Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № e-2(022)-1801/2024 28.12.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi ilə, məsləhətçi (məhkəmə iclas katibi) X1 oğlunun katibliyi ilə, İddiaçı açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı 01 may 2023-cü il tarixli, BRCB1024447B151 saylı kredit müqaviləsi üzrə əsas borc qismində 6.160 manat 84 qəpik, faiz borcu qismində 921 manat 34 qəpik və 01 may 2023-cü il tarixli, BRCB1024447B151 saylı kredit kartı müqaviləsi üzrə əsas borc qismində 300 manat, faiz borcu qismində 61 manat 46 qəpik, 84 qəpik cəmi 7.443 manat 64 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 94 manat 44 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: 25 dekabr 2024-cü il tarixdə İddiaçı açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı 01 may 2023-cü il tarixli, BRCB1024447B151 saylı kredit müqaviləsi üzrə əsas borc qismində 6.160 manat 84 qəpik, faiz borcu qismində 921 manat 34 qəpik və 01 may 2023-cü il tarixli, BRCB1024447B151 saylı kredit kartı müqaviləsi üzrə əsas borc qismində 300 manat, faiz borcu qismində 61 manat 46 qəpik, 84 qəpik cəmi 7.443 manat 64 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 94 manat 44 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsi məhkəməyə daxil olmuşdur. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən işə baxılmasının sadələşdirilmiş qaydasının yolverilməzliyinə görə iddia ərizəsinin qəbul olunmasından imtina edilməlidir. Belə ki, məhkəməyə daxil olmuş kiçik iddialara dair işlər üzrə iddia ərizəsindən görünür ki, iddiaçının cavabdehlərdən tələb etdiyi ümumi pul məbləği 7.443 manat 64 qəpikdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası MPM-nin 284-4.1.2-ci maddəsinə əsasən verilmiş tələb bu Məcəllənin 284-1-ci maddəsinə uyğun deyildirsə məhkəmə kiçik iddialara dair dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Buna görə də məhkəmə hesab edir ki, verilmiş tələb 5.000 manatdan çox olduğuna görə kiçik iddialara dair işlər üzrə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263, 264, 267, 268 və 284-4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı 01 may 2023-cü il tarixli, BRCB1024447B151 saylı kredit müqaviləsi üzrə əsas borc qismində 6.160 manat 84 qəpik, faiz borcu qismində 921 manat 34 qəpik və 01 may 2023-cü il tarixli, BRCB1024447B151 saylı kredit kartı müqaviləsi üzrə əsas borc qismində 300 manat, faiz borcu qismində 61 manat 46 qəpik, 84 qəpik cəmi 7.443 manat 64 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 94 manat 44 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddiaçının nümayəndəsinə izah edilsin ki, kiçik iddialara dair işlər üzrə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməsi iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Qərardaddan şikayət verilə bilməz. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №e-2(022)-1801/2024
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №e-2(022)-1801/2024
28.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver