Məhkəmə qərarları › İş №e-2(022)-169/2024

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №e-2(022)-169/2024

30.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № e-2(022)-169/2024 30.01.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X3 oğlunun katibliyi ilə, «X4 Azərbaycan» qapalı səhmdar cəmiyyətinin Cavabdeh qarşı 18 mart 2015-ci il tarixli, bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləyə əsasən ödənilməmiş əsas borc qismində 113 manat 09 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 14 manat 20 qəpik, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar qismində 02 manat, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərci qismində 04 manat 80 qəpik, cəmi 149 manat 16 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair işə mülki işi məhkəmədə baxılmağa hazırlamaq haqqında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 12 dekabr 2023-cü il tarixdə «X4 Azərbaycan» qapalı səhmdar cəmiyyəti Cavabdeh qarşı 18 mart 2015-ci il tarixli, bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləyə əsasən ödənilməmiş əsas borc qismində 113 manat 09 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 14 manat 20 qəpik, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar qismində 02 manat, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərci qismində 04 manat 80 qəpik, cəmi 149 manat 16 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin tarixdə Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş, iddiaçının tələbinə dair əsaslandırılmış etirazlarının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməli olduqları həmin şəxslərə izah edilmişdir. 27 dekabr 2023-cü il tarixdə məhkəməyə daxil olmuş ərizəsində Cavabdeh atası X1 Cavabdeh 21 iyun 2023-cü il tarixdə öldüyünü bildirmiş və cavabehin ölüm haqqında şəhadətnaməsinin surətini ərizəsinə əlavə etmişdir. Buna görə də də Biləsuvar rayon Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmış və mülki işi məhkəmədə baxılmağa hazırlamaq haqqında məhkəmə iclası 30 yanvar 2024-cü il tarixə tarixə təyin edilmişdir. İddiaçının nümayəndəsi Nümayəndə 29 yanvar 2024-cü il tarixdə “Elektron Məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və mülki işin baxış iclasına təyin edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edərək, hesab edir ki, ərizəyə işə məhkəmədə baxılmalı olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan AZ-İİ seriyalı, 365196 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 21 iyun 2023-cü il tarixdə xroniki böyrək xəstəliyi – V mərhələ səbəbindən ölmüşdür. İş materiallarından isə görünür ki, «X4 Azərbaycan» qapalı səhmdar cəmiyyəti tərəfindən 12 dekabr 2023-cü il tarixdə, yəni Cavabdeh ölümündən 5 ay 19 gün sonra, həmin şəxsə qarşı iddia ərizəsi ilə “Elektron Məhkəmə” informasiya vasitəsilə məhkəməyə müraciət edilmişdir. Azərbaycan Respublikasının qüvvədə olan mülki-prosessual qanunvericiliyinə görə isə ölmüş şəxsin Azərbaycan Respublikası MPM-nin 48 və 49-cu maddələri ilə təsbit olunmuş mülki-prosessual hüquq qabiliyyəti və mülki prosessual fəaliyyət qabiliyyəti mövcud deyildir. Buna görə də məhkəmə hesab edir ki, ölmüş şəxsə qarşı iddia qaldırılması, eyni zamanda məhkəmə tərəfindən həmin şəxsin tərəf kimi qəbul edilməsi və ya mübahisəyə mahiyyəti üzrə baxılması qeyri-mümkündür. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırılanadək ölmüş, buna görə də iş üzrə mülki-prosessual hüquq qabiliyyəti və mülki prosessual fəaliyyət qabiliyyəti olmayan şəxsin cavabdeh kimi qəbul edilərək, həmin şəxsin hüquqi varisinin işə cəlb edilməsi yolu ilə mülki işə mahiyyəti üzrə baxılması mülki-prosessual qanunvericiliyin tələblərinə zidd olduğuna görə iddiaçının nümayəndəsinə izah edilməlidir ki, «X4 Azərbaycan» qapalı səhmdar cəmiyyəti Cavabdeh vərəsələrinə qarşı məhkəmədə iddia qaldıra bilər. Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 170.1-ci maddəsinə əsasən 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170, 262, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İşə məhkəmədə baxılmalı olmadığına görə «X4 Azərbaycan» qapalı səhmdar cəmiyyətinin Cavabdeh qarşı 18 mart 2015-ci il tarixli, bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləyə əsasən ödənilməmiş əsas borc qismində 113 manat 09 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 14 manat 20 qəpik, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar qismində 02 manat, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərci qismində 04 manat 80 qəpik, cəmi 149 manat 16 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçının nümayəndəsinə izah edilsin ki, «X4 Azərbaycan» qapalı səhmdar cəmiyyəti Cavabdeh vərəsələrinə qarşı məhkəmədə iddia qaldıra bilər. Qərardaddan 10 (on) gün müddətində Biləsuvar rayon Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar