Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-1919/2025 01.12.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, hakim köməkçisi Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı BOKT MMC-nin Cavabdeh qarşı kredit borcu tələbi barədə kiçik iddiasına dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı BOKT MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-nin xeyrinə 922 (doqquz yüz iyirmi iki) manat 72 (yetmiş iki) qəpik əsas kredit borcu, 5 (beş) manat 65 (altmış beş) qəpik faiz borcu, Azərbaycan Respublikasının Mərkəzi Bankının uçot dərəcəsinə əsasən 2025-ci il üçün 64 (922*7%=64) manat, cəmi 992 (doqquz yüz doxsan iki) manat 08 (səkkiz) qəpik borcun və ödənilmiş dövlət rüsmunun əvəzi qismində 30 (otuz) manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, 20 avqust 2019-cu il tarixli 39/0819-007 saylı kredit (Restrukturizasiya) müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh 60 ay müddətinə illik 1% faiz kreditdən istifadəyə görə haqq ödəmək şərtilə 922,72 (doqquz yüz iyirmi iki manat 72 qəpik) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh xx.xx.2021-ci il tarixə olan hesablamalara görə iddiaçıya 922,72 (doqquz yüz iyirmi iki manat 72 qəpik) manat əsas kredit borcu, 5,36 (beş manat altmış beş qəpik) manat faiz borcu, cəmi 928,08 (doqquz yüz iyirmi səkkiz manat 08 qəpik) manat borcu yaranmışdır. Cavabdeh dəfələrlə müraciət etmələrinə baxmayaraq, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmiş, banka olan borcun könüllü ödənilməsi üçün təklif verilməmişdir. Əlavə olaraq Cavabdeh 20 avqust 2019-cu il tarixli 39/0819-007 saylı kredit(Restrukturizasiya) müqaviləsi üzrə ödəniş etməmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPM-in 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan kredit müqaviləsindən görünür ki, İddiaçı BOKT MMC ilə Cavabdeh arasında bağlanmış 20 avqust 2019-cu il tarixli 39/0819-007 saylı kredit müqaviləsinə görə Cavabdeh 60 ay müddətinə, illik 1% ödəmək şərti ilə 922,72 (doqquz yüz iyirmi iki manat 72 qəpik) manat məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, «İddiaçı BOKT MMC ilə Cavabdeh arasında bağlanmış 20 avqust 2019-cu il tarixli 39/0819-007 saylı müqaviləyə əsasən Cavabdeh hazırda iddiaçıya 922 (doqquz yüz iyirmi iki) manat 72 (yetmiş iki) qəpik əsas kredit borcu, 5 (beş) manat 65 (altmış beş) qəpik faiz borcu, Azərbaycan Respublikasının Mərkəzi Bankının uçot dərəcəsinə əsasən 2025-ci il üçün 64 (922*7%=64) manat, cəmi 992 (doqquz yüz doxsan iki) manat 08 (səkkiz) qəpik borcu mövcuddur. Beləliklə, işdə olan sübutlarla Cavabdeh «İddiaçı BOKT MMC ilə bağlanmış 20 avqust 2019-cu il tarixli 39/0819-007 saylı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə 20 avqust 2019-cu il tarixli 39/0819- 007 saylı kredit müqaviləsinin şərtlərinə uyğun olaraq cavabdehin iddiaçıya ödənilməmiş 922 (doqquz yüz iyirmi iki) manat 72 (yetmiş iki) qəpik əsas kredit borcu, 5 (beş) manat 65 (altmış beş) qəpik faiz borcu, Azərbaycan Respublikasının Mərkəzi Bankının uçot dərəcəsinə əsasən 2025-ci il üçün 64 (922*7%=64) manat, cəmi 992 (doqquz yüz doxsan iki) manat 08 (səkkiz) qəpik borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. İşin halları ilə müəyyən olunur ki, borclu Cavabdeh qanunun yuxarıda göstərilən tələblərini kobud şəkildə pozaraq müqavilə şərtlərinə əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçı «İddiaçı BOKT MMC ilə Cavabdeh arasında bağlanmış 20 avqust 2019-cu il tarixli 39/0819-007 saylı kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə ödənilməmiş 922 (doqquz yüz iyirmi iki) manat 72 (yetmiş iki) qəpik əsas kredit borcu, 5 (beş) manat 65 (altmış beş) qəpik faiz borcu, Azərbaycan Respublikasının Mərkəzi Bankın uçot dərəcəsinə əsasən 2025-ci il üçün 64 (922*7%=64) manat, cəmi 992 (doqquz yüz doxsan iki) manat 08 (səkkiz) qəpik məbləğində pul vəsaiti Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçı məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 30 (otuz) manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh İddiaçı BOKT MMC nin xeyrinə 922 (doqquz yüz iyirmi iki) manat 72 (yetmiş iki) qəpik əsas kredit borcu, 5 (beş) manat 65 (altmış beş) qəpik faiz borcu, Azərbaycan Respublikasının Mərkəzi Bankının uçot dərəcəsinə əsasən 2025-ci il üçün 64 (922*7%=64) manat, cəmi 992 (doqquz yüz doxsan iki) manat 08 ( səkkiz) qəpik borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat məbləğində pul vəsaiti tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №e-2(022)-1919/2025
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-1919/2025
01.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver