Məhkəmə qərarları › İş №e-2(022)-2072/2025

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-2072/2025

05.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-2072/2025 05.01.2026 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Hakim Rəsulova Mədinə Camal qızı, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı 250 (iki yüz əlli) manat sığorta ödənişi məbləğinin və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulması" tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş olmaqla yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı 250 (iki yüz əlli) manat sığorta ödənişi məbləğinin və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulması tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının tələbi: Cavabdeh 250 (iki yüz əlli) manat sığorta ödənişi məbləğinin və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə, 280 (iki yüz səksən) məbləğində pul vəsaitinin iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçı bildirir ki, “Bajaj Dominar 400 motosikl” markalı, 99 X 241 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 31 may 2024-cü il tarixində PME********** saylı müqavilə ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmışdır. 07 iyun 2024-cü il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Bajaj Dominar 400 motosikl” markalı, 99 X 241 qeydiyyat nişanlı nəqliyyat vasitəsi Bakı şəhəri ərazisində hərəkət edən zaman yol nəqliyyat hadisəsi baş vermiş, nəticədə “Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti” də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanan “Hyundai Elantra” markalı, ** OA *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Yuxarıda qeyd olunan hadisə ilə bağlı tərtib olunan qərara əsasən “Bajaj Dominar 400 motosikl” markalı, 99 X 241 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Cavabdeh “Bajaj Dominar 400 motosikl” markalı, 99 X 241 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi yerindən yayınmışdır. Beləliklə, qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkənə 250 (iki yüz əlli) manat məbləğində maddi zərər dəymişdir. Qeyd edir ki, 29 iyun 2022-ci il tarixli Azərbaycan Respublikasının Mərkəzi X6 tərəfindən “Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair Qayda”nın təsdiq edilməsi barədə Qərar qəbul edilmişdir. Bu Qaydalara əsasən hesablaşma zərərçəkənin sığortaçısı ilə zərərvuranın sığortaçısının arasında həyata Dövlət rüsumunun ödənilməsi haqqında məlumat keçirilir. Bu hesablaşmaların həyata keçirilməsi məqsədilə İcbari Sığorta Bürosu tərəfindən hesablaşma bankında açılan və iştirakçılar tərəfindən vəsaitlərin ödənildiyi bank hesabı - xüsusi hesab mövcuddur. Beləliklə, "xxxx" Açıq Səhmdar Cəmiyyəti qeyd edilən yol nəqliyyatı hadisəsində zərərvuran tərəfin sığortaçısı olduğu üçün zərərçəkən tərəfin sığortaçısı “Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti”nin hesabına 250 (iki yüz əlli) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddiaçının tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbarı sığorta şəhadətnaməsi”nin surətindən görünür ki, PME********** nömrəli şəhadətnamənin qüvvəyə minmə tarixi 31 may 2024-cü il, qüvvədən düşmə tarixi 31 may 2025-ci il tarixdədir. Sığortanın növü: Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbarı sığortası. Sığorta müqaviləsinin növü: Standart. Sığortaçı: "xxxx" Açıq Səhmdar Cəmiyyəti. Sığorta vasitəçisi: X3. Sığortalı: Nurulu X1 vasitəsi: 99 X 241 dövlət qeydiyyat nişanlı, “Bajaj Dominar 400 motosikl” markalı motosiklet. Sığorta məbləği: Üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə : 5000 (beş min) manat. Bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 (beş min) manat təşkil edir. Zərər vuranın şəhadətnamə məlumatlarının qeyd olunduğu yeni tələbin surətindən görünür ki, hadisə 07 iyun 2024-cü il tarixdə, saat 18:22-də baş vermişdir. Sığortalı Cavabdeh, sığortaçı Meqa Sığorta” Açıq Səhmdar Cəmiyyətidir. Zərər vuran şəxs: Qeydiyyat ünvanı Biləsuvar rayonu, Aşağı cürəli kəndi olan Cavabdehdur. Hadisənin növü: toqquşma, ərazi növü-şəhər, ərazi təsviri isə Bakı şəhəridir. Zərərçəkən nəqliyyat vasitəsinin sığorta şəhadətnaməsi məlumatlarının surətindən görünür ki, zərərçəkənin növü- zərərçəkən sığortalı, tam adı X4, sığortaçı- “Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti” (ləğv prosesindədir). Ərizəçi: X4. Ünvanı: ünvan 2 ünvanıdır. Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı 0755624/01 nömrəli ödəniş aktının surətindən görünür ki, sığortanın növü- avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbarı sığortası, zərərvuranın sığortaçısı-"xxxx" Açıq Səhmdar Cəmiyyəti, zərərvuran-Cavabdeh, zərərçəkənin sığortaçısı-"xxxx" Açıq Səhmdar Cəmiyyəti, zərərçəkən-Turqut İsakov, zərərçəkənin nəqliyyat vasitəsinin növü- **-KS-*** nömrəli dövlət qeydiyyat nişanlı “Hyndaı Elantra” markalı nəqliyyat vasitəsidir. Daşınma və ekspertiza xərci üzrə ödənişin məbləği-250 (iki yüz əlli) manat, məbləği alan – X2r. “Dəymiş zərərin hesablanmasına dair akt”ın surətindən görünür ki, zərər dəymiş avtomobilin növü- “Hyundaı Elantra” markalı, **-KS-*** nömrəli dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsidir. Ehtiyat hissələri: 1. Salaska (sayı-1, qiyməti 30 (otuz) manat; 2. Plastmas işləri (ön bufer, qiyməti 50 (əlli) manat; 3. Rəngsaz işi (ön bufer, qiyməti 100 (yüz) manat; 4. Armaturçu işi ( bufer fara s/y, qiyməti 50 (əlli) manat; 5. Elektrik işi ( fara polirovka, qiyməti 20 (iyirmi) manat; Yekun məbləğ: 250 (iki yüz əlli) manat təşkil edir. 08 iyun 2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli “İnzibati xəta haqqında” protokolun surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6.-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır; 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır; 926.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir; 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam ödənilməlidir; 936.1-936.2, 936.5-ci maddələrinə əsasən, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; 1108.1.-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1114-cü maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmlak vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun: 3.1-3.3-cü maddələrinə əsasən, icbari və ya könüllü sığorta müqaviləsini yalnız müvafiq sığorta növünü aparmağa Mərkəzi Bankdan icazəsi olan sığortaçı bağlaya bilər. İcbari sığortanın növləri, aparılması qaydaları və şərtləri Azərbaycan Respublikasının Mülki Məcəlləsi, bu Qanun və icbari sığorta qanunları ilə müəyyən edilir. Bu Qanunun 16.5-ci maddəsini nəzərə almaqla könüllü sığortanın növləri və müvafiq sığorta qaydaları sığortaçı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1-ci maddəsinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İşə baxan məhkəmənin mövqeyi: Beləliklə, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, “Bajaj Dominar 400 motosikl” markalı, 99 X 241 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 31 may 2024-cü il tarixində PME********** saylı müqavilə ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmışdır. 07 iyun 2024-cü il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Bajaj Dominar 400 motosikl” markalı, 99 X 241 qeydiyyat nişanlı nəqliyyat vasitəsi Bakı şəhəri ərazisində hərəkət edən zaman yol nəqliyyat hadisəsi baş vermiş, nəticədə “Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti” də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanan “Hyundai Elantra” markalı, ** OA *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. İş materiallarında olan “Dəymiş zərərin hesablanmasına dair akt”ın surətindən görünür ki, zərər dəymiş avtomobilin növü- “Hyundaı Elantra” markalı, **-KS-*** nömrəli dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsidir. Yekun məbləğ: 250 (iki yüz əlli) manat təşkil edir. Hazırda iddiaçı 250 (iki yüz əlli) manat məbləğində sığorta ödənişinin subroqasiya qaydasında Cavabdeh tutulmasını tələb edir. Qanunun mənasından müəyyən olunur ki, yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Qanunverici tərəfindən belə fəaliyyət nəticəsində zərərin ödənilməsindən azad edilməyi yalnız zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəlməsinin sübuta yetirildiyi hallarda mümkün olduğunu müəyyən etmişdir. Eyni zamanda qanunverici yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində dəymiş zərərin əvəzini ödəməli olan şəxslərin dairəsini də müəyyənləşdirərək bu vəzifənin yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoymuşdur. Belə ki, məhkəmə tərəfindən müəyyən olundu ki, Cavabdeh tərəfindən hüquq pozuntusu törədilmişdir, Cavabdeh törətdiyi hüquq pozuntusu ilə vurduğu zərəri ödəməyə borcludur. Göründüyü kimi, zərərin aradan qaldırılması üçün ödənilən 250 (iki yüz əlli) manat sığorta ödənişinin məbləğini Cavabdeh tələb etmək hüququ iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsusdur (subyektiv hüquq). İşin faktiki hallarından göründüyü kimi, baş vermiş sığorta hadisəsi barədə Cavabdeh məlumat verilmiş, sığorta ödənişinin subroqasiya qaydasında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi tələb edilmiş, lakin sığorta ödənişi bu günə kimi iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını nəzərə alaraq qeyd edir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin təqdim etdiyi sübutlar tələbin əsaslı olduğunu təsdiq edir. Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilən sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur. Məhkəmə tədqiq olunmuş sübutların məcmusuna, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli 250 (iki yüz əlli) manat sığorta ödənişi məbləği Cavabdeh tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 10-1, 216-220, 227, 284-5, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iddiası təmin edilsin. Cavabdeh 250 (iki yüz əlli) manat sığorta ödənişi məbləği və iddia ərizəsinin verilməsi ilə bağlı 30 (otuz) manat dövlət rüsumu tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: Mədinə Rəsulova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar