Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-278/2025 24.01.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcu tələbi barədə kiçik iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 2914 (iki min doqquz yüz on dörd) manat 23 (iyirmi üç) qəpik əsas , 163 (yüz altmış üç) manat 79 (yetmiş doqquz) qəpik faiz borcu, gecikdirilmiş 16 (on altı) manat 70 (yetmiş) qəpik faiz borcu, cəmi 3094 (üç min doxsan dörd) manat 72 (yetmiş iki) qəpik məbləğində kredit borcunun, həmçinin dövlət büdcəsinə köçürülmüş 50 (əlli) manat 94 (doxsan dörd) qəpik dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, xx.xx.2023-cü il tarixdə “X1 Azərbaycan” QSC və Cavabdeh arasında 298204 nömrəli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, Bank tərəfindən borcalan Cavabdeh istehlak yönümlü 3500 (üç min beş yüz) manat məbləğində pul ayrılmışdır və o, 36 ay müddətində kreditin əsas məbləği və ona illik 15 % faiz dərəcəsi olmaqla hesablanmış faizləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə əsasən geri ödəməli idi. «X1 Azərbaycan» QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, borcalan Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmiş və bu günədək borcu ödəməmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPM-in 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan “X1 Azərbaycan” qapalı səhmdar cəmiyyəti və Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 298204 saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 15% dərəcəsi ilə 3500 manat məbləğdə kredit verilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2023-cü tarixli kredit müqaviləsinə əsasən Cavabdehnun əsas borc qismində 2914 (iki min doqquz yüz on dörd) manat 23 (iyirmi üç) qəpik, faiz borcu 163 (yüz altmış üç) manat 79 (yetmiş doqquz) qəpik, gecikdirilmiş faiz borcu 16 (on altı) manat 70 (yetmiş) qəpik, cəmi borcu 3094 (üç min doxsan dörd) manat 72 (yetmiş iki) qəpik təşkil etmişdir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh “X1 Azərbaycan” qapalı səhmdar cəmiyyətinə əsas borc qismində 2914 (iki min doqquz yüz on dörd) manat 23 (iyirmi üç) qəpik, faiz borcu 163 (yüz altmış üç) manat 79 (yetmiş doqquz) qəpik, gecikdirilmiş faiz borcu 16 (on altı) manat 70 (yetmiş) qəpik, cəmi borcunun 3094 (üç min doxsan dörd) manat 72 (yetmiş iki) qəpik kredit borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçı “X1 Azərbaycan” qapalı səhmdar cəmiyyəti məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 50 (əlli) manat 94 (doxsan dörd) qəpik məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh iddiaçı “X1 Azərbaycan” qapalı səhmdar cəmiyyətinin xeyrinə 2914 (iki min doqquz yüz on dörd) manat 23 (iyirmi üç) qəpik əsas borc, 163 (yüz altmış üç) manat 79 (yetmiş doqquz) qəpik faiz borcu, 16 (on altı) manat 70 (yetmiş) qəpik gecikdirilmiş faiz borcu, cəmi 3094 (üç min doxsan dörd) manat 72 (yetmiş iki) qəpik kredit borcu, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 50 (əlli) manat 94 (doxsan dörd) qəpik məbləğdə pul vəsaiti tutulsun. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №e-2(022)-278/2025
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-278/2025
24.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver