Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-164/2023 27.04.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, Cavabdehlərin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanış faizlərin, cərimənin ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi tələbi barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Biləsuvar Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cəmi 20700.85 manat, bundan 14418.99 manat əsas, 2554.8 manat faiz, 981.06 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 2746 manat faiz borcu, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 100 manat məbləğində xərcin və iş üzrə ödənilmiş 152.10 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat rüsumun cavabdehlər Qəmbərova X2 Gülqədəm Zahirəli qızı, Cavabdeh1 və X4 tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyətdə olan mirası faktiki qəbul edən və hüquqi varisi Cavabdeh2, X3, Cavabdeh1 və X1 və istifadəsində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 138,8 kvm olan fərdi yaşayış evinə 0,10 ha torpaq sahəsi ilə birlikdə ipoteka əmlakına yönəldilməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmu vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh2, X3, Cavabdeh1 və X4 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin yaşayış sahəsinin boşaldılaraq alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyəti ilə cavabdeh X8 oğlu arasında bağlanmış xx.xx.2015-ci il tarixli 4830 (BLS**********1920002) saylı kredit müqaviləsinə əsasən X8 oğluna 36 ay müddətinə illik 6 % dərəcəsi ilə 14500 manat məbləğdə kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi DƏDRX RX seriyalı ******* nömrəli reyestr nömrəsi **********40-10301, qeydiyyat nömrəsi **********, xx.xx.2016-cı il tarixli Çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə X8 oğluna məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 138,8 kvm olan fərdi yaşayış evi 0,10 ha torpaq sahəsi ilə birlikdə bank qarşısında ipoteka ilə yüklü edilmişdir. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 138,8 kvm olan fərdi yaşayış evi 0,10 ha torpaq sahəsi ilə birlikdə ipoteka qoyulması barədə bank ilə X8 oğlu arasında xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Lakin, qeyd olunan kredit müqaviləsinin tələbləri X8 oğlu tərəfindən pozulmuş, kredit ödənişləri qrafikə uyğun həyata keçirilməmiş, bununla da kredit öhdəlikləri lazımınca icra edilməmişdir.Odur ki, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək, iddia müddətinin tətbiq edilməsini və iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə iştirak edən şəxsin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2015-ci il tarixli 4830 (BLS**********1920002) saylı kredit müqaviləsindən görünür ki, ləğv prosesində olan “Zaminkabank” açıq səhmdar cəmiyyəti X8 oğluna kreditdən istifadəyə görə illik 6% borc faizləri ödəməsi şərtilə 36 ay müddətinə 14500 manat məbləğdə kredit vermişdir. İş materiallarında olan AZ-İ seriyalı № 930007 saylı X6 surətindən görünür ki, X8 oğlu xx.xx.2018-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. MM-in 377.1-ci maddəsinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. MM-in 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı həmin müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu adıçəkilən qərarda eyni zamanda qeyd etmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli və “L.İ.Binnətovanın şikayəti üzrə” 08 may 2008-ci il tarixli qərarlarının tələblərinə əsasən iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İş materiallarından isə görünür ki, İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən hazırkı iddia məhkəmədə 24 noyabr 2022-ci il tarixdə qaldırılmış və cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia müddətinin tətbiqi barədə məhkəməyə ərizə vermişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarında müəyyən etmişdir ki, müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır. Beləliklə, iddiaçının məhkəməyə təqdim etdiyi sübutların məhkəmədə araşdırılması zamanı müəyyən edildi ki, X8 oğlu xx.xx.2015-ci il tarixli 4830 (BLS**********1920002) saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-dən 36 ay müddətinə qaytarmaq şərti ilə 14500 manat məbləğdə kredit götürmüş və İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu mərhum X8 oğlunun vərəsələri iş üzrə cavabdehlərə qarşı iddia müddəti bitdikdən sonra, yəni 24 noyabr 2022-ci il tarixdə məhkəmədə müvafiq iddia irəli sürmüşdür. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı açıq səhmdar cəmiyyətinin xx.xx.2015-ci il tarixli 4830 (BLS**********1920002) saylı kredit müqaviləsindən irəli gələn iddia tələblərinə iddia müddəti tətbiq edilməli, iddiaçı ləğv prosesində olan «Zaminbank” açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 və digər cavabdehlərə qarşı kredit borcunun qaytarılması tələbi barədə iddiası rədd edilməlidir. Bundan başqa, MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia rədd edildiyinə görə iddiaçı ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cəmi 20700.85 manat, bundan 14418.99 manat əsas, 2554.8 manat faiz, 981.06 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 2746 manat faiz borcu, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 100 manat məbləğində xərcin və iş üzrə ödənilmiş 152.10 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat rüsumun cavabdehlər Cavabdeh2, X3, Cavabdeh1 və X4 tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyətdə olan mirası faktiki qəbul edən və hüquqi varisi Cavabdeh2, X3, Cavabdeh1 və X1 və istifadəsində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 138,8 kvm olan fərdi yaşayış evinə 0,10 ha torpaq sahəsi ilə birlikdə ipoteka əmlakına yönəldilməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmu vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh2, X3, Cavabdeh1 və X4 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin yaşayış sahəsinin boşaldılaraq alıcıya təhvil verilməsi tələbinə dair iddiası rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №e-2(022)-164/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-164/2023
27.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver