Məhkəmə qərarları › İş №e-2(022)-255/2025

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-255/2025

29.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-255/2025 29.04.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 8718 (səkkiz min yeddi yüz on səkkiz) manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər Yasamal rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(004)-563/2024 saylı hökmü ilə Cavabdeh AR CMnin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə müəyyən olunmuşdur ki, bu şəxs onun inam və etibarımdan sui-istifadə etməklə onun hospitalda yatan oğlu X1 təxris etdirə biləcəyi vədi ilə aldadaraq ondan 6000 manat pul vəsaiti almış və ona qarşı dələduzluq etmişdir. Bütün bu xüsusatlar onun barəsində olan cinayət işindəki sübut və faktlarla təsdiq olunmuş və iş məhkəməyə verilmişdir.Onun ittiham edilməsindən xeyli müddət keçməsinə baxmayaraq cavabdeh ondan aldığı həmin puldan ödəniş etməmiş və ona maddi ziyan vurmuşdur.O, cinayət işinə baxılarkən onun iş üzrə mülki iddiaçı qismində tanınması barədə ərizə vermiş, lakin məhkəmə ziyanın ödənilməsinə dair mülki iddiasını baxılmamış saxlayaraq bununla bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olduğunu izah etmişdir. O, cavabdehə 6000 manat pulu qeyd olunan işi görmək üçün, 2400 manat pulu isə borc olaraq vermiş, cavabdeh həmin borcdan 1200 manatını qaytarmışdır. Lakin 6000 manat pulu o, Kapitalbank ASC-dən götürərək vermiş və həmin pula görə bank ondan 7335 manat əsas borc, 90 manat pul vəsaiti və 93 manat dövlət rüsumunu tələb etmiş və artıq bununla bağlı məhkəmə qətnaməsi də qəbul olunmuşdur. Belə hesab edir ki, cavabdehin qanunazidd əməlləri nəticəsində ona ümumilikdə (1200+7335+90+93)=8718 (səkkiz min yeddi yüz on səkkiz) manat maddi ziyan dəydiyi üçün o, həmin pulu ondan tələb edir. Məhkəmə iclasında İddiaçı izahatında iddia tələbini müdafiə etdiyini, təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq iddiaçının ondan pul tələbini 2400 manat hissədə qəbul etdiyini göstərmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qiamən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(004)-563/2024 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək qəti olaraq 03 il 08 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(004)-563/2024 saylı hökmündən görünür ki, məhkəmə iclasında Cavabdeh ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, öz işi ilə əlaqədar bir neçə dəfə hərbi hospitalda olarkən İddiaçı onu orada görmüş və daha sonra kafedə olarkən İddiaçı ona yaxınlaşıb kömək istəmiş və tanışlıqları oradan yaranmışdır. İddiaçı ondan oğlu Abbaszadə Abbasın təxris olunması ilə əlaqədar kömək istəmişdir. O da İddiaçı köməklik göstərəcəyini bildirirək ondan bu işin həll olunması məqsədilə 6000 manat pul almışdır. İkinci dəfə isə İddiaçı 2400 manat məbləğində pul borc alaraq həmin pulu qaytaracağını bildirmişdir. Cavabdeh İddiaçı oğlu Äbbaszadə Abbasın təxris olunmasına köməklik göstərə bilməmiş, İddiaçı aldığı pulu qaytaracağını bildirmiş və aldığı borc puldan 1000 manat məbləğində pulu ona qaytarmış, sonra polisə şikayət etməsin deyə bir dostu ilə 900 manat da göndərmişdir. Lakin İddiaçı həmin 900 manatı qəbul etməyərək pulunun tam şəkildə ödənilməsini tələb etmişdir. O da pulu tam şəkildə ödəmək məqsədilə banka müraciət edərək kredit götürmək istəmiş, lakin gecikmələri olduğu üçün bank ona kredit verməmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş İddiaçı ifadəsində göstərmişdir ki, oğlu Abbaszadə Abbas xüsusi təyinatlılarda xidmət etmişdir. O, istəyirdi ki, oğlunu ordudan təxris etdirsin, çünki döyüşlərdə komandirin müavini şəhid olmuş, oğlu da yaralanmış və yanındakı dostu da şəhid olmuşdur. Daha sonra oğlunu hərbi hospitala gətirmiş və oğlu bir az psixiatriya bölməsində stasionar qaydada müalicə almışdır. Yanındakı dostu da qəlpə yarası almış və bağırsağından 11 sm kəsib götürülməsinə baxmayaraq onu xidmətə yararlı yazıb göndərmişlər. O da oğlunu yararlıyazacaqlarını düşünərək oğlunu təxris etdirmək üçün Cavabdeh köməklik istəmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq zərərçəkmiş şəxs oğlu Abbas Abbaszadənin təxris olunması məqsədi ilə Cavabdeh 6000 manat pul verdiyini, ikinci dəfə isə 2400 manat pulu borc kimi verdiyini bildirmişdir. Cavabdehlə birinci söhbətində məsələnin baş həkimlə həll edilməli olduğundan ona 3 gün vaxt verməsini istəmiş, 3 gün sonra ona zəng edərək işi daışdığını, 6000 manat pul gətirməli olduğunu bildirmiş, o da həmin məbləği Cavabdeh vermişdir. Cavabdeh ümumilikdə verdiyi 8400 manat puldan 2400 manatı borc kimi verdiyini bildirmişdir. Cavabdeh ona borc kimi verdiyi 2400 manatdan 1000 manat qaytarmışdır. Müstəntiq ondan pulun nə məqsədlə verildiyi barədə xırdalıqlarına kimi soruşmamış və ona görə də ümumi məbləği müstəntiqə bildirsə də, 6000 manat pulun iş üçün, 2400 manat pulun isə borc kimi verildiyini bildirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İş materiallarında olan Bakışəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(004)-563/2024 saylı hökmündən görünür ki, Cavabdeh İddiaçı xüsusi təyinatlılarda xidmət edən oğlu Abbas Abbaszadəni ordudan təxris etdirəcəyini vəd etməklə ondan 6000 manat, daha sonra borc olaraq 2400 manat pul almışdır. Beləliklə, Cavabdeh İddiaçı xüsusi təyinatlılarda xidmət edən oğlu Abbas Abbaszadəni ordudan təxris etdirəcəyini vəd etməklə İddiaçı 6000 manat pul almaqla ona zərər vurması iş materialları və işdə olan qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə öz təsdiqini tapmışdır. Lakin iddiaçı məhkəmə iclasında izahatında cavabdehin eyni zamanda ondan borc olaraq 2400 manat pul aldığını, həmin puldan ona 1200 manat qaytarsa da, 1200 manatını ona qaytarmadığını göstərmişdir. Cavabdeh isə iddiaçıdan borc olaraq 2400 manat pul almasını mübahisələndirməmişdir. Ona görə də məhkəmə belə hesab edir edir ki, iddiaçının eyni zamanda cavabdehdən 1200 manat pul tələbinə dair hissədə iddiası əsaslıdır. İddia tələbindən görünür ki, iddiaçı cavabdehdən 8718 manat ( 1200+7335+90+93) manat pul tələbini həmin pul vəsaitini "xxxx" ASC-dən kredit müqaviləsi bağlamaqla əldə edərək cavabdehə verməsi və kredit borcunu ödəyə bilmədiyi üçün bankın kredit borcunun qaytarılması tələbi ilə məhkəməyə müraciət etməsi və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(060)-4184/2024 saylı qətnaməsi ilə iddianın təmin edilməsi ilə əsaslandırmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının kredit müqaviləsi üzrə bank qarşısında öhdəliyi məhkəmə qətnaməsi ilə müəyyən edilmiş olsa da, bu cavabdehin məsuliyyətini müyyən edən hal kimi qiymətləndirilə və iddiaçının kredit borcunun cavabdehdən tələb edilməsi qənaətinə gəlməyə əsas vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə işin müəyyən edilmiş hallarına qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hüquqi qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğuna görə qismən təmin edilməli, Cavabdeh 7200 (yeddi min iki yüz) manat pul alınaraq İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 7200 (yeddi min iki yüz) manat pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakimi Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar