Məhkəmə qərarları › İş №e-2(022)-258/2024

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-258/2024

12.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-258/2024 12.02.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı «Embafinans” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcu tələbi barədə kiçik iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı «Embafinans” Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh əsas borc qismində 1341 (min üç yüz qırx bir) manat 04 (sıfır dörd) qəpik, cərimə borcu olaraq 201 (İki yüz bir) manat 16 (on altı) qəpik, həmçinin ərizəyə görə ödənilmiş 35 (otuz beş) manat 82 (səksən iki) qəpik dövlət rüsumunun əvəzi, ümumilikdə 1578 (bir min beş yüz yetmiş səkkiz) manat 02 (sıfır iki) qəpik borcun iddiaçı Bank Olmayan Kredit Təşkilatı «Embafinans” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, Cavabdeh 19 ay müddətinə qaytarılmaq şərti ilə 1493,00 (min dörd yüz doxsan üç manat 00 qəpik) məbləğində kredit verilmiş və bununla bağlı Bank Olmayan Kredit Təşkilatı «Embafinans” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli 053-EMB-1270-22 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin 2.1.1-ci bəndinə əsasən “Borcalan” müqaviləyə və onun əlavələrinə uyğun olaraq ödəniş məbləğlərini ödəmədikdə və ya vaxtında ödəmədikdə “Borcverən” kreditin vaxtından əvvəl tam ödənilməsini tələb edə bilər. Kredit müqaviləsinin 2.4.5-ci bəndinə əsasən kredit məbləğinin qaytarılması müqaviləyə uyğun olaraq aparılmadıqda və ya ödənilmədikdə “Borcalan” özünün şəxsi əmlakı hesabına borcun ödənilməsini təmin etməlidir. Hal-hazırda kredit müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə xx.xx.2023cü il tarixə əsas borcu 1341.04 manat (min üç yüz qırx bir manat 04 qəpik), faiz borcu 0.00 (Sıfır manat 00 qəpik), cərimə borcu 201.16 manat (İki yüz bir manat 16 qəpik) olmaqla, ümumi borcu 1542.20 manat (min beş yüz qırx iki manat 20 qəpik) təşkil edir ki, bu borcun da cavabdeh tərəfindən ödənilməsi təmin edilməlidir. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPM-in 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan Bank Olmayan Kredit Təşkilatı «Embafinans” qapalı səhmdar cəmiyyəti və Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 053-EMB- 1270-22 saylı kredit müqaviləsinə əsasən cavabdehə 19 ay müddətinə qaytarılmaq şərti ilə 1493 manat məbləğdə kredit verilmişdir. İşdə olan Bank Olmayan Kredit Təşkilatı «Embafinans” qapalı səhmdar cəmiyyətinin xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə Bank Olmayan Kredit Təşkilatı «Embafinans” qapalı səhmdar cəmiyyəti arasında bağlanmış xx.xx.2022-ci il tarixli 053-EMB-1270-22 saylı kredit müqaviləsinə əsasən Cavabdeh borcu 1341.04 manat (min üç yüz qırx bir manat 04 qəpik), cərimə borcu 201.16 manat (İki yüz bir manat 16 qəpik) olmaqla, ümumi borcu 1542.20 manat (min beş yüz qırx iki manat 20 qəpik) təşkil etmişdir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh Bank Olmayan Kredit Təşkilatı «Embafinans” qapalı səhmdar cəmiyyətinə xx.xx.2023-cü il tarixə 1542.20 manat (min beş yüz qırx iki manat 20 qəpik) borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2022-ci il tarixli 053-EMB- 1270-22 saylı müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə ödənilməmiş borc qismində 1542.20 manat (min beş yüz qırx iki manat 20 qəpik) pul vəsaiti Cavabdeh iddiaçı Bank Olmayan Kredit Təşkilatı «Embafinans” qapalı səhmdar cəmiyyətinin xeyrinə tutulmalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı Bank Olmayan Kredit Təşkilatı «Embafinans” qapalı səhmdar cəmiyyəti məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 35 (otuz beş) manat 82 (səksən iki) qəpik məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh iddiaçı Bank Olmayan Kredit Təşkilatı «Embafinans” qapalı səhmdar cəmiyyətinin xeyrinə əsas borc qismində 1341 (min üç yüz qırx bir) manat 04 (sıfır dörd) qəpik, cərimə borcu olaraq 201 (İki yüz bir) manat 16 (on altı) qəpik, ödənilmiş 35 (otuz beş) manat 82 (səksən iki) qəpik dövlət rüsumunun əvəzi, ümumilikdə 1578 (bir min beş yüz yetmiş səkkiz) manat 02 (sıfır iki) qəpik pul vəsaiti tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar