Məhkəmə qərarları › İş №e-2(022)-255/2024

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-255/2024

25.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-255/2024 25.04.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə3 iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh3 (Cavabdeh1, Cavabdeh4 Coşğun qızı və Cavabdeh2 Coşğun qızının qanuni nümayəndəsi Cavabdeh3 ) qarşı kredit borcu tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı «Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh3 (Cavabdeh1, Cavabdeh4 Coşğun qızı və Cavabdeh2 Coşğun qızının qanuni nümayəndəsi Cavabdeh3 ) qarşı iddia ərizəsi ilə müraciət edərək, Mirzəyev Coşğun Ərəstun oğlunun vərəsələri Cavabdeh3, Cavabdeh1 (qanuni nümayəndəsi Cavabdeh3 vasitəsi ilə), Cavabdeh4 Coşğun qızından (qanuni nümayəndəsi Cavabdeh3 vasitəsi ilə), Cavabdeh2 Coşğun qızından (qanuni nümayəndəsi Cavabdeh3 vasitəsi ilə) iddiaçı "xxxx" ASC-nin xeyrinə nağd kredit üzrə 16942.85 manat əsas borc, vəfat etdiyi tarixə 44.49 manat faiz borcu olmaqla, cəmi 16987.34 manat və ödənilmiş 140 (yüz qırx) manat 95 (doxsan beş) qəpik dövlət rüsumunun, habelə 0,40 (qırx) qəpik bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək göstərmişdir ki, "xxxx" ASC ilə Mirzəyev Coşğun Ərəstun oğlu arasında xx.xx.2022-ci il tarixli CL-EE000047869 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Mirzəyev Coşğun Ərəstun oğluna illik 18.9 %-lə, 60 ay müddətinə 20000 manat nağd kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 343315 nömrəli X3 əsasən müəyyən olunmuşdur ki, Mirzəyev Coşğun Ərəstun oğlu xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Biləsuvar rayon Notariat ofisi tərəfindən verilmiş 1097 nömrəli məktubdan görünür ki, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 Coşğun qızı, Cavabdeh2 Coşğun qızına Biləsuvar rayon Notariat ofisi tərəfindən vərəsəlik işi açılmış və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bankın Yasamal filialı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən, Mirzəyev Coşğun Ərəstun oğlunun xx.xx.2023-cü ilədək banka ödənilməmiş nağd kredit üzrə 16942.85 manat əsas borc, vəfat etdiyi tarixə 44.49 manat faiz borcu olmaqla, cəmi 16987.34 manat borcu qalmışdır. Cavabdeh mərhum Mirzəyev Coşğun Ərəstun oğlundan qalmış mirası qəbul etməsinə baxmayaraq, ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir.Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə xx.xx.2023-cü il tarixində 6-2-22/2-33021/2023 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Odur ki,iddiaçının nümayəndəsi Mirzəyev Coşğun Ərəstun oğlunun vərəsələri Cavabdeh3, Cavabdeh1 (qanuni nümayəndəsi Cavabdeh3 vasitəsi ilə), Cavabdeh4 Coşğun qızından (qanuni nümayəndəsi Cavabdeh3 vasitəsi ilə), Cavabdeh2 Coşğun qızından (qanuni nümayəndəsi Cavabdeh3 vasitəsi ilə) iddiaçı "xxxx" ASC-nin xeyrinə nağd kredit üzrə 16942.85 manat əsas borc, vəfat etdiyi tarixə 44.49 manat faiz borcu olmaqla, cəmi 16987.34 manat və ödənilmiş 140 (yüz qırx) manat 95 (doxsan beş) qəpik dövlət rüsumunun, habelə 0,40 (qırx) qəpik bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli CL-EE000047869 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdeh Mirzəyev Coşğun Ərəstun oğluna kreditdən istifadəyə görə 60 ay müddətinə, illik 18,9 faiz dərəcəsi ilə hesablanmaqla 20000 manat məbləğdə kredit verilmişdir. İş materiallarında olan AZ-İİ № 343315 saylı X2 surətindən görünür ki, Mirzəyev Coşğun Ərəstun oğlu xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan Biləsuvar Rayon Notariat Ofisinin xüsusi notariusu tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş Mirzəyev Coşğun Ərəstun oğlunun vərəsələri: Biləsuvar rayonu Ağalıkənd kənd ünvanında qeydiyyatda olan Cavabdeh1 (AA*******, xx.xx.2020 Biləsuvar RPŞ QvŞV qrupu, FİN: xxxxxxx, d/t: xx.xx.2013), Biləsuvar rayonu Ağalıkənd kənd ünvanında qeydiyyatda olan Cavabdeh2 Coşğun qızı (AZE ********, xx.xx.2015-Biləsuvar RPŞ, FİN:xxxxxxx, d/t:xx.xx.2008), Biləsuvar rayonu Ağalıkənd kənd ünvanında qeydiyyatda olan Cavabdeh4 Coşğun qızı (AZE********, xx.xx.2015-Biləsuvar FİN:xxxxxxx, d/t:xx.xx.2010) və Cavabdeh3dır (AZE14659521,AA******* xx.xx.2014- Biləsuvar RPŞ FİN:xxxxxxx, d\t xx.xx.1989) və onlar miras əmlakdan ¼ hissədə pay almalıdır. Şəhadətnamə ilə verilən miras əmlak-Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının 12 may 2023-cü il tarixli 3-17-1/2-104717/2023 nömrəli məktubuna əsasən 640.40 (altı yüz qırx manat 40 qəpik) pul vəsaitindən ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. İşin müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2022-ci il tarixli CL- EE000047869 saylı kredit müqaviləsi üzrə Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Mirzəyev Coşğun Ərəstun oğluna kreditdən istifadəyə görə 60 ay müddətinə, illik 18,9 faiz dərəcəsi ilə hesablanmaqla 20000 manat məbləğdə kredit verilmişdir. Mirzəyev Coşğun Ərəstun oğlu kredit müqaviləsinin şərtlərinə uyğun olaraq kredit müqaviləsi üzrə verilmiş vəsaiti və ona hesablanmış faizləri tam və vaxtında ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2022-ci il tarixli CL- EE000047869 saylı kredit müqaviləsi üzrə borclu Mirzəyev Coşğun Ərəstun oğlu xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. İş mateirallarına əlavə edilmiş X1 görünür ki, Mirzəyev Coşğun Ərəstun oğlu ilə Cavabdeh3 nikahları xx.xx.2008-ci il tarixdə Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısının Ağalıkəndi üzrə icra nümayəndəliyində 40 sayla qeydə alınmışıdır. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələr ilə müəyyən olunur ki, Mirzəyev Coşğun Ərəstun oğlu ilə Cavabdeh3 birgə nikahlarından xx.xx.2013-cü il tarixdə X4, xx.xx.2010-cu il tarixdə Cavabdeh4 Coşğun qızı və xx.xx.2008-ci il tarixdə Cavabdeh2 Coşğun qızı anadan olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. İşin müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh3 və eyni zamanda Cavabdeh1, Cavabdeh4 Coşğun qızı və Cavabdeh2 Coşğun qızının qanuni nümayəndəsi olaraq Cavabdeh3 mərhum əri Mirzəyev Coşğun Ərəstun oğlundan miras qalmış əmlakı qəbul etməsinə baxmayaraq miras əmlak həddində miras qoyanın Azərbaycan Beynəlxalq Bankı Açıq Səhmdar Cəmiyyəti qarşısında olan öhdəliyini icra etməmişdir. Məhkəmə qeyd edir ki, borclunun ölümü halında, ilk növbədə mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qaşısında məsuliyyət daşımalıdırlar. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı isə qeyd edilməlidir ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini almış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcudurlar. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh3 (Cavabdeh1, Cavabdeh4 Coşğun qızı və Cavabdeh2 Coşğun qızının qanuni nümayəndəsi Cavabdeh3 ) xx.xx.2022-ci il tarixli CL-EE000047869 saylı kredit müqaviləsinə əsasən 640.40 (altı yüz qırx manat 40 qəpik) məbləğdə pul vəsaiti «Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştİrak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh3 (Cavabdeh1, Cavabdeh4 Coşğun qızı və Cavabdeh2 Coşğun qızının qanuni nümayəndəsi Cavabdeh3) 640 (altı yüz qırx) manat 40 (qırx) qəpik borc və 45 (qırx beş) manat dövlət rüsumu alınaraq Azərbaycan Beynəlxalq Bankı Açıq Səhmdar Cəmiyyətinə verilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar