Məhkəmə qərarları › İş №e-2(022)-232/2025

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-232/2025

16.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-232/2025 16.01.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X2 oğlunun katibliyi ilə, «X1» açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı 01 oktyabr 2023-cü il tarixli, 02U/23 saylı «Fiziki şəxslərə kreditin (kredit xəttinin) verilməsinə dair Standart Şərtlər» və 01 oktyabr 2023-cü il tarixli, 01U/23 saylı «Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair Standart Şərtlər» üzrə ödənilməmiş əsas borc qismində 1.030 manat, hesablanmış və ödənilməmiş faiz borcu qismində 243 manat 77 qəpik, cərimə qismində 81 manat 39 qəpik və komissiya haqqı qismində 2 manat, cəmi 1.357 manat 16 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 33 manat 98 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: 13 dekabr 2024-cü il tarixdə «X1» açıq səhmdar cəmiyyəti Cavabdeh qarşı 01 oktyabr 2023-cü il tarixli, 02U/23 saylı «Fiziki şəxslərə kreditin (kredit xəttinin) verilməsinə dair Standart Şərtlər» və 01 oktyabr 2023-cü il tarixli, 01U/23 saylı «Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair Standart Şərtlər» üzrə ödənilməmiş əsas borc qismində 1.030 manat, hesablanmış və ödənilməmiş faiz borcu qismində 243 manat 77 qəpik, cərimə qismində 81 manat 39 qəpik və komissiya haqqı qismində 2 manat, cəmi 1.357 manat 16 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 33 manat 98 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin ünvanına göndərilmiş 13 dekabr 2024-cü il tarixli bildirişlə, iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda 10 iş gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etmək hüquqlarının mövcudluğu cavabdehə izah edilmiş, lakin iddia tələbinə cavabdeh tərəfindən verilmiş etiraz məhkəməyə daxil olmamış və ərizənin əsaslandığı tələbetmə hüququ mübahisələndirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 285-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 01 oktyabr 2023-cü il tarixli, 02U/23 saylı «Fiziki şəxslərə kreditin (kredit xəttinin) verilməsinə dair Standart Şərtlər»in surətindən görünür ki, həmin Standart Şərtləri qəbul etmiş Müştəri burada göstərilən şərtlərlə və qaydada kredit əldə etmək üçün Banka müraciət etdikdə, Bank tərəfindən Müştəriyə kreditin məbləği və valyutası, qaytarılma müddəti və ödəniş şərtləri, kredit üzrə tətbiq edilən faizlərin illik dərəcəsi və/və ya digər ödənişlərin məbləği və onların tətbiq edilmə şərtləri, həmçinin faktiki illik faiz dərəcəsi və onun hesablanmasına daxil edilən bütün ödənişlər, Müştəri tərəfindən edilməli olan ödənişlərin məbləği, sayı və dövriliyi, habelə yetərli miqdarda olmayan və ya artıq miqdarda edilən ödənişlərin öhdəliyin icrasından silinmə ardıcıllığı, o cümlədən qanunvericiliklə nəzərdə tutulmuş digər məlumatların əks olunduğu standart məlumatlandırma forması təqdim edilir. Müştəri, standart məlumatlandırma formasını təsdiq etməklə həmin standart məlumatlandırma formasında göstərilən şərtlərlə kredit verilməsinə razılığını bildirir və Müştərinin müvafiq razılığından sonra kredit müqaviləsi bağlanmış hesab olunur. Standart məlumatlandırma forması Müştəriyə elektron formada (davamlı daşıyıcıda) təqdim edildikdə, Müştəri tərəfindən müvafiq məlumatların əldə edilməsi və həmin məlumatlarda göstərilən şərtlərlə kreditin verilməsinə Müştərinin razılığı elektron qaydada edilir. Müştərinin müvafiq təsdiqindən sonra ona ayrılmış kredit (kredit xətti) məbləği “Ucard” məhsulu çərçivəsində Müştəriyə açılmış müvafiq cari hesaba köçürülür. Müştəri tərəfindən kreditin əldə edilməsinə dair təsdiq edilmiş standart məlumatlandırma forması bu Standart Şərtlərin tərkib hissəsi hesab olunur. Mülki iş materiallarına əlavə edilmiş 30 dekabr 2023-cü il tarixli ərizənin surətindən görünür ki, Cavabdeh «X1» açıq səhmdar cəmiyyətinin rəsmi internet saytında (https://unibank.az) yerləşdirilmiş 01 oktyabr 2023-cü il tarixli, 02U/23 saylı «Fiziki şəxslərə kreditin (kredit xəttinin) verilməsinə dair Standart Şərtlər» və 01 oktyabr 2023-cü il tarixli, 01U/23 saylı «Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair Standart Şərtlər» ilə tanış olduğunu və razı olduğunu, həmçinin ona ayırılacaq kredit xətti limitinin bankın mülahizəsinə görə azaldılması və artırılmasına razılıq vermişdir. İşdə olan «X1» açıq səhmdar cəmiyyətinin 18 oktyabr 2024-cü il tarixli arayışının surətindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh 30 dekabr 2023-cü il tarixdə 35 ay müddətinə, illik 29% ödəmək şərtilə, 1.000 manat məbləğində kredit verilmişdir. Mülki iş materiallarında olan «X1» açıq səhmdar cəmiyyəti tərəfindən verilmiş 01 oktyabr 2023-cü il tarixli, 02U/23 saylı «Fiziki şəxslərə kreditin (kredit xəttinin) verilməsinə dair Standart Şərtlər»ə və 01 oktyabr 2023-cü il tarixli, 01U/23 saylı «Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair Standart Şərtlər» üzrə borca dair maliyyə arayışının surətindən görünür ki, Cavabdeh «X1» açıq səhmdar cəmiyyətinə borcu əsas borc qismində 1.030 manat, 13 dekabr 2024-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 243 manat 77 qəpik, cərimə qismində 81 manat 39 qəpik və komissiya haqqı qismində 2 manat, cəmi 1.357 manat 16 qəpik məbləğində təşkil edir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh «X1» açıq səhmdar cəmiyyətinə 01U/21 saylı «Bank xidmətlərinə dair ümumi oferta” üzrə əsas borc qismində 1.030 manat, 13 dekabr 2024-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 243 manat 77 qəpik, cərimə qismində 81 manat 39 qəpik və komissiya haqqı qismində 2 manat, cəmi 1.357 manat 16 qəpik məbləğində borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.2-ci maddəsinə görə müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Həmin Məcəllənin 407.1-ci maddəsinə əsasən müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 409.1-ci maddəsinə görə ofertanın ünvanlandığı şəxsin ofertanı qəbul etməsi haqqında cavabı aksept sayılır. Aksept tam və qeyd-şərtsiz olmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Beləliklə, məhkəmə mülki işin yuxarıda sadalanan hallarını, nəzərə alaraq, hesab edir ki, Cavabdeh 01 oktyabr 2023-cü il tarixli, 02U/23 saylı «Fiziki şəxslərə kreditin (kredit xəttinin) verilməsinə dair Standart Şərtlər» və 01 oktyabr 2023-cü il tarixli, 01U/23 saylı «Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair Standart Şərtlər» üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə həmin müqavilə üzrə ödənilməmiş əsas borc qismində 1.030 manat, 13 dekabr 2024-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 243 manat 77 qəpik, cərimə qismində 81 manat 39 qəpik və komissiya haqqı qismində 2 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia tam təmin edildiyinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 33 manat 98 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 10-1, 216- 220, 227, 284-5, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: «X1» açıq səhmdar cəmiyyətinin iddiası təmin edilsin. Cavabdeh «X1» açıq səhmdar cəmiyyətinin xeyrinə 01 oktyabr 2023-cü il tarixli, 02U/23 saylı «Fiziki şəxslərə kreditin (kredit xəttinin) verilməsinə dair Standart Şərtlər» və 01 oktyabr 2023-cü il tarixli, 01U/23 saylı «Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair Standart Şərtlər» üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.030 (bir min otuz) manat, 13 dekabr 2024-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 243 (iki yüz qırx üç) manat 77 (yetmiş yeddi) qəpik, cərimə qismində 81 (səksən bir) manat 39 (otuz doqquz) qəpik, komissiya haqqı qismində 2 (iki) manat, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 33 (otuz üç) manat 98 (doxsan səkkiz) qəpik, cəmi 1.391 (bir min üç yüz doxsan bir) manat 14 (on dörd) qəpik məbləğində pul vəsaiti tutulsun. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Biləsuvar rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar