Məhkəmə qərarları › İş №e-2(022)-160/2025

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-160/2025

03.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-160/2025 03.04.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 3595 (üç min beş yüz doxsan beş) manat 74 (yetmiş dörd) qəpik pulun və mediasiya xərci üçün ödənilmiş 60 (altmış) manat məbləğin Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən cavabdeh satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. Cavabdeh xx.xx.2023-cü il tarixində “administrator” vəzifəsinə keçirilmiş və tərəflər arasında “tam maddi məsuliyyət” haqqında müqavilə imzalanmışdır. xx.xx.2024-cü il tarixli 5-x saylı əmrlə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 “b” (əmək müqaviləsi müddətinin bitməsi ilə) maddəsinə əsasən Cavabdeh işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, İddiaçı MMC-nin – OBA Bakıxanov 12 mağazasında çalışdığı zaman, xx.xx.2023-cü il tarixində aparılmış inventarizasiya (mağaza sayımı) nəticəsində cavabdehin Cəmiyyətə müvafiq olaraq 4126 manat 50 qəpik zərər vurması müəyyən edilmiş, həmin tarixli “inventarizasiya nəticələrinə” dair aktda da yekun ziyan məbləği öz əksini tapmışdır. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə olan ziyandan müvafiq hissəsi şirkət tərəfindən güzəşt edilmişdir. Beləliklə, Cavabdeh hal-hazırda İddiaçı MMC-yə ümumilikdə 3595 manat 74 qəpik borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. İddiaçının nümayəndəsi X1 məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq, onların iştirakı olmadan işə baxılmasını və iddia tələblərinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında ərizə təqim edərək iddia tələbini qəbul etdiyini bildirərək göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən Oba market MMC-də satıcı-kassir vəzifəsinə qəbul edilmişdir.xx.xx.2023-cü il tarixdə isə administrator vəzifəsinə seçilmişdir.Həmin vaxt təhvil-təslim aktı tərtib olunmaqla mallar ona təhvil verilmişdir.O, işdən çıxarkən inventarizasiya aktı tərtib olunmaqla həqiqətən onun 3595 manat 74 qəpik borcunun olması məlum olmuşdur.Odur ki, hazırda iddia tələbinin təmin olunmasına heş bir etirazı yoxdur. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh İddiaçındə “Satıcı-kassir” vəzifəsinə işə qəbul olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh İddiaçındə “administrator” vəzifəsinə keçirilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 5-x saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh cəmiyyətin satış şöbəsinin administratorunun əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 “b” (əmək müqaviləsinin müddətinin qurtarması) maddəsinə əsasən xitam verilmişdir. İşdə olan İddiaçı 06 may 2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh ilə bağlı inventarizasiya yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında xx.xx.2023-cü il tarixinə 4126.50 manat çatışmazlıq müəyyən edilmişdir. Cavabdeh çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə Cəmiyyət tərəfindən güzəşt edilməklə, 3595.74 manat borcu qalmışdır. İş materiallarında olan ilkin mediasiya sessiyasının MŞB/20/2024-00205 saylı xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh ilkin mediasiyya sessiaysında iştirak etməmişdir. İddiaçı ilkin mediasiyya sessiaysında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən İddiaçınə 3595 (üç min beş yüz doxsan beş) manat 74 (yetmiş dörd) qəpik məbləğdə ziyanın əvəzi ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 21.1-ci maddəsinin tələbinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MPM-in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin qeyd olunan faktiki hallarını və maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, İddiaçı iddiası təmin edilməli, İddiaçı əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə Cavabdeh 3595 (üç min beş yüz doxsan beş) manat 74 (yetmiş dörd) qəpik və mediasiya xərci üçün ödənilmiş 60 (altmış) manat məbləğdə pul vəsaiti tutularaq İddiaçınə ödənilməlidir. MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir Qeyd olunanlara əsasən və MPM-in 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 3595 (üç min beş yüz doxsan beş) manat 74 (yetmiş dörd) qəpik və mediasiya xərci üçün ödənilmiş 60 (altmış) manat məbləğdə pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar