Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-179/2025 03.06.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi X3 iştirakı ilə İddiaçı “Unibank» X8 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun qatarılmasına dair ilkin və qarşılıqlı iddiaçı Cavabdeh "xxxx" X8 Səhmdar Cəmiyyətinə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" X8 Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 9920,2 AZN əsas, 2317,61 AZN faiz, 121,23 AZN cərimə, cəmi 12359,04 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 127.48 manat pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin Cavabdeh adından nümayəndəsi X5 "X6" Açıq Səhmdar Cəmiyyətinə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" X8 Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh xx.xx.2023-cü il tarixində müvafiq Ərizəni imzalamaqla "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində (www.unibank.az) yerləşdirilmiş 01U/21 saylı xx.xx.2021-ci il tarixli “Bank xidmətlərinə dair ümumi oferta” ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq (aksept) etmiş və bununla da həmin şərtlərlə müqavilə bağlamış hesab edilmişdir. Ümumi Ofertanın 19.1-ci bəndinə və təsdiq ərizəsinin 3-cü bəndinə uyğun olaraq SMS vasitəsi ilə razılaşdırılmış, illik 27.5% olmaqla istehlak məqsədləri üçün 10000 AZN nağd kredit (komissiya 405 AZN, aylıq ödəniş hər ayın 20-i 309 AZN) məbləği iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixində cavabdehin ödəniş kartına köçürülmüşdür. (Kredit № 4245nkSLYb/23). Ümumi Ofertanın 16.1 və 19.1-ci bəndlərinə əsasən kredit və ya kredit xəttinin məqsədli təyinatı istehlakdır. Ümumi Ofertanın 20.9-cu bəndinə əsasən «Müştəri» kreditin və ya ona hesablanmış faizlərin ödənilməsini gecikdirdikdə “Bank” borcun gecikdirildiyi hər təqvim günü üçün əsas borc məbləğinin illik 40 (qırx) %-i miqdarında cərimə (dəbbə pulu) tətbiq edə bilər. Cavabdeh müqavilə şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi X1 məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq, iştirakı olmadan işə baxılmasını və iddia tələblərinin təmin olunmasını xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi X5 məhkəmə iclasında göstərmişdir ki, "xxxx" Kommersiya Bankı ASC Cavabdeh qarşı 9920, 2 manat əsas, 2317, 61 manat faiz, 121,23 manat cərimə, cəmi 12359,04 manat borcun və dövlət rüsumuna görə 127,48 manat məbləğində pulun Cavabdeh tutulması tələbinə dair iddia qaldırmışdır. İddianı qəbul etmir, onu əsassız hesab edir. Belə ki, qardaşı Cavabdeh Vətən Müharibəsi veteranı və qazıdır. xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən atılan atəş nəticəsində "qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, asteno-nevrotik vəziyyəti, sağ aıln gicgah nahiyyəsinin qəlpə yarası almışdır.Həmin vaxtdan hal-hazıra kimi müxtəlif pisixatirik xəstəxanalarda (Maştağa, Şorsulu, Semaşkonevroloji şöbəsində) stasionar müalicələr almış və hazırda da həmin müalicələr davam edir. Son xəstəlik diaqnozu: üzvi şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalar, özünə xəsarət hərəkətləri F 07,0. Onun qardaşı Cavabdeh xəstəliyi ilə bağlı faktiki olaraq özünü idarə edə bilmir. Hərəkətlərinin mənasını dərk etmir. Dəfələrlə xəstəliyi səbəbindən özünə qəsd etmişdir. İddia ərizəsində qeyd olunduğu kimi bankla kredit müqaviləsi elektron qaydada bağlanmışdır. Əgər üzbəüz olsaydı bəlkə də bu şəxsin xəstə olması açıq aydın görünərdi və baş tutmazdı. İddia ərizəsindən görünür ki, qardaşı Rüfət xx.xx.2023-cü il tarixində müfafiq Ərizəni imzalamaqla "xxxx"KB ASC-nin rəsmi internet səhifəsində 01U\21 saylı xx.xx.2021-ci il tarixli "Bank xidmətlərinə dair ümumi oferta"ilə tanış olmuş və razı olduğundan müqavilə bağlanmış hesab edilmişdir. Qardaşı savadsız ( orta təhsilli ) ruhi xəstə bu müqavilədən nəyi başa düşüb. Onun bankdan pul almasından evdə heç kimin xəbəri olmayıb. Həmin pulu da hara xərcləyib məlumatları yoxdur.Onun banka kredit borcu olmasından məhkəmədən gələn məktubdan sonra xəbərləri olmuşdur.X11 rayonu, Şorsulu kəndində yerləşən pisixatirik xəstəxanada stasionar qaydada müalicə alır.Orada yatır. Xəstəliyi ilə bağlı onun məhkəmədə iştirakı qeyri mümükündür. Cavabdeh ruhi xəstə olması səbəbindən hərəkətlərinin mənasını dərk etmədiyindən onun bağlamış olduğu kredit müqaviləsini etibarsız hesab edir. Odur ki, iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ilkin iddia təmin edilməli, qarşılıqlı iddia rədd olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli 4245nkSLYb/23 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh illik 27,5 faizlə 10000 manat məbləğində kredit verilmişdir. İşdə olan "xxxx" X8 səhmdar cəmiyyətinin xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin 9920,2 AZN əsas, 2317,61 AZN faiz, 121,23 AZN cərimə, cəmi borcu 12359,04 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göründüyü kimi qeyd olunan maddi hüquq normaları tələbin qanuni əsası kimi çıxış etməklə mübahisə olunan hüquq münasibətinə tətbiqi belə nəticəyə gəlməyə əsas verir ki, bir tərəfdən Cavabdeh, digər tərəfdən isə "xxxx" KB ASC olmaqla xx.xx.2023-cü il tarixli 4245nkSLYb/23 saylı kredit müqaviləsi bağlanmış, bununla da tərəflər arasında onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən öhdəlik münasibətləri yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə xəbərdar edilməsinə baxmayaraq qanunun yuxarıda göstərilən tələbinə əməl edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. İş mteriallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixotriya Xəstəxanası publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli № 1106 saylı həkim psixiatr komissiyasının rəyindən görünür ki, Cavabdeh Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunub.Diaqnoz:-üzvi şəxsiyyət pozuntusu, dissosiativ daxil olmalar, özünə xəsarət hərəkətləri ilə F 07.0 İş materiallarında olan N saylı hərbi hissənin xx.xx.2021-ci il tarixli 234 saylı travma haqqında arayışdan görünür ki, xx.xx.1995-ci il təvəllüdlü əsgər-Cavabdeh xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində “Qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, asteno-nevrotik vəziyyət, sağ alın gicgah nahiyyəsinin qəlpə yarası” ilk tibbi yardım göstərildikdən sonra ixtisaslı müayinə üçün təxliyə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliti “X2 Mərkəzi” publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 564 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Cavabdeh hal-hazırda Qapalı KBT-dan sonrakı asteno-nevrotik vəziyyət müəyyən edilir. Bunu anamnestik məlumatlar, inzibati iş materiallarında olan tibbi sənədlər və hal-hazırki müayinə zamanı yoxlanılan şəxsin psixi statusunda aşkar edilənlər: baş ağrılarının əziyyət çəkməsini, yaddaş zəifliyi, yuxu pozuntulatının meydana gəlməsini söyləməsi, onda yaranmış psixi pozuntularla əlaqədar iş qabiliyyətini itirməsini, əhval-ruhiyyəsinin gün ərzində əsasən enmiş vəziyyətdə olması bildirməsi, müayinə gedişatında bir qədər astenizasiya olunması və s.) sübut edir. Cavabdeh hal-hazırda Qapalı KBT-dan sonrakı asteno-nevrotik vəziyyət müəyyən edilir. Hazırki müayinə gedişatında Cavabdeh psixi vəziyyətində məhsuldar psixosimptomatika, əqli zəiflik, affektiv pozuntu müəyyən edilmir, buna görə də ekspert komissiyasının üzvləri belə nəticəyə gəlir ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə "xxxx" KB ASC ilə kredit müqaviləsi bağlayan zaman öz hərəkətlərinin mənasını başa düşmək və onlara rəhbərlik edə bilməsi iqtidarında olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə mülki işin müəyyən edilmiş hallarına maddi və prosessual hüquq normalarının tələblərinə müvafiq hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli 4245nkSLYb/23 saylı kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə həmin müqavilə üzrə 9920,2 manat əsas kredit borcu, 2317,61 manat faiz borcu, 121,23 manat cərimə olmaqla, cəmi 12359,04 manat pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh "xxxx" X8 Səhmdar Cəmiyyətinə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbbinə dair qarşılıqlı iddiası təmin edilməməlidir. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 127 (yüz iyirmi yeddi) manat 48 (qırx səkkiz) qəpik pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İlkin iddia təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" X8 Səhmdar Cəmiyyətinin xeyrinə 9920 (doqquz min doqquz yüz iyirmi) manat 20 (iyirmi) qəpik əsas borc, 2317 (iki min üç yüz on yeddi) manat 61 (altmış bir) qəpik faiz borcu, 121 (yüz iyirmi bir) manat 23 (iyirmi üç) qəpik cərimə, cəmi 12359 (on iki min üç yüz əlli doqquz) manat 04 (sıfır dörd) qəpik borc və dövlət rüsumu olaraq ödənilmiş 127 (yüz iyirmi yeddi) manat 48 (qırx səkkiz) qəpik pul vəsaiti tutulsun. Qarşılıqlı iddia təmin olunmasın. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X9
Məhkəmə qərarları › İş №e-2(022)-179/2025
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-179/2025
03.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver