Məhkəmə qərarları › İş №e-2(022)-163/2024

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-163/2024

01.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-163/2024 01.02.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X1 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı 25 may 2022-ci il tarixli, 9250***-*******02L saylı əsas kredit limiti razılaşması üzrə ödənilməmiş əsas borc qismində 9.010 manat 38 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 547 manat 17 qəpik, cərimə qismində 55 manat 69 qəpik, cəmi 9.613 manat 24 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 116 manat 14 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı açıq səhmdar cəmiyyəti Cavabdeh qarşı 25 may 2022-ci il tarixli, 9250***- *******02L saylı əsas kredit limiti razılaşması üzrə ödənilməmiş əsas borc qismində 9.010 manat 38 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 547 manat 17 qəpik, cərimə qismində 55 manat 69 qəpik, cəmi 9.613 manat 24 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 116 manat 14 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı açıq səhmdar cəmiyyətinin nümayəndəsi iddia ərizəsində göstərmişdir ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış 25 may 2022-ci il tarixli, 9250***-*******02L saylı əsas kredit limiti razılaşmasına əsasən cavabdehə bank tərəfindən 36 ay müddətinə, illik 16% kreditdən istifadə etməyə faiz ödəmək şərti ilə 13.000 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməiş və nəticədə həmin şəxsin 28 noyabr 2023-cü il tarixə İddiaçı açıq səhmdar cəmiyyətinə 9.010 manat 38 qəpik əsas, 547 manat 17 qəpik faiz və cərimə qismində 55 manat 69 qəpik olmaqla, cəmi 9.613 manat 24 qəpik məbləğində borcu yaranmışdır. Cavabdehə dəfələrlə şifahi və bildirişlə müraciət edilməsinə baxmayaraq, həmin şəxs tərəfindən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş və Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini lazımi qaydada icra etməmişdir. Buna görə də iddiaçı bank məhkəməyə üraciət etmək məcburiyyətində qalmışdır. Sonda, iddiaçının nümayəndəsi 25 may 2022-ci il tarixli, 9250***-*******02L saylı əsas kredit limiti razılaşması üzrə ödənilməmiş əsas borc qismində 9.010 manat 38 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 547 manat 17 qəpik, cərimə qismində 55 manat 69 qəpik, cəmi 9.613 manat 24 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 116 manat 14 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə2 31 yanvar 2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın tam həcmdə təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında yazılı ərizə təqdim etməklə, iddianı etiraf edərək bildirdi ki, onun 25 may 2022-ci il tarixdə İddiaçı açıq səhmdar cəmiyyəti ilə bağladığı 9250***-*******02L saylı əsas kredit limiti razılaşmasına əsasən iddiaçı bank tərəfindən ona 36 ay müddətinə, illik 16% kreditdən istifadə etməyə faiz ödəmək şərti ilə 13.000 manat məbləğində kredit verilmişdir. O, həmin kredit vəsaitini aldıqdan sonra ilk bir neçə ay ərzində iddiaçıya olan borcunu ödəniş cədvəlinə əsasən lazımi qaydada icra etsə də, sonradan işdən çıxması ilə əlaqədar onun maddi vəziyyəti pisləşdiyinə görə kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyini icra edə bilməmişdir. Buna görə də iddiaçı haqlı olaraq məhkəməyə müraciət etmişdir. O, hazırda iddianın təmin olunmasına razıdır və maddi vəziyyəti imkan verdiyi şəkildə iddiaçıya olan borcundan hissə-hissə ödənişlər edəcəkdir. Sonda, Cavabdeh iddia tələbinin təmin olunmasına razı olduğunu, həmçinin iddianın etiraf edilməsinin hüquqi nəticələrinin ona məlum olduğunu bildirdi. Məhkəmə cavabdehi dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdeh tərəfindən iddianın etiraf edilməsi təsdiq olunmalı və iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 25 may 2022-ci il tarixli, 9250***-*******02L saylı əsas kredit limiti razılaşmasının və həmin razılaşmaya əlavə edilmiş ödəniş cədvəlinin surətindən görünür ki, İddiaçı açıq səhmdar cəmiyyəti Cavabdeh 50.000 manat məbləğində 120 ay müddətinə, 25 may 2032-ci il tarixədək kredit limiti açır və kredit limiti ilə müəyyən edilmiş şərtlər çərçivəsində Cavabdeh kredit verməyi öhdəsinə götürür və kredit vəsaiti İddiaçı açıq səhmdar cəmiyyəti tərəfindən Cavabdeh 9-1413595-1 nömrəli cari hesabına köçürülmə yolu ilə verilir. Həmin razılaşmaya əlavə olan ödəniş cədvəlinə görə İddiaçı açıq səhmdar cəmiyyəti tərəfindən Cavabdeh 36 ay müddətinə, 26 may 2025ci il tarixədək, hər ay 457 manat 16 qəpik hissə-hissə ödəmək şərtilə 13.000 manat kredit verilmiş və Cavabdeh “Borcalan” qrafasında imza icra etməklə 25 may 2022-ci il tarixli, 9250***-*******02L saylı əsas kredit limiti razılaşmasını və ona əlavə edilmiş ödəniş cədvəlini təsdiq etmişdir. Mülki işdə olan Cavabdeh məxsus 9-1413595-1 nömrəli cari hesab üzrə çıxarışın surətindən görünür ki, 9250***-*******02L saylı əsas kredit limiti razılaşmasına əsasən İddiaçı açıq səhmdar cəmiyyəti tərəfindən 13.000 manat məbləğində kredit vəsaiti 9- 1413595-1 nömrəli cari hesaba köçürülməklə, Cavabdeh təhvil verilmişdir. İşdə olan Cavabdeh İddiaçı açıq səhmdar cəmiyyətinə olan kredit borcunun, faizlərn və penyanın hesablanması haqqında arayışın surətindən görünür ki, Cavabdeh ilə İddiaçı açıq səhmdar cəmiyyəti arasında bağlanmış 25 may 2022-ci il tarixli, 9250***- *******02L saylı əsas kredit limiti razılaşmasınə əsasən cavabdehin iddiaçı banka borcu 28 noyabr 2023-cü il tarixə ödənilməmiş əsas borc qismində 9.010 manat 38 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 547 manat 17 qəpik, cərimə qismində 55 manat 69 qəpik, cəmi 9.613 manat 24 qəpik təşkil etmişdir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh İddiaçı açıq səhmdar cəmiyyəti ilə bağladığı 25 may 2022-ci il tarixli, 9250***-*******02L saylı əsas kredit limiti razılaşması ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə kredit müqaviləsinin şərtlərinə uyğun olaraq cavabdehin iddiaçıya ödənilməmiş əsas borc qismində 9.010 manat 38 qəpik, 28 noyabr 2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 547 manat 17 qəpik, cərimə qismində 55 manat 69 qəpik, cəmi 9.613 manat 24 qəpik məbləğində borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunarsa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə, qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə mülki işin yuxarıda sadalanan hallarını, nəzərə alaraq, hesab edir ki, Cavabdeh müvafiq olaraq 25 may 2022-ci il tarixli, 9250***-*******02L saylı əsas kredit limiti razılaşması və eyni tarixli zaminlik mümqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiklərinə və kreditor müqavilə ilə nəzərdə tutulmuş hüququndan istifadə edərək, kredit vəsaitinin vaxtından əvvəl qaytarılmasını tələb etdiyinə görə həmin kredit limiti razılaşması üzrə ödənilməmiş əsas borc qismində 9.010 manat 38 qəpik, 28 noyabr 2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 547 manat 17 qəpik, cərimə qismində 55 manat 69 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tam təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 116 manat 14 qəpik məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Cavabdeh tərəfindən iddianın etiraf olunması təsdiq edilsin. İddiaçı açıq səhmdar cəmiyyətinin iddiası təmin edilsin. Cavabdeh İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə 25 may 2022-ci il tarixli, 9250***-*******02L saylı əsas kredit limiti razılaşması üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 9.010 (doqquz min on) manat 38 (otuz səkkiz) qəpik, 28 noyabr 2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 547 (beş yüz qırx yeddi) manat 17 (on yeddi) qəpik, cərimə qismində 55 (əlli beş) manat 69 (altmış doqquz) qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 116 (bir yüz on altı) manat 14 (on dörd) qəpik, cəmi 9.729 (doqquz min yeddi yüz iyirmi doqquz) manat 38 (otuz səkkiz) qəpik məbləğində pul vəsaiti tutulsun. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən 1 (bir) ay müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar