Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № e-2(022)-1599/2025 08.09.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsi, Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi ilə, məsləhətçi (iclas katibi) X1 oğlunun katibliyi ilə, Bank Olmayan Kredit Təşkilatı İddiaçı məhdud məsuliyyətli cəmiyyətinin Cavabdeh qarşı 16 may 2025-ci il tarixli, 1220/052025-222468 saylı kredit müqaviləsinə əsasən ödənilməmiş əsas borcun əvəzi qismində 90 manat, faiz borcu qismində 7 manat 83 qəpik, komissiya haqqı qismində 18 manat, dəbbə pulu qismində 16 manat 20 qəpik, cərimə qismində 46 manat, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: 04 sentyabr 2025-ci il tarixdə Bank Olmayan Kredit Təşkilatı İddiaçı məhdud məsuliyyətli cəmiyyətinin Cavabdeh qarşı 16 may 2025-ci il tarixli, 1220/052025-222468 saylı kredit müqaviləsinə əsasən ödənilməmiş əsas borcun əvəzi qismində 90 manat, faiz borcu qismində 7 manat 83 qəpik, komissiya haqqı qismində 18 manat, dəbbə pulu qismində 16 manat 20 qəpik, cərimə qismində 46 manat, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsi məhkəməyə daxil olmuşdur. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən işə baxılmasının sadələşdirilmiş qaydasının yolverilməzliyinə görə iddia ərizəsinin qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 284-3.2.4-cü maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə iddia ərizəsinə tələbin əsaslandığını təsdiq edən sənəd əlavə edilməlidir. Lakin məhkəmə daxil olmuş iddia ərizəsinə 16 may 2025-ci il tarixli, 1220/052025- 222468 saylı kredit müqaviləsi və həmin kredit müqaviləsi üzrə zəruri olan bütün sənədlərin tərəflərinin imzaları olmayan surətləri əlavə edilmişdir. Buna görə də, həmin kredit müqaviləsinin və kredit müqaviləsi üzrə zəruri olan bütün sənədlərin real olaraq imzalanıb-imzalanmadığını müəyyən etmək qeyrimümkümdür. Azərbaycan Respublikası MPM-nin 284-4.1.3-cü maddəsinə görə verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə kiçik iddialara dair dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Bununla əlaqədar məhkəmə hesab edir ki, 16 may 2025-ci il tarixli, 1220/052025- 222468 saylı kredit müqaviləsi və həmin kredit müqaviləsi üzrə zəruri olan bütün sənədlərin real olaraq imzalanıb-imzalanmamasını araşdırılması zərurəti olduğu üçün iddia ərizəsinin qəbul olunmasından imtina edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263, 264, 267, 268 və 284-4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Bank Olmayan Kredit Təşkilatı İddiaçı məhdud məsuliyyətli cəmiyyətinin Cavabdeh qarşı 16 may 2025-ci il tarixli, 1220/052025-222468 saylı kredit müqaviləsinə əsasən ödənilməmiş əsas borcun əvəzi qismində 90 manat, faiz borcu qismində 7 manat 83 qəpik, komissiya haqqı qismində 18 manat, dəbbə pulu qismində 16 manat 20 qəpik, cərimə qismində 46 manat, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddiaçının nümayəndəsinə izah edilsin ki, kiçik iddialara dair işlər üzrə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməsi iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Qərardaddan şikayət verilə bilməz. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №e-2(022)-1599/2025
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №e-2(022)-1599/2025
08.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver