bir) qəpik məbləğində əsas borcu, 1579 (min beş yüz yetmiş doqquz) manat 79 (yetmiş doqquz) qəpik məbləğində faiz borcu, 409 (dörd yüz doqquz) manat 01 (sıfır bir) qəpik məbləğində cərimə borcu, cəmi 13317 (on üç min üç yüz on yeddi) manat 01 (sıfır bir) qəpik ödənilməmiş borcu qalmışıdır. Beləliklə, işdə olan sübutlarla X3 oğlunın İddiaçı ASC ilə bağladığı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin şərtlərinə uyğun olaraq cavabdehin iddiaçıya 11328 (on bir min üç yüz iyirmi səkkiz) manat 21 (iyirmi bir) qəpik məbləğində əsas borcu, 1579 (min beş yüz yetmiş doqquz) manat 79 (yetmiş doqquz) qəpik məbləğində faiz borcu, 409 (dörd yüz doqquz) manat 01 (sıfır bir) qəpik məbləğində cərimə borcu, cəmi 13317 (on üç min üç yüz on yeddi) manat 01 (sıfır bir) qəpik məbləğdə borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Qanunun yuxarıda göstərilən tələblərinin işin halları üzrə tətbiqi belə nəticəyə gəlməyə əsas verir ki, borclu X3 oğlu xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən kreditor İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında götürdüyü öhdəliyi icra etməməklə (yəni, vaxtında icra etməməklə və qüsurla icra etməklə) kreditora ziyan dəymiş və o, vurduğu zərərin nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən iddiaçının həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq xx.xx.2022-ci il il tarixli müqavilə üzrə hesablanmış 409.01 manat məbləğdə cərimənin 40 manata qədər azaldılmasını məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh X3 oğlundan İddiaçı açıq səhmdar cəmiyyətinin qarşısında ödənilməmiş 11328 (on bir min üç yüz iyirmi səkkiz) manat 21 (iyirmi bir) qəpik məbləğində əsas borc, 1579 (min beş yüz yetmiş doqquz) manat 79 (yetmiş doqquz) qəpik məbləğində faiz borcu, 40 (qırx) manat məbləğində cərimə borcu olmaqla cəmi 12948 (on iki min doqquz yüz qırx səkkiz) manat məbləğdə pul vəsaiti İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə tutulmalıdır. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 100 manat məbləğində pul vəsaiti cavabdeh X3 oğlundan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh X3 oğlundan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 11328 (on bir min üç yüz iyirmi səkkiz) manat 21 (iyirmi bir) qəpik əsas borc, 1579 (min beş yüz yetmiş doqquz) manat 79 (yetmiş doqquz) qəpik faiz borcu, 40 (qırx) manat cərimə borcu, cəmi 12948 (on iki min doqquz yüz qırx səkkiz) manat borc və ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 100 (yüz) manat pul vəsaiti tutulsun. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X5
Məhkəmə qərarları › İş №e-2(022)-159/2024
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-159/2024
23.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver