Məhkəmə qərarları › İş №e-2(022)-174/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-174/2023

31.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-174/2023 31.01.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Hakim köməkçisi Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı “Finca Azerbaijan” MM QBKT-nin Cavabdeh qarşı əsas borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “Finca Azerbaijan” MM QBKT Cavabdeh qarşı iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh əsas borc qismində 6629 (altı min altı yüz iyirmi doqquz) manat 96 (doxsan altı) qəpik, faiz borcu qismində 99 (doxsan doqquz) manat 14 (on dörd) qəpik, ümumilikdə cəmi 6729 (altı min yeddi yüz iyirmi doqquz) manat 10 (on) qəpik məbləğində və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 87 (səksən yeddi) manat 30 (otuz) qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki,iddiaçı “Finca Azerbaijan” MM QBKT ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli **********1316 saylı, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının 6-cı maddəsinə uyğun olaraq Güzəştli kredit (Restrukturizasiya) Müqaviləsinin 1.1-ci bəndinə əsasən, kredit alanın vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 7250.24 manat qalıq məbləğ illik 1% dərəcəsi olmaqla və 1 il güzəşt müəyyən edilməklə 5 (beş) il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun bir il güzəşt müddətində hər ay 6.16 manat, dörd il müddətində isə hər ay 152.07 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə dörə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məblığinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir.Nəticədə cavabdehin iddiaçıya əsas borc qismində 6629 (altı min altı yüz iyirmi doqquz) manat 96 (doxsan altı) qəpik, faiz borcu qismində 99 (doxsan doqquz) manat 14 (on dörd) qəpik, ümumilikdə cəmi 6729 (altı min yeddi yüz iyirmi doqquz) manat 10 (on) qəpik məbləğində borcu yaranmışdır. İddiaçının nümayəndəsi Nümayəndə 31 yanvar 2023-cü il tarixdə məhkəməyə teleqram ünvanlayaraq iddia tələblərinin təmin olunmasını və işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli **********1316 saylı kredit müqaviləsinin Restrukturizasiyasına dair xx.xx.2019-cu il tarixli Sazişə əsasən 60 ay müddətinə saziş imzalandlığı tarixə qalan 7150 manat 24 qəpik məbləğdə borca illik 1 faiz dərəcəsi ilə faizlər hesablanacaqdır. Adıçəkilən Saziş “Finca Azerbaijan” MM QBKT və Cavabdeh tərəfindən imzalanmışdır. İşdə olan «Finca Azerbaijan” MM QBKT-nin xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə maliyyə arayışından görünür ki, Cavabdeh ilə “Finca Azerbaijan” MM QBKT arasında bağlanmış xx.xx.2019-cu il tarixli **********1316 saylı kredit müqaviləsinə əsasən Cavabdeh iddiaçıya ödənilməmiş əsas borc qismində 6629 (altı min altı yüz iyirmi doqquz) manat 96 (doxsan altı) qəpik , faiz borcu qismində 99 (doxsan doqquz) manat 14 (on dörd) qəpik, ümumilikdə cəmi 6729 (altı min yeddi yüz iyirmi doqquz) manat 10 (on) qəpik məbləğ borcu təşkil etmişdir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh “Finca Azerbaijan” MM QBKT ilə bağladığı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə xx.xx.2019-cu il tarixli **********1316 saylı kredit müqaviləsinin, eyni zamanda adıçəkilən kredit müqaviləsinin Restrukturizasiyasına dair xx.xx.2019-cu il tarixli Sazişin şərtlərinə uyğun olaraq cavabdehin iddiaçıya ödənilməmiş əsas borc qismində 6629 (altı min altı yüz iyirmi doqquz) manat 96 (doxsan altı) qəpik, faiz borcu qismində 99 (doxsan doqquz) manat 14 (on dörd) qəpik, ümumilikdə cəmi 6729 (altı min yeddi yüz iyirmi doqquz) manat 10 (on) qəpik məbləğində borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlünun nəticələri üçün kreditor qarşısında məsuliyyət daşayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə və MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçı “Finca Azerbaijan” MM QBKT məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 87 manat 30 qəpik məbləğdə pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh iddiaçı “Finca Azerbaijan” MM QBKT-nin xeyrinə əsas borc qismində 6629 (altı min altı yüz iyirmi doqquz) manat 96 (doxsan altı) qəpik, faiz borcu qismində 99 (doxsan doqquz) manat 14 (on dörd) qəpik, ümumilikdə cəmi 6729 (altı min yeddi yüz iyirmi doqquz) manat 10 (on) qəpik məbləğində və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 87 (səksən yeddi) manat 30 (otuz) qəpik məbləğində pul vəsaiti tutulsun. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar