Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-233/2025 03.04.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, Cavabdeh iştitrakları ilə, İddiaçı MM QBKT-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MM QBKT Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh əsas borc üzrə 1436 (min dörd yüz otuz altı) manat 22 (iyirmi iki) qəpik, faiz borcuna görə 240 (iki yüz qırx) manat, cərimə borcuna görə 93 (doxsan üç) manat 51 (əlli bir) qəpik, cəmi 1769 (min yeddi yüz altmış doqquz) manat 73 (yetmiş üç) qəpik məbləğində borcun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 37 (otuz yeddi) manat 70 (yetmiş) qəpik məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, İddiaçı MM QBKT ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli **********1090 saylı kredit müqaviləsinə əsasən borcluya ailə kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması məqsədi ilə illik 28.00% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 2000 (iki min manat) AZN məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 111 AZN olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği Kredit Alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş, kredit kartında təqdim edilir. Kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən Kredit Alan əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin cavabdeh, Cavabdeh oğlu üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2024-cü il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh oğlunun əsas borc üzrə 1436.22 AZN, faiz borcuna görə 240.00 AZN, cərimə borcuna görə 93.51 AZN, cəmi borcu 1769.73 (min yeddi yüz manat altmış doqquz manat yetmiş üç qəpik) AZN təşkil edir İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq, məhkəmə iclasına onların iştirakı olmadan baxılmasını və iddia tələblərinin təmin olunmasını xahiş etmişdir. Cababdeh Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul edərək, maddi cəhətdən imkanının zəif olmasını, borcunu tam şəkildə deyil, hissə-hissə ödəyə biləcəyini göstərdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli **********1090 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı MM QBKT və Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli **********1090 saylı kredit müqaviləsinə əsasən Cavabdeh illik 28 faiz dərəcəsi olmaqla, 24 ay müddətinə 2000 manat məbləğdə kredit verilmişdir. İşdə olan «Finca Azerbaijan” MM QBKT-nin xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə İddiaçı MM QBKT arasında bağlanmış xx.xx.2023-cü il tarixli **********1090 saylı kredit müqaviləsinə əsasən cavabdehin iddiaçıya ödənilməmiş əsas borc qismində 1436 (min dörd yüz otuz altı) manat 22 (iyirmi iki) qəpik, faiz borcuna görə 240 (iki yüz qırx) manat, cərimə borcuna görə 93 (doxsan üç) manat 51 (əlli bir) qəpik, cəmi 1769 (min yeddi yüz altmış doqquz) manat 73 (yetmiş üç) qəpik məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Buna görə də, məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2023-cü il tarixli **********1090 saylı kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə ödənilməmiş əsas borc qismində 1436 (min dörd yüz otuz altı) manat 22 (iyirmi iki) qəpik, faiz borcuna görə 240 (iki yüz qırx) manat, cərimə borcuna görə 93 (doxsan üç) manat 51 (əlli bir) qəpik, cəmi 1769 (min yeddi yüz altmış doqquz) manat 73 (yetmiş üç) qəpik məbləğində pul vəsaiti Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, İddiaçı MM QBKT məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 37 (otuz yeddi) manat 70 (yetmiş) qəpik məbləğdə pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh İddiaçı MM QBKT-nin xeyrinə 1436 (min dörd yüz otuz altı) manat 22 (iyirmi iki) qəpik, faiz borcuna görə 240 (iki yüz qırx) manat, cərimə borcuna görə 93 (doxsan üç) manat 51 (əlli bir) qəpik, cəmi 1769 (min yeddi yüz altmış doqquz) manat 73 (yetmiş üç) qəpik məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 37 (otuz yeddi) manat 70 (yetmiş) qəpik məbləğində pul vəsaiti tutulsun. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №e-2(022)-233/2025
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-233/2025
03.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver