Məhkəmə qərarları › İş №e-2(022)-276/2024

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-276/2024

16.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-276/2024 16.02.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) X1katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcu tələbi barədə kiçik iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 1277 (min iki yüz yetmiş yeddi) manat 50 (əlli) qəpik əsas, 243 (iki yüz qırx üç) manat 58 (əlli səkkiz) qəpik faiz, cəmi 1521 (min beş yüz iyirmi bir) manat 08 (sıfır səkkiz) qəpik məbləğində vəsaitin və ödənilmiş dövlət rüsumunun əvəzi qismində ödənilmiş 35 (otuz beş) manat 21 (iyirmi bir) qəpik məbləğdə pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, İddiaçı açıq səhmdar cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, GTKR3524777A151 saylı kredit müqaviləsinə əsasən ona kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, kredit borcuna dair maliyyə arayışı və kassa məxaric orderidir. Nəticədə cavabdehin xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə 1277.50 AZN əsas, 243.58 AZN faizc, əmi 1521.08 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPM-in 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı açıq səhmdar cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, GTKR3524777A151 saylı kredit müqaviləsinə əsasən ona 35 ay müddətinə, illik faiz dərəcəsi 27% olmaqla 3800 manat kredit verilmişdir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh ilə İddiaçı açıq səhmdar cəmiyyəti arasında bağlanmış xx.xx.2021-ci il tarixli, GTKR3524777A151 saylı kredit müqaviləsinə əsasən 1277 (min iki yüz yetmiş yeddi) manat 50 (əlli) qəpik əsas, 243 (iki yüz qırx üç) manat 58 (əlli səkkiz) qəpik faiz, cəmi 1521 (min beş yüz iyirmi bir) manat 08 (sıfır səkkiz) qəpik məbləğdə borcunun yarandığı təsdiq olunur. İşdə olan İddiaçı açıq səhmdar cəmiyyətinin xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə İddiaçı açıq səhmdar cəmiyyəti arasında bağlanmış xx.xx.2021-ci il tarixli, GTKR3524777A151 saylı kredit müqaviləsinə əsasən cavabdehin 1277 (min iki yüz yetmiş yeddi) manat 50 (əlli) qəpik əsas, 243 (iki yüz qırx üç) manat 58 (əlli səkkiz) qəpik faiz, cəmi 1521 (min beş yüz iyirmi bir) manat 08 (sıfır səkkiz) qəpik təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2021-ci il tarixli, GTKR3524777A151 saylı kredit müqaviləsinə əsasən 1277 (min iki yüz yetmiş yeddi) manat 50 (əlli) qəpik əsas, 243 (iki yüz qırx üç) manat 58 (əlli səkkiz) qəpik faiz, cəmi 1521 (min beş yüz iyirmi bir) manat 08 (sıfır səkkiz) qəpik məbləğdə pul vəsaiti İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə tutulmalıdır. MM-in 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə, iştİrakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştİrakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştİrakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştİrak edən şəxslərə aid edilir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, İddiaçı açıq səhmdar cəmiyyəti məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 35 (otuz beş) manat 21 (iyirmi bir) qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə xx.xx.2021-ci il tarixli, GTKR3524777A151 saylı kredit müqaviləsinə əsasən 1277 (min iki yüz yetmiş yeddi) manat 50 (əlli) qəpik əsas, 243 (iki yüz qırx üç) manat 58 (əlli səkkiz) qəpik faiz, cəmi 1521 (min beş yüz iyirmi bir) manat 08 (sıfır səkkiz) qəpik pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 35 (otuz beş) manat 21 (iyirmi bir) qəpik pul vəsaiti tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar