Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-247/2025 17.01.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı borc tələbi barədə kiçik iddiasına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kiçik iddia ərizəsi ilə müracüət edərək, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 31 oktyabr 2023-cü il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 2938 (iki min doqquz yüz otuz səkkiz) manat 77 (yetmiş yeddi) qəpik, faiz borcu üzrə 280 (iki yüz səksən) manat 61 (altmış bir) qəpik, cərimə üzrə 259 (yüz otuz əlli doqquz) manat 90 (doxsan) qəpik olmaqla, ümumilikdə 3479 (üç min dörd yüz yetmiş doqquz) manat 28 (iyirmi səkkiz) qəpik borcun və dövlət rüsümu olaraq ödənilmiş 55 (əlli beş) manat pul vəsaitinin Bank Olmayan Kredit Təşkilatı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" ASC ilə Cavabdeh4 arasında bağlanmış 31 oktyabr 2023-cü il il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 (iyirmi dörd) ay müddətinə 31 oktyabr 2025-ci il il tarixə qədər aylıq qalıq borcun 30 % dərəcəsini tətbiq etməklə 4200 manat (dörd min iki yüz manat) məbləğində kredit verilmişdir (kredit müqaviləsinin 1.2 və 1.3-cü bəndləri). Kredit müqaviləsinin 2.1-ci bəndinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən hər ay bu müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə müvafiq olaraq həyata keçirilir. Lakin Cavabdeh4 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və yetirməkdən də imtina etməkdədir. Beləliklə də Cavabdeh4 müqavilənin bu şərtini pozaraq ödənişini dövri olaraq ödəməli olduğu kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh4 ilə öhdəliyin icra edilməsi və tərəflər arasında yaranmış məsələnin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar iddiaçı tərəfindən aparılmışdır, lakin danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və iddiaçı Bank Olmayan Kredit Təşkilatı"xxxx" ASC öz tələbinin məhkəmə qaydasında həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi təşkilatla borclu Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 arasında 31 oktyabr 2023-cü il il tarixli zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə borclu Cavabdeh4 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. Həmin müqavilənin 1.1-ci maddəsində qeyd olunur ki, borclu öz öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 12 dekabr 2024-cü il il tarixli arayışa əsasən BOKT "xxxx" ASC-nə olan borcunun məbləği əsas məbləğ üzrə 2938.77 (iki min doqquz yüz otuz səkkiz 77 qəpik) manat, faiz üzrə 280.61 (iki yüz səksən 61 qəpik) manat, cərimə üzrə 259.9 (iki yüz əlli doqquz 90 qəpik) manat olmaqla ümumilikdə 3479.28 (üç min yeddi yüz yetmiş doqquz 28 qəpik) manat təşkil edir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 284-1-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPM-in 88-cü maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan Bank Olmayan Kredit Təşkilatı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 arasında bağlanmış 31 oktyabr 2023-cü il il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən Cavabdeh4 4200 manat 24 ay müddətinə 30% dərəcəsi ilə ödəmək şərti ilə kredit verilmişdir. İş materiallarında olan Bank Olmayan Kredit Təşkilatı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 31 oktyabr 2023-cü il il tarixli, LD********** saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 kredit borcunun qaytarılmasına dair öhdəliyi öz üzərlərinə görürmüşlər. İşdə olan Bank Olmayan Kredit Təşkilatı "xxxx" açıq səhmdar cəmiyyətinin xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh4 ilə Bank Olmayan Kredit Təşkilatı "xxxx" açıq səhmdar cəmiyyəti arasında bağlanmış 31 oktyabr 2023-cü il il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən Cavabdeh4 2938 (iki min doqquz yüz otuz səkkiz) manat 77 (yetmiş yeddi) qəpik əsas borcu, 280 (iki yüz səksən) manat 61 (altmış bir) qəpik faiz borcu, 259 (yüz otuz əlli doqquz) manat 90 (doxsan) qəpik cərimə olmaqla, ümumilikdə borcu 3479 (üç min dörd yüz yetmiş doqquz) manat 28 (iyirmi səkkiz) qəpik təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-cü maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. İşin halları ilə müəyyən olunur ki, borclu Cavabdeh4 qanunun yuxarıda göstərilən tələblərini kobud şəkildə pozaraq müqavilə şərtlərinə əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən iddiaçının həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq 31 oktyabr 2023-cü il il tarixli, LD********** saylı kredit müqaviləsi üzrə 259 (yüz otuz əlli doqquz) manat 90 (doxsan) qəpik təşkil edən cərimə məbləğinin 25 manata kimi azaldılmasını məqsədə müvafiq hesab edir. İş materiallarından görünür ki, iddiaçı ilə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında 31 oktyabr 2023-cü il il tarixli, LD********** saylı zaminlik müqaviləsi bağlanmış və zamin olaraq Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinin tələbinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İş materiallarından görünür ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq Kredit Təşkilatı ilə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 arasında bağlanmış 31 oktyabr 2023-cü il il tarixli, LD********** saylı zaminlik müqaviləsi Azərbaycan Respublikası MM-in 471-ci maddəsinin tələbinə uyğun olaraq yazılı şəkildə bağlanmış və Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iradə ifadəsinə zidd olmamış, onlar tərəfindən imzlanmışdır. Həmin müqavilə ilə zamin faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımasına razılıq vermişlər. Qeyd olunan maddi hüquq normalarının tələbləri nəzərə alınaraq məhkəmə hesab edir ki, Cavabdeh4 31 oktyabr 2023-cü il il tarixli, LD********** saylı kredit müqavilə üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə 2938 (iki min doqquz yüz otuz səkkiz) manat 77 (yetmiş yeddi) qəpik əsas borc, 280 (iki yüz səksən) manat 61 (altmış bir) qəpik faiz borcu, 25 (iyirmi beş) manat cərimə olmaqla, ümumilikdə 3244 (üç min iki yüz qırx dörd) manat 38 (otuz səkkiz) qəpik pul vəsaiti cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 119.1-cü maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 119.1-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 52 (əlli iki) manat 44 (qırx dörd) qəpik cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-cü maddələrinin göstərişini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 2938 (iki min doqquz yüz otuz səkkiz) manat 77 (yetmiş yeddi) qəpik əsas borc, 280 (iki yüz səksən) manat 61 (altmış bir) qəpik faiz borcu, 25 (iyirmi beş) manat cərimə olmaqla, ümumilikdə 3244 (üç min iki yüz qırx dörd) manat 38 (otuz səkkiz) qəpik və dövlət rüsümu olaraq ödənilmiş 52 (əlli iki) manat 44 (qırx dörd) qəpik pul vəsaiti iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №e-2(022)-247/2025
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-247/2025
17.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver