Məhkəmə qərarları › İş №e-2(022)-173/2025

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-173/2025

04.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-173/2025 04.02.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə4, Cavabdeh3 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 (qanuni nümayəndəsi Cavabdeh3 vasitəsi ilə), Cavabdeh2 (qanuni nümayəndəsi Cavabdeh3 vasitəsi ilə) və Cavabdeh3 qarşı kredit borcu tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı «Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1 (qanuni nümayəndəsi Cavabdeh3 vasitəsi ilə), Cavabdeh2 (qanuni nümayəndəsi Cavabdeh3 vasitəsi ilə) və Cavabdeh3 qarşı iddia ərizəsi ilə müraciət edərək, X7 oğlunun vərəsələri Cavabdeh3, Cavabdeh2 (qanuni nümayəndəsi Cavabdeh3 vasitəsi ilə) və Cavabdeh1 (qanuni nümayəndəsi Cavabdeh3 vasitəsi ilə) paylarına mütənasib olaraq iddiaçı "xxxx" ASC-in xeyrinə kart krediti üzrə 1999.14 manat əsas borc, 48.02 manat faiz borcu olmaqla, cəmi 2047.16 manat borcun, nağd kredit üzrə isə 3422.28 manat əsas borc və 0.01 manat faiz borcu olmaqla, cəmi 3422.29 manat borcun və ödənilmiş 81.73 manat dövlət rüsumunun və 0.4 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə4 məhkəmə iclasında iddia tələbini müdafiə edərək göstərmişdir ki, "xxxx" ASC-nin Xətai filialı ilə X7 oğlu arasında bağlanmış BPM**********82 nömrəli xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən X7 oğluna illik 24 faizlə 36 ay müddətinə 2000 AZN məbləğində kart limiti verilmişdir. Nizami filialı ilə X7 oğlu arasında bağlanmış BPM**********05 nömrəli xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən X7 oğluna illik 18 faizlə 24 ay müddətinə 7500 AZN məbləğində nağd kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 343421 saylı X3 ilə müəyyən olunur ki, X7 oğlu xx.xx.2023-cü il tarixində vəfat etmişdir. Biləsuvar rayon notariat ofisi tərəfindən təqdim edilmiş 830 saylı, xx.xx.2024-cü il tarixli məktuba əsasən müəyyən edilmişdir ki, Cavabdeh3, Cavabdeh2 və Şükürlü X6 Rəfail Mirzəli oğlunun vərəsələri kimi tanınmışdır və onlara X4 Şəhadətnamə verilmişdir. Bankın Xətai filialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, X7 oğlunun xx.xx.2024-cü ilədək Banka ödənilməmiş kart krediti üzrə 1999.14 manat əsas borcu, 48.02 manat faiz borcu olmaqla, cəmi 2047.16 manat borcu, nağd kredit üzrə isə Nizami filialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən xx.xx.2024-cü ilədək 3422.28 manat əsas borc və 0.01 manat faiz borcu olmaqla, cəmi 3422.29 manat borcu qalmışdır. Eyni zamanda tərəflərindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 81.73 AZN dövlət rüsumu və 0.4 AZN bank xidmət haqqı ödənilmişdir. Cavabdehlər mərhum X7 oğlundan qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC-nin qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə xx.xx.2024-cü il tarixində 6-2-22/2-38564/2024 və 6-2-22/2-38568/2024 nömrəli xəbərdarlıq məktubları göndərilməsinə baxmayaraq cavabdehlər öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Odur ki, iddiaçının nümayəndəsi X7 oğlunun vərəsələri Cavabdeh3, Cavabdeh2 (qanuni nümayəndəsi Cavabdeh3 vasitəsi ilə) və Cavabdeh1 (qanuni nümayəndəsi Cavabdeh3 vasitəsi ilə) paylarına mütənasib olaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə kart krediti üzrə 1999.14 manat əsas borc, 48.02 manat faiz borcu olmaqla, cəmi 2047.16 manat borcunn, nağd kredit üzrə isə 3422.28 manat əsas borc və 0.01 manat faiz borcu olmaqla, cəmi 3422.29 manat borcun və ödənilmiş 81.73 manat dövlət rüsumunun və 0.4 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh3 məhkəmə iclasında izahatında bankın iddia tələbini qəbul etdiyini, lakin tələb olunan kredit borcunu hissə-hissə ödəyə biləcəyini bildirdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan BPM**********82 nömrəli xx.xx.2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdeh X7 oğluna kreditdən istifadəyə görə 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla 2000 manat və BPM**********05 nömrəli xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən 18 faizlə 24 ay müddətinə 7500 manat məbləğdə kredit verilmişdir. İş materiallarında olan AZ-İİ № 343421 saylı X2 surətindən görünür ki, X7 oğlu xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan Biləsuvar Rayon Notariat Ofisinin xüsusi notariusu X1 tərəfindən verilmiş 27 oktyabr 2023-cü il tarixli qanun üzrə X4 Şəhadətnamənin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X7 oğlunun vərəsələri: ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh3 (şəxsiyyət vəsiqəsi AA*******,verilmə tarixi xx.xx.2022-Asan 5,FİN:xxxxxxx, doğum tarixi xx.xx.1985), Biləsuvar rayonu Əsgərabad kənd ünvanında qeydiyyatda olan Cavabdeh2 (AZE ********,verilmə tarixi xx.xx.2017-Biləsuvar RPŞ, FİN:xxxxxxx, doğum tarixi xx.xx.2009), Biləsuvar rayonu Əsgərabad kənd ünvanında qeydiyyatda olan Cavabdeh1 (şəxsiyyət vəsiqəsi AZE********,verilmə tarixi xx.xx.2017- Biləsuvar RPŞ,FİN:xxxxxxx, doğum tarixi xx.xx.2013) və onların hər biri miras əmlakdan 1/ hissədə pay almalıdır. 3 Şəhadətnamə verilmiş miras əmlak QALA SİĞORTA ASC-nin xx.xx.2023-cü il N 1734/23 saylı məktubuna əsasən 5000 (beş min) manat sığorta ödənişindən ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. İşin müəyyən edilmiş hallarından görünür ki, BPM**********82 nömrəli xx.xx.2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdeh X7 oğluna kreditdən istifadəyə görə 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla 2000 manat və BPM**********05 nömrəli xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən 18 faizlə 24 ay müddətinə 7500 manat məbləğdə kredit verilmiş, bununla da tərəflər arasında onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən öhdəlik münasibətləri yaranmışıdır. İşin müəyyən edilmiş hallarından görünür ki, BPM**********82 nömrəli xx.xx.2021-ci il tarixli və BPM**********05 nömrəli xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə öhdəlik götürmüş şəxs X7 oğlu xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələr ilə müəyyən olunur ki, X7 oğlu ilə Cavabdeh3 birgə nikahlarından xx.xx.2009-cu il tarixdə Cavabdeh2 və xx.xx.2013-cü il tarixdə Cavabdeh1 anadan olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. İşin müəyyən edilmiş hallarından görünür ki, vərəsə olaraq Cavabdeh3 mərhum əri X7 oğlundan miras qalmış əmlakı qəbul etməsinə baxmayaraq miras əmlak həddində miras qoyanın Azərbaycan Beynəlxalq Bankı Açıq Səhmdar Cəmiyyəti qarşısında olan öhdəliyini icra etməmişdir. Məhkəmə qeyd edir ki, borclunun ölümü halında, ilk növbədə mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qaşısında məsuliyyət daşımalıdırlar. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini almış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcudurlar. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh2 (qanuni nümayəndəsi Cavabdeh3 vasitəsi ilə), Cavabdeh1 (qanuni nümayəndəsi Cavabdeh3 vasitəsi ilə) və Cavabdeh3 20 BPM**********82 nömrəli xx.xx.2021-ci il tarixli və BPM**********05 nömrəli xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən 1999.14 manat əsas borc, 48.02 manat faiz borcu olmaqla, cəmi 2047.16 manat borc, nağd krediti üzrə isə 3422.28 manat əsas borc və 0.01 manat faiz borcu olmaqla, cəmi 3422.29 manat məbləğdə kredit borcu «Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştİrak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 (qanuni nümayəndəsi Cavabdeh3 vasitəsi ilə), Cavabdeh1 (qanuni nümayəndəsi Cavabdeh3 vasitəsi ilə) və Cavabdeh3 "xxxx" ASC-nin xeyrinə BPM**********82 nömrəli xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 1999 (min doqquz yüz doxsan doqquz) manat 14 (on dörd) qəpik əsas borc, 48 (qırx səkkiz) manat 02 (sıfır iki) qəpik faiz borcu olmaqla, cəmi 2047 (iki min qırx yeddi) manat 16 (on altı) qəpik borc, BPM**********05 nömrəli xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 3422 (üç min dörd yüz iyirmi iki) manat 28 (iyirmi səkkiz) qəpik əsas borc və 0.01 (sıfır bir) qəpik faiz borcu olmaqla, cəmi 3422 (üç min dörd yüz iyirmi iki) manat 29 (iyirmi doqquz) qəpik borc və ödənilmiş 81 (səksən bir) manat 73 (yetmiş üç) qəpik dövlət rüsumu və 0.4 (qırx) qəpik xidmət haqqı tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar