Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-279/2025 28.01.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X1 oğlunun katibliyi ilə, İddiaçı qapalı səhmdar cəmiyyətinin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı 25 noyabr 2019-cu il tarixli «Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri» çərçivəsində bağlanmış 30 sentyabr 2022-ci il tarixli, 020A********** saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 4.109 manat 15 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 264 manat 32 qəpik və cərimə qismində 52 manat 67 qəpik, cəmi 4.426 manat 14 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 64 manat 26 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: 25 dekabr 2024-cü il tarixdə İddiaçı qapalı səhmdar cəmiyyəti Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı 25 noyabr 2019-cu il tarixli «Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri» çərçivəsində bağlanmış 30 sentyabr 2022-ci il tarixli, 020A********** saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 4.109 manat 15 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 264 manat 32 qəpik və cərimə qismində 52 manat 67 qəpik, cəmi 4.426 manat 14 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 64 manat 26 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraati qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehlərin ünvanına göndərilmiş 25 dekabr 2024-cü il tarixli bildirişlə, iddiaçının tələbinə dair əsaslandırılmış etirazları olduğu halda 10 iş gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etmək hüquqlarının mövcudluğu cavabdehlərə izah edilmiş, lakin iddia tələbinə cavabdehlər tərəfindən verilmiş etiraz məhkəməyə daxil olmamış və ərizənin əsaslandığı tələbetmə hüququ mübahisələndirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 285-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh1 30 sentyabr 2022-ci il tarixli ərizəinin və kredit müqaviləsiə dair ödəniş planının surətlərindən görünür ki, Cavabdeh1 25 noyabr 2019-cu il tarixli «Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri» ilə, həmçinin tariflər və valyuta məzənnəsi ilə tanış olduğunu təsdiq etmiş və ona istehlak məqsədi ilə, 48 ay müddətinə, illik faiz dərəcəsi 28% olmaqla, 30.000 manatadək kredit limiti ayrılmasını İddiaçı qapalı səhmdar cəmiyyətindən xahiş etmişdir. Həmin ərizənin “İlk kredit sifarişi” bəndində Cavabdeh1 İddiaçı qapalı səhmdar cəmiyyəti tərəfindən illik 22% faiz dərəcəsi ilə, 36 ay müddətinə 7.500 manat məbləğində kreditin verildiyi göstərilmişdir. İşdə olan İddiaçı qapalı səhmdar cəmiyyəti tərəfindən Cavabdeh1 adına yaradılmış AZ17ACAB******************** nömrəli cari hesabdan çıxarışın surətindən görünür ki, 30 sentyabr 2022-ci il tarixdə 7.500 manat məbləğində kredit vəsaiti İddiaçı qapalı səhmdar cəmiyyəti tərəfindən AZ17ACAB******************** nömrəli cari hesaba köçürmə yolu ilə Cavabdeh1 təqdim edilmişdir. Mülki işdə materiallarında olan 30 sentyabr 2022-ci il tarixli, 020G**********01 nömrəli zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 30 sentyabr 2022-ci il tarixli, 020A********** saylı kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin tam icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İşdə olan 30 sentyabr 2022-ci il tarixli, 020G**********02 nömrəli zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh3 30 sentyabr 2022-ci il tarixli, 020A********** saylı kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin tam icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İşdə olan İddiaçı qapalı səhmdar cəmiyyəti tərəfindən verilmiş 30 sentyabr 2022-ci il tarixli, 020A********** saylı kredit müqaviləsi üzrə maliyyə arayışının və iddiaçı tərəfindən cavabdehə göndərilmiş 02 oktyabr 2024-cü il tarixli müqavilənin ləğv edilməsi və imtina bildirişlərinin (pretenziyaların) surətlərindən görünür ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı qapalı səhmdar cəmiyyətinə borcu 02 oktyabr 2024-cü il tarixə əsas borc qismində 4.109 manat 15 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 264 manat 32 qəpik və cərimə qismində 52 manat 67 qəpik, cəmi 4.426 manat 14 qəpik məbləğində təşkil edir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı qapalı səhmdar cəmiyyətinə 30 sentyabr 2022-ci il tarixli, 020A********** saylı kredit müqaviləsi üzrə əsas borc qismində 4.109 manat 15 qəpik, 02 oktyabr 2024-cü il tarixə, yəni müqavilənin ləğvi barədə təklifin verildiyi tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 264 manat 32 qəpik və cərimə qismində 52 manat 67 qəpik məbləğində borcunun yarandığı təsdiq olunur. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 434.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 434.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743.1-ci maddəsinə görə kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.2-ci maddəsinə görə müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Həmin Məcəllənin 407.1-ci maddəsinə əsasən müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 409.1-ci maddəsinə görə ofertanın ünvanlandığı şəxsin ofertanı qəbul etməsi haqqında cavabı aksept sayılır. Aksept tam və qeyd-şərtsiz olmalıdır. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743.1-ci maddəsinə görə kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun güzəştli kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarının 1-ci bəndinə görə Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu güzəştli kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində güzəştli kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin güzəştli kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə, məhkəmə mülki işin yuxarıda sadalanan hallarını nəzərə alaraq hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı qapalı səhmdar cəmiyyətinə 25 noyabr 2019-cu il tarixli «Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri» çərçivəsində bağlanmış 30 sentyabr 2022-ci il tarixli, 020A********** saylı kredit müqaviləsi üzrə əsas borc qismində 4.109 manat 15 qəpik, 02 oktyabr 2024-cü il tarixə, yəni müqavilənin ləğvi barədə təklifin verildiyi tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 264 manat 32 qəpik və cərimə qismində 52 manat 67 qəpik məbləğində pul vəsaiti müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia tam təmin edildiyinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 64 manat 26 qəpik məbləğində pul vəsaiti cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 10-1, 216- 220, 227, 284-5, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı qapalı səhmdar cəmiyyətinin iddiası təmin edilsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı qapalı səhmdar cəmiyyətinin xeyrinə 25 noyabr 2019-cu il tarixli «Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri» çərçivəsində bağlanmış 30 sentyabr 2022-ci il tarixli, 020A********** saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 4.109 (dörd min bir yüz doqquz) manat 15 (on beş) qəpik, 02 oktyabr 2024-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 264 (iki yüz altmış dörd) manat 32 (otuz iki) qəpik, cərimə qismində 52 (əlli iki) manat 67 (altmış yeddi) qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 64 (altmış dörd) manat 26 (iyirmi altı) qəpik, cəmi 4.490 (dörd min dörd yüz doxsan) manat 40 (qırx) qəpik məbləğində pul vəsaiti müştərək qaydada tutulsun. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Biləsuvar rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №e-2(022)-279/2025
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-279/2025
28.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver