Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-250/2025 21.01.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X2 oğlunun katibliyi ilə, «X1» açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı 15 oktyabr 2020-ci il tarixli, 12874sADJ/19 saylı kredit müqaviləsi çərçivəsində və 31 mart 2021-ci il tarixli “Yalnız istehlak kredit məhsulları üzrə fiziki şəxslərə bank xidmətlərinin təqdim edilməsi haqqında” Kütləvi Ofertanın şərtləri əsasında 15 sentyabr 2021-ci il tarixdə bağlanmış müqavilə üzrə ödənilməmiş əsas borc qismində 584 manat 70 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 98 manat 11 qəpik, cərimə qismində 89 manat 32 qəpik, cəmi 772 manat 13 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat 40 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: 18 dekabr 2024-cü il tarixdə «X1» açıq səhmdar cəmiyyəti Cavabdeh qarşı 15 oktyabr 2020-ci il tarixli, 12874sADJ/19 saylı kredit müqaviləsi çərçivəsində və 31 mart 2021-ci il tarixli “Yalnız istehlak kredit məhsulları üzrə fiziki şəxslərə bank xidmətlərinin təqdim edilməsi haqqında” Kütləvi Ofertanın şərtləri əsasında 15 sentyabr 2021-ci il tarixdə bağlanmış müqavilə üzrə ödənilməmiş əsas borc qismində 584 manat 70 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 98 manat 11 qəpik, cərimə qismində 89 manat 32 qəpik, cəmi 772 manat 13 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat 40 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin ünvanına göndərilmiş 18 dekabr 2024-cü il tarixli bildirişlə, iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda 10 iş gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etmək hüquqlarının mövcudluğu cavabdehə izah edilmiş, lakin iddia tələbinə cavabdeh tərəfindən verilmiş etiraz məhkəməyə daxil olmamış və ərizənin əsaslandığı tələbetmə hüququ mübahisələndirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 285-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 15 oktyabr 2020-ci il tarixli, 12874sADJ/19 saylı kredit müqaviləsindən görünür ki, «X1» açıq səhmdar cəmiyyəti Cavabdeh (borcalan) həmin kredit müqaviləsi üzrə ən çoxu 120 ay müddətinə, illik faiz dərəcəsi 35%-dək olmaq şərtilə, 20.000 manatadək krediti borcalana verə bilər. Mülki işdə olan SMS bildiriş mətnlərin çıxarışının surətindən görünür ki, 15 sentyabr 2021-ci il tarixdə, saat 15:20:51-də Cavabdeh məxsus 050 234 03 62 GSM nömrəli mobil telefona «X1» açıq səhmdar cəmiyyəti tərəfindən “Sizə xx.xx.2024 tarixədək, illik 28%-lə 3900 AZN təklif edirik. Aylıq odəniş 162 AZN. Təsdiqləmək üçün YES yazıb 8117-ə göndərin.” məzmununda mesaj göndərilmiş və həmin miqdarda vəsait 15 sentyabr 2021-ci il tarixdə, saat 15:21:57-də cavabdehin kartına köçürülmüşdür. İş materiallarına əlavə edilmiş, «X1» açıq səhmdar cəmiyyəti tərəfindən Cavabdeh göndərilmiş müqavilənin ləğv edilməsi və imtina bildirişinin (pretenziyanın) surətindən görünür ki, 22 oktyabr 2024-cü il tarixdə «X1» açıq səhmdar cəmiyyəti cavabdehin 15 sentyabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün və nəticədə 22 oktyabr 2024-cü il tarixə əsas borc qismində 584 manat 70 qəpik, faiz borcu qismində 72 manat 35 qəpik və cərimə qismində 52 manat 92 qəpik, cəmi 709 manat 97 qəpik məbləğində borcu yarandığına görə həmin kredit müqaviləsinin ləğv edilməsini və bütün borc məbləğinin tam olaraq iddiaçı banka ödənilməsini təklif etmişdir. Mülki iş materiallarında olan «X1» açıq səhmdar cəmiyyəti tərəfindən verilmiş 12874sADJ/19 saylı kredit müqaviləsi üzrə borca dair maliyyə arayışının surətindən isə görünür ki, Cavabdeh «X1» açıq səhmdar cəmiyyətinə borcu əsas borc qismində 584 manat 70 qəpik, 18 dekabr 2024-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 98 manat 11 qəpik və cərimə qismində 89 manat 32 qəpik, cəmi 772 manat 13 qəpik məbləğində təşkil edir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh 15 oktyabr 2020-ci il tarixli, 12874sADJ/19 saylı kredit müqaviləsi çərçivəsində və 31 mart 2021-ci il tarixli “Yalnız istehlak kredit məhsulları üzrə fiziki şəxslərə bank xidmətlərinin təqdim edilməsi haqqında” Kütləvi Ofertanın şərtləri əsasında 15 sentyabr 2021-ci il tarixdə bağlanmış müqavilə üzrə «X1» açıq səhmdar cəmiyyətinə olan borcu “müqavilənin ləğv edilməsi və imtina bildirişinin” (pretenziyanın) göndərildiyi tarixə - 22 oktyabr 2024-cü il tarixə əsas borc qismində 584 manat 70 qəpik, həmin kredit müqaviləsi müddətinin sonuna hesablanmış və ödənilməmiş faiz borcu qismində 72 manat 35 qəpik və cərimə qismində 52 manat 92 qəpik, cəmi 709 manat 97 qəpik, məhkəmədə iddia qaldırıldığı 18 dekabr 2024-cü il tarixə isə borcu əsas borc qismində 584 manat 70 qəpik, ödənilməmiş faiz borcu qismində 98 manat 11 qəpik və cərimə qismində 89 manat 32 qəpik, cəmi 772 manat 13 qəpik məbləğində borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.2-ci maddəsinə görə müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Həmin Məcəllənin 407.1-ci maddəsinə əsasən müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 409.1-ci maddəsinə görə ofertanın ünvanlandığı şəxsin ofertanı qəbul etməsi haqqında cavabı aksept sayılır. Aksept tam və qeyd-şərtsiz olmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743.1-ci maddəsinə görə kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, tərəflər arasında 31 mart 2021-ci il tarixli “Yalnız istehlak kredit məhsulları üzrə fiziki şəxslərə bank xidmətlərinin təqdim edilməsi haqqında» Kütləvi Oferta çərçivəsində bağlanmış kredit müqaviləsi 15 sentyabr 2021-ci il tarixdə, 36 ay müddətinə bağlanmış və müqavilə müddəti - 14 sentyabr 2024cü il tarixdə bitmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarının 2-ci bəndinə görə kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarının 1-ci bəndinə görə Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun həmin Qərarda müəyyən etdiyi hüquqi mövqeyə görə öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. Belə olan halda, iddiaçı bankın tərəflər arasında 36 ay müddətinə bağlanmış və müddəti 14 sentyabr 2024-cü il tarixdə bitmiş müqavilə üzrə cavabdehdən müqavilə müddətindən artıq müddətə, müqavilə ilə nəzərdə tutulmuş 28% dərəcəsi ilə, faiz borcu hesablaması və tələb etməsi əsassızdır. İş materiallarından isə görünür ki, iddiaçı bank cavabdehə qarşı müqavilə müddətinin bitdiyi tarixdən sonrakı dövr üçün illik 5 faiz dərəcəsi ilə faiz borcunun tutulması barədə hər hansı iddia tələbi irəli sürməmiişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə mülki işin yuxarıda sadalanan hallarını, nəzərə alaraq, hesab edir ki, Cavabdeh 31 mart 2021-ci il tarixli “Yalnız istehlak kredit məhsulları üzrə fiziki şəxslərə bank xidmətlərinin təqdim edilməsi haqqında” Kütləvi Oferta çərçivəsində bağlanmış 15 sentyabr 2021-ci il tarixli, 12874sADJ/19 saylı müqavilə üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə həmin müqavilə üzrə ödənilməmiş əsas borc qismində 584 manat 70 qəpik, iddiaçı tərəfindən cavabdehə “müqavilənin ləğv edilməsi və imtina bildirişinin (pretenziyanın) göndərildiyi tarixə” hesablanmış və ödənilməmiş faiz borcu qismində 72 manat 35 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini, həmçinin cavabdeh tərəfindən icra edilmiş ödəniş məbləğini nəzərə alaraq, hesab edir ki, iddiaçı tərəfindən cavabdeh hesablanmış cərimə məbləği tənasübsüz surətdə yüksək məbləğ təşkil edir və cərimə məbləğinin 30 manata qədər azaldılması məqsədəmüvafiqdir. Beləliklə, məhkəmə mülki işin yuxarıda sadalanan hallarını, nəzərə alaraq, hesab edir ki, Cavabdeh 31 mart 2021-ci il tarixli “Yalnız istehlak kredit məhsulları üzrə fiziki şəxslərə bank xidmətlərinin təqdim edilməsi haqqında” Kütləvi Oferta çərçivəsində bağlanmış 15 oktyabr 2020-ci il tarixli, 12874sADJ/19 saylı kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə həmin müqavilə üzrə ödənilməmiş əsas borc qismində 584 manat 70 qəpik, iddiaçı tərəfindən cavabdehə müqavilənin ləğv edilməsi və imtina bildirişinin (pretenziyanın) göndərildiyi tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 72 manat 35 qəpik, cərimə qismində 30 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumunun ödənilməsinə xərclənmiş pul vəsaitinin 2 manat məbləğində hissəsi iddiaçıya aid edilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsinin əvəzi qismində 28 manat 40 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 10-1, 216- 220, 227, 284-5, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: «X1» açıq səhmdar cəmiyyətinin iddiası qismən təmin edilsin. Cavabdeh «X1» açıq səhmdar cəmiyyətinin xeyrinə 15 oktyabr 2020-ci il tarixli, 12874sADJ/19 saylı kredit müqaviləsi çərçivəsində və 31 mart 2021-ci il tarixli “Yalnız istehlak kredit məhsulları üzrə fiziki şəxslərə bank xidmətlərinin təqdim edilməsi haqqında” Kütləvi Ofertanın şərtləri əsasında 15 sentyabr 2021-ci il tarixdə bağlanmış müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 584 (beş yüz səksən dörd) manat 70 (yetmiş) qəpik, iddiaçı tərəfindən cavabdehə müqavilənin ləğv edilməsi və imtina bildirişinin (pretenziyanın) göndərildiyi tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 72 (yetmiş iki) manat 35 (otuz beş) qəpik, cərimə qismində 30 (otuz) manat, habelə ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 28 (iyirmi səkkiz) manat 40 (qırx) qəpik, cəmi 715 (yeddi yüz on beş) manat 45 (qırx beş) qəpik məbləğində pul vəsaiti tutulsun. «X1» açıq səhmdar cəmiyyətinin iddiası qalan hissədə rədd edilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Biləsuvar rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №e-2(022)-250/2025
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-250/2025
21.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver