Məhkəmə qərarları › İş №e-2(022)-287/2025

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-287/2025

06.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-287/2025 06.02.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdulazadə Həsən Abdulla oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2024-cü il tarixli GTKR7740198B299 saylı kredit müqaviləsinə əsasən 10569 (on min beş yüz altmış doqquz) manat 37 (otuz yeddi) qəpik əsas, 870 (səkkiz yüz yetmiş) manat 21 (iyirmi bir) qəpik faiz, cəmi 11439 (on bir min dörd yüz otuz doqquz) manat 58 (əlli səkkiz) qəpik borcun, xx.xx.2023-cü il tarixli BRCB1190508B151 saylı kredit müqaviləsinə əsasən 181 (yüz səksən bir) manat 29 (iyirmi doqquz) qəpik əsas, 37 (otuz yeddi) manat 47 (qırx yeddi) qəpik faiz, cəmi 218 (iki yüz on səkkiz) manat 76 (yetmiş altı) qəpik borcun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 124 (yüz iyirni dörd) manat 98 (doxsan səkkiz) qəpik pul vəsaitinin iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2024-cü il tarixli GTKR7740198B299 saylı kredit müqaviləsinə əsasən ona 48 ay müddətinə, illik 22,2 faiz dərəcəsi ilə 11000 AZN kredit verilmişdir. Daha dəqiq kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış xx.xx.2023-cü il tarixli BRCB1190508B151 saylı kredit müqaviləsinə əsasən illik 27 faiz dərəcəsi ilə 350 AZN kredit verilmişdir. Kredit online qaydada rəsmiləşdirilməsinə baxmayaraq filialdan nəğd qaydada əldə edilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin xx.xx.2024-cü il tarixə İddiaçı ASC-nə xx.xx.2024-cü il tarixli GTKR7740198B299 saylı kredit müqaviləsinə əsasən 10569,37 AZN əsas, 870,21 AZN faiz, cəmi 11439,58 AZN borcu, xx.xx.2023-cü il tarixli BRCB1190508B151 saylı kredit müqaviləsinə əsasən 181,29 AZN əsas, 37,47 AZN faiz, cəmi 218,76 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə elektron ərizə ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəklərini, onların iştirakı olmadan işə baxılaraq iddia tələblərinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etdiyini, lakin borcunu tam şəkildə ödəyə bilməyəcəyini, borcunu hissə-hissə ödəyə biləcəyini bildirdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli GTKR7740198B299 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC Cavabdeh kreditdən istifadəyə görə illik 22,2% borc faizləri ödəməsi şərtilə 48 ay müddətinə 11000 manat və xx.xx.2023-cü il tarixli BRCB1190508B151 saylı kredit müqaviləsinə əsasən illik 27 faiz dərəcəsi ilə 350 manat məbləğində kredit vermişdir. İşdə olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə İddiaçı açıq səhmdar cəmiyyəti arasında bağlanmış xx.xx.2024-cü il tarixli GTKR7740198B299 saylı və xx.xx.2023-cü il tarixli BRCB1190508B151 saylı kredit müqaviləsinə əsasən Cavabdeh iddiaçı banka borcu xx.xx.2024-cü il tarixli GTKR7740198B299 saylı kredit müqaviləsinə əsasən 10569 (on min beş yüz altmış doqquz) manat 37 (otuz yeddi) qəpik əsas, 870 (səkkiz yüz yetmiş) manat 21 (iyirmi bir) qəpik faiz, cəmi 11439 (on bir min dörd yüz otuz doqquz) manat 58 (əlli səkkiz) qəpik, xx.xx.2023-cü il tarixli BRCB1190508B151 saylı kredit müqaviləsinə əsasən 181 (yüz səksən bir) manat 29 (iyirmi doqquz) qəpik əsas, 37 (otuz yeddi) manat 47(qırx yeddi) qəpik faiz, cəmi borcu 218 (iki yüz on səkkiz) manat 76 (yetmiş altı) qəpik təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. İşdə olan iddiaçı bank tərəfindən cavabdehə ünvanlanmış bildirişlərdən görünür ki, bank cavabdehdən yaranmış borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Qanunun yuxarıda göstərilən tələblərinin işin müəyyən edilmiş halları üzrə tətbiqi belə nəticəyə gəlməyə əsas verir ki, Cavabdeh xx.xx.2024-cü il tarixli GTKR7740198B299 saylı və xx.xx.2023-cü il tarixli BRCB1190508B151 saylı kredit müqaviləsinə əsasən kreditor «Kapital Bank ASC qarşısında götürdüyü öhdəliyi icra etməməklə (vaxtında icra etməməklə və qüsurla icra etməklə) kreditora ziyan dəymiş və buna görə də vurduğu zərərin nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarına əlavə olunmuş oğlu xx.xx.2024-cü il tarixli GTKR7740198B299 saylı və xx.xx.2023-cü il tarixli BRCB1190508B151 saylı kredit müqaviləsindən görünür ki, həmin müqavilədə göstərilən kredit məbləğinin ödənilməsi ilə bağlı tərəflər arasında ayrı qayda nəzərdə tutulmamışdır. Ona görə də qanunun yuxarıda göstərilən tələbini əsas tutaraq belə nəticəyə gəlmək olar ki, cavabdeh icra edilməyən digər məbləğlər üçün də cavabdehdirlər. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2024-cü il tarixli GTKR7740198B299 saylı və xx.xx.2023-cü il tarixli BRCB1190508B151 saylı kredit müqavilələri üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə ödənilməmiş xx.xx.2024-cü il tarixli GTKR7740198B299 saylı kredit müqaviləsinə əsasən 10569 (on min beş yüz altmış doqquz) manat 37 (otuz yeddi) qəpik əsas, 870 (səkkiz yüz yetmiş) manat 21 (iyirmi bir) qəpik faiz, cəmi 11439 (on bir min dörd yüz otuz doqquz) manat 58 (əlli səkkiz) qəpik borc, xx.xx.2023-cü il tarixli BRCB1190508B151 saylı kredit müqaviləsinə əsasən 181 (yüz səksən bir) manat 29 (iyirmi doqquz) qəpik əsas, 37 (otuz yeddi) manat 47(qırx yeddi) qəpik faiz, cəmi 218 (iki yüz on səkkiz) manat 76 (yetmiş altı) qəpik borc pul vəsaiti Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 124 (yüz iyirni dörd) manat 98 (doxsan səkkiz) qəpik pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli GTKR7740198B299 saylı kredit müqaviləsinə əsasən 10569 (on min beş yüz altmış doqquz) manat 37 (otuz yeddi) qəpik əsas, 870 (səkkiz yüz yetmiş) manat 21 (iyirmi bir) qəpik faiz, cəmi 11439 (on bir min dörd yüz otuz doqquz) manat 58 (əlli səkkiz) qəpik borc, xx.xx.2023-cü il tarixli BRCB1190508B151 saylı kredit müqaviləsinə əsasən 181 (yüz səksən bir) manat 29 (iyirmi doqquz) qəpik əsas, 37 (otuz yeddi) manat 47(qırx yeddi) qəpik faiz, cəmi 218 (iki yüz on səkkiz) manat 76 (yetmiş altı) qəpik borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 124 (yüz iyirni dörd) manat 98 (doxsan səkkiz) qəpik pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X1

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar