Məhkəmə qərarları › İş №e-2(022)-304/2025

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-304/2025

29.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-304/2025 29.04.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti BOKT-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti BOKT-in cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti BOKT cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada əsas borc olaraq 6860,25 manat, faiz borcu olaraq 1596,95 manat, cəmi 8457,2 (səkkiz min dörd yüz əlli yeddi manat iyirmi qəpik) manat borcun və ödənilmiş 104,57 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti BOKT-nin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək göstərmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 №-li Fərmanının icrası ilə əlaqədar "xxxx" ASC-nin problemli aktivləri (borcları) üzrə tələb hüququ müqavilə əsasında İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına keçmişdir. Qeyd edilən Fərmanın icrası ilə bağlı"xxxx" ASC-nin Cavabdeh2 qarşı 6860, 25 manat əsas borc, 1596,25 manat faiz borcu, cəmi 8457,20 (səkkiz min dörd yüz əlli yeddi manat iyirmi qəpik) manat məbləğində problemli borcu üzrə tələb hüququ da 30 avqust 2017-ci il tarixli S-FK-MİN-69 saylı təhvil-təslim Aktı əsasında İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına təhvil verilmişdir. Belə ki, "xxxx" ASC-nin Mingəçevir filialı ilə Cavabdeh2 arasında bağlanmış 10 oktyabr 2014-cü il tarixli 1-10.102014MİN57 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 36 ay müddətinə illik 22 %-lə 10.000,0 (on min ) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi "xxxx" ASC-nin Mingəçevir filialı ilə zaminlər Cavabdeh1 və X3 arasında 10 oktyabr 2014cü il tarixli 1-10.102014MİN57 saylı zaminlik müqavilələri bağlanmışdır. Kredit müqaviləsinə əsasən Borcalan öz üzərinə götürdüyü öhdəliklərin vaxtında və lazımi qaydada yerinə yetirilməməsinə görə Borc verənə dəymiş zərər məbləğində məsuliyyət daşıyır. Lakin kredit müqaviləsinin şərtlərinə Cavabdeh2 tərəfindən əməl olunmamış, kreditin və ona hesablanmış faizlərin hesablanması gecikdirilmişdir. Bununla da cavabdeh kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Cavabdeh2 kreditora olan ödənilməmiş əsas borcu 6860,25 manat, faiz borcu 1596,95 manat, cəmi borcu 8457,2 (səkkiz min dörd yüzəlli yeddi manat iyirmi iyirmi qəpik) manat təşkiledir. Borcun ödənilməsi tələbi ilə Cavabdeh2 və onun zamininə dəfələrlə müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazimi nəticə əldə olunmamışdır. Cavabdehlərə göndərilmiş xəbərdarlıq məktubları nəticəsiz qalmışdır. Kredit müqaviləsinin 12.1-ci bəndinə əsasən borcalan bu müqavilənin tələblərini vaxtında və lazımi qaydada yerinə yetirməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 12.2-ci bəndinə görə isə borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanmış faizləri ödəməlidir. Sonda iddiaçının nümayəndəsi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada əsas borc olaraq 6860,25 manat, faiz borcu olaraq 1596,95 manat, cəmi 8457,2 (səkkiz min dörd yüz əlli yeddi manat iyirmi qəpik) manat borcun və ödənilmiş 104,57 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 10 oktyabr 2014-cü il tarixli 1-10.102014MİN57 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Mingəçevir filialı tərəfindən Cavabdeh2 36 ay müddətinə illik 22% dərəcəsi ilə 10000 manat kredit vermişdir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh2 "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Mingəçevir filialı ilə bağladığı 10 oktyabr 2014-cü il tarixli 1-10.102014MİN57 saylı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə həmin kredit müqaviləsinin şərtlərinə uyğun olaraq hazırkı müqavilə üzrə iddiaçıya 6860,25 manat əsas, 1596,95 manat faiz borcu olmaqla, cəmi 8457,2 (səkkiz min dörd yüz əlli yeddi manat iyirmi qəpik) manat məbləğdə borcunun yarandığı təsdiq olunur. İş materiallarında olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli 101s saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı müvafiq sənədlərinin təhvil-təsliminə dair 30 avqust 2017-ci il tarixli S-FK-MİN-69 saylı təhvil-təslim Aktından görünür ki, təhviltəslim olan günə borclu Cavabdeh2 "xxxx" ASC-yə 6860,25 manat əsas, 1596,95 manat faiz borcu olmaqla, cəmi 8457,2 (səkkiz min dörd yüz əlli yeddi manat iyirmi qəpik) manat məbləğdə borcu olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. İş materiallarından görünür ki, 10 oktyabr 2014-cü il tarixli 1-10.102014MİN57 saylı kredit müqaviləsinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Mingəçevir filialı Cavabdeh2 36 ay müddətinə illik 22% dərəcəsi ilə 10000 manat məbləğdə kredit vermişdir və həmin tarixdə Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmışdır. İşin müəyyən edilmiş hallarından görünür ki, 10 oktyabr 2014-cü il tarixli 1- 10.102014MİN57 saylı kredit müqaviləsi üzrə öhdəliyin icrası müddətinin 10 oktyabr 2017ci il tarixdə başa çatmasına baxmayaraq iddiaçı tərəfindən zamin Cavabdeh1 qarşı öhdəliyin icrası ilə bağlı hər hansı bir tələb irəli sürülməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0. maddəsinə əsasən zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Beləliklə, məhkəmə mülki işin yuxarıda sadalanan hallarını nəzərə alaraq hesab edir ki, 10 oktyabr 2014-cü il tarixli 1-10.102014MİN57 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 6860,25 manat əsas borc, 1596,95 manat faiz borcu olmaqla, cəmi 8457,2 (səkkiz min dörd yüz əlli yeddi manat iyirmi qəpik) manat borc pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa, MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş 104,57 manat dövlət rüsumu Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh2 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti BOKT-nin xeyrinə 6860 (altı min səkkiz yüz altmış) manat 25 (iyirmi beş) qəpik əsas borc, 1596 (min beş yüz doxsan altı) manat 95 (doxsan beş) qəpik faiz borcu, cəmi 8457 (səkkiz min dörd yüz əlli yeddi) manat 20 (iyirmi) qəpik borc və ödənilmiş dövlət rüsumuna görə 104 (yüz dörd) manat 57 (əlli yeddi) qəpik pul vəsaiti tutulsun. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar