Məhkəmə qərarları › İş №e-2(022)-1606/2023

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №e-2(022)-1606/2023

26.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № e-2(022)-1606/2023 26.12.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi ilə, məsləhətçi (iclas katibi) X1 oğlunun katibliyi ilə, “X2 Azərbaycan” qapalı səhmdar cəmiyyətinin Cavabdeh qarşı Biləsuvar Rayon Məhkəməsinin 02 avqust 2022-ci il tarixli, 2(022)-843/2022 saylı qətnaməsinin icra edilməsi üçün iddiaçı tərəfindən “İnternational Legal Services” məhdud məsuliyyətli cəmiyyətinə hüquqi xidmətə görə ödənilmiş vəsaitin əvəzi qismində 146 manat 36 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: 22 dekabr 2023-cü il tarixdə “X2 Azərbaycan” qapalı səhmdar cəmiyyətinin Cavabdeh qarşı Biləsuvar Rayon Məhkəməsinin 02 avqust 2022-ci il tarixli, 2(022)- 843/2022 saylı qətnaməsinin icra edilməsi üçün iddiaçı tərəfindən “İnternational Legal Services” məhdud məsuliyyətli cəmiyyətinə hüquqi xidmətə görə ödənilmiş vəsaitin əvəzi qismində 146 manat 36 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsi məhkəməyə daxil olmuşdur. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən işə baxılmasının sadələşdirilmiş qaydasının yolverilməzliyinə görə iddia ərizəsinin qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 284-3.2.4-cü maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə iddia ərizəsinə tələbin əsaslandığını təsdiq edən sənəd əlavə edilməlidir. Lakin məhkəməyə daxil olmuş kiçik iddialara dair işlər üzrə iddia ərizəsinə Biləsuvar Rayon Məhkəməsinin 02 avqust 2022-ci il tarixli, 2(022)-843/2022 saylı qətnaməsinin icrası ilə əlaqdar iddiaçı bank tərəfindən “İnternational Legal Services” məhdud məsuliyyətli cəmiyyətinə hansı əsasla pul vəsaitinin ödənilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 78.1-ci maddəsinə görə isə icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Azərbaycan Respublikası MPM-nin 284-4.1.3-cü maddəsinə görə verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə kiçik iddialara dair dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Buna görə də, məhkəmə hesab edir ki, iddia ərizəsinə tələbkar bank tərəfindən Biləsuvar Rayon Məhkəməsinin 02 avqust 2022-ci il tarixli, 2(022)-843/2022 saylı qətnaməsinin icrasının icra məmurları tərəfindən deyil, “İnternational Legal Services” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən icra edilməsinin zəruriliyini şərtləndirən halları təsdiq edən sənəd əlavə edilmədiyinə görə və tələbin əlavə araşdırılması zərurəti olduğu üçün iddia ərizəsinin qəbul olunmasından imtina edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263, 264, 267, 268 və 284-4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: “X2 Azərbaycan” qapalı səhmdar cəmiyyətinin Cavabdeh qarşı Biləsuvar Rayon Məhkəməsinin 02 avqust 2022-ci il tarixli, 2(022)-843/2022 saylı qətnaməsinin icra edilməsi üçün iddiaçı tərəfindən “İnternational Legal Services” məhdud məsuliyyətli cəmiyyətinə hüquqi xidmətə görə ödənilmiş vəsaitin əvəzi qismində 146 manat 36 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddiaçının nümayəndəsinə izah edilsin ki, kiçik iddialara dair işlər üzrə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməsi iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Qərardaddan şikayət verilə bilməz. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar